Nitq inkişafının geriliyi (NİG)

 

Nitq inkişafının geriliyi normal eşitməsi və intellekti olan uşaqlarda sistemli nitq pozuntusudur. Bu nitq qüsuru zamanı nitqin bütün tərəflərinin formalaşması pozulur. Nitqin hərəkətliyi,aktivliyi nitqin leksik tərəfinin formalaşmamasında, nitqin qrammatik tərəfi fonematik komponentlərinin formalaşmasında çətinliklər müşahidə olunur. Nitq inkişafının geriliyi loqopedik klassifikasiyasına aiddir. Nitq inkişafının geriliyi sistemli strukturlu pozulmalarda; alaliya, autizm sindromu, genetik sindromlarda müşahidə oluna bilər.

Nitq inkişafının geriliyinin IV dərəcəsi var:

• I dərəcə: Nitqin kommunikativ funksiyası və ifadəliliyi pozulmuş olur. Belə uşaqlarda nitq ya tamamilə olmur, ya datək-tək səslərin, hecaların tələffüzü ilə müşahidə olunur. Bu cür uşaqlar jestlərdən istifadə edirlər. Əqli qüsurlu uşaqlarda belə əlamətlər müşahidə olunur. Sadəcə NİG olan uşaqlarda passiv söz ehtiyyatının anlaması pozulmuş olur, verilən instruksiyaları yerinə yetirir. 

• II dərəcə: Nitqin inkişafının ilkin elemetləri müşahidə olunur.Söz ehtiyatı yaşa uyğun olmur. Səslərin tələffüzü kobudşəkildə pozulmuş olur. Aqrammatizm müşahidə olunur. 

• III dərəcə: Frazalı cümlə qurur. Bu zaman səslərin, sözlərin,hecaların quruluşu kobud pozulması ilə şərtlənir. Nitqin leksik, qrammatik tərəfləri kobud pozulmuş olur.

• IV dərəcə: Nitqin kommunikativ funksiyası mövcuddur.Sadəcə nitqin fonetik və qrammatik tərəflərinin çətinlikləri mövcuddur. Uşaqlarda nitq inkişafının ləngiməsi çox zaman nitq inkişafının geriliyinə gətirib çıxarır. Bu nitq qüsuru 3 yaşdan sonra qoyulur. Nitqi inkişafdan qalan uşaqlarla sadəcə loqopedik dəstək kifayət etmir.

I və II dərəcəli nitq inkişafının geriliyi olan uşaqlarda ilk öncə tibbi müdaxilə uşaq psixiatrı tərəfindən, daha sonra psixo-pedaqoqlarla iş, paralel müalicəvi idman, art terapiyalar aiddir. NİG uşaqlarda ümumiyyətlə əlamətlər eynidir.

• İlkin nitqin inkişafdan ləng formalaşması, 3-4 yaşdan sonra ilk sözləri deməyi başlayırlar;

• Uşağın nitqi başa düşülməz olur, yanlız anlaya bilir;

• Eyni anda nitqin bütün tərəfləri pozulmuş olur;

• Passiv söz ehtiyatı aktiv sözlərdən üstün olur. Uşaq hər bir şeyi anlayır, yalnız özünü ifadə edə bilmir.

Nə etməli?

Psixiatr, loqoped, psixo-pedaqoqlara müraciət etməli.Loqopedik iş əsasən söz ehtiyatının artması, rabitəli nitqin stimullaşmasına, səslərin, hecaların deyilişinə yönəlməlidir. Masaj,gimnastik hərəkətlər hər seans zamanı məsləhətdir (15 dəqiqə).

 

Bəhram Ələkbərov 

Defektoloq-loqoped