Loqopedik masaj

Bu bir prosedurdur. Bu zaman artikulyar aparata mexaniki təsir edilir. Masaj nitq aparatının əzələsinə, sinirlərinə, qan damarlarının vəziyyətinə müsbət təsir göstərir. Nitq qüsurlarının korreksiyası zamanı kompleksli işin proqramına önəm verilir.Masaj artikulyar aparatın əzələlərinin tonusunun və səslərin tələffüzünün normallaşmasında, ən sonda düzgün nitqin formalaşmasında mühüm rol oynayır. Loqopedik diaqnostika zamanı görüləcək seansların vaxtları bildirilməlidir. Loqopedik masaj 10-20 seans aparılır. İlk seanslarda 5-6 dəqiqədən başlayaraq,tədricən isə 10-15 dəqiqəyə kimi artırılmaqla yerinə yetirilir. Hər masaj seansı arası 2-3 ay fasilə olmalıdır. Masajın fərqli dəqiqələr ilə olması uşağın, yaxud nitqi qüsurlu şəxsin yaşından, nitq qüsurunun dərəcəsindən asılıdır. Loqopedik masajın faydaları artıq illərdir ki, sübut olunub. İlk öncə uşağın ümumi vəziyyətinə yaxşı təsir edir. Masaj sayəsində üz əzələlərinin qan dövranı yaxşılaşır,əzələlərin elastikliyi artır. Sinir sistemində pozitiv dəyişikliklərmüşahidə olunur. Artikulyar aktivlik artır, spazm və parezlər aradan qalxır, nitq aparatının bütün orqanlarının hərəkətliliyi bərpa olur.Loqopedik masaj sərin, havalandırılması tez-tez dəyişdirilən otaqda yerinə yetirilməlidir. Masaj zamanı loqopat yarımoturaq, yaxud uzanmış vəziyyətdə olmalıdır.

 

LOQOPEDİK MASAJIN NÖVLƏRİ:

• KLASSİK MASAJ (əl ilə yerinə yetirilir);

• NÖQTƏLİ MASAJ; 

• APARAT İLƏ MASAJ; 

• ZONTLARLA MASAJ (həm ağız boşluğunda, həm də üzdə edilir);

• ÖZÜNÜ MASAJ (loqoped tərəfindən tapşırıqları, müxtəlif hərəkətləri loqopat sərbəst yerinə yetirməli).

 

MASAJ NƏ ZAMAN GÖSTƏRİCİDİR:

• DİZARTRİYA ZAMANI;

• RİNOLALİYA ZAMANI; 

• ALALİYA ZAMANI;

• DİSLALİYA ZAMANI; 

• SƏS POZULMALARI ZAMANI; 

• KƏKƏLƏMƏ ZAMANI; 

• NİTQ İNKİŞAFININ LƏNGİMƏSİ (3 yaşa kimi) ZAMANI; 

• NİTQ İNKİŞAFININ GERİLİYİ (3 yaşdan sonra) ZAMANI; 

• PSİXONİTQ LƏNGİMƏSİ ZAMANI; 

• PSİXİ İNKİŞAFIN LƏNGİMƏSİ ZAMANI; 

• PSİXİ İNKİŞAFIN GERİLİYİ ZAMANI; 

• ARTİKULYAR APARATIN ƏZƏLƏ TONUSU OLDUĞU ZAMAN; 

• SELİYİN DAYANMADAN AXDIĞI ZAMAN;

• MASAJ NƏ ZAMAN ƏKS GÖSTƏRİCİ HESAB EDİLİR

• İNFEKSİON VƏ VİRUS XƏSTƏLİKLƏRİ OLDUĞU ZAMAN;

• ÜZDƏ VƏ AĞIZ BOŞLUĞUNDA İRİNLİ VƏ DƏMİROV SƏPGİLƏRİ OLARKƏN;

• YÜKSƏK TEMPERATUR ZAMANI; 

• GÖZÜN İLTİHABI ZAMANI; 

• AĞIZ BOŞLUĞUNDA STOMATİT OLARKƏN; 

• LİMFO DÜYÜNLƏRİ BÖYÜYƏRKƏN;

• QAN XƏSTƏLİKLƏRİ ZAMANI; 

• MASAJ OLUNAN HİSSƏLƏRDƏ HEMOTOMALAR OLARKƏN;

• ANKOLOJİ XƏSTƏLİKLƏR ZAMANI; 

• EPİLEPSİYA; 

• HİPERHƏSSASLIQ ZAMANI.

 

Bəhram Ələkbərov

Defektoloq-loqoped