“Erkən uşaqlıq dövrünün inkişafı – koordinasiyalı fəaliyyət” mövzusunda konfrans

28

21

“Erkən uşaqlıq dövrünün inkişafı – koordinasiyalı fəaliyyət” mövzusunda konfrans keçirilib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə erkən uşaqlıq dövründə düzgün inkişafla bağlı məlumatlılığın artırılması, bu istiqamətdə mütəxəssis hazırlığının təmin edilməsi, qurumlar arasında koordinasiyanın təmin edilməsi məqsədilə  “Erkən uşaqlıq dövrünün inkişafı – koordinasiyalı fəaliyyət” mövzusunda konfrans keçirilib. 

Konfransda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, səhiyyə nazirinin müavini İlqar Qasımov, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli, Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Mehriban Vəliyeva, təlim çərçivəsində Türkiyədən dəvət edilən nümayəndə heyətinin rəhbəri, Metin Sabancı Xüsusi Təhsil və Reabilitasiya Mərkəzinin müdiri, fizioterapevt Turqay Arık, UNİCEF-in Azərbaycan Nümayəndəsinin müavini səlahiyyətlərini icra edən Leyla Həsənova çıxış ediblər. Eyni zamanda konfransda UNİCEF-in Avropa və Mərkəzi Asiya regionları üzrə məsləhətçisi, erkən uşaqlıq dövrü mövzusunda ekspert Aleksandra Yoviçin konfrans iştirakçılarına video müraciəti yayımlanıb.

Daha sonra Komitənin Ailə məsələləri şöbəsinin əməkdaşı Səmra Əliyeva Erkən Uşaqlıq Dövrünün İnkişafı  - www.eudi.az portalının 11 aylıq fəaliyyətini əks etdirən qısa icmalla çıxış edib. Konfrans çərçivəsində uşaq inkişafı üzrə mütəxəssislər üçün keçirilən 3 günlük təlimin nəticələrini özündə əks etdirən video-çarx nümayiş etdirilib.

Tədbir ”Erkən uşaqlıq dövründə uşaqların sağlam böyüməsi, erkən müdaxilə və psixo-emosional sağlamlığı”, “Erkən uşaqlıq dövründə uşaqların sosial inkişafı”, “Erkən uşaqlıq dövründə uşaqların təhsili, tərbiyəsi və inkişafı” mövzularında panel müzakirələrlə davam edib.

 

https://family.gov.az/az/news/erken-usaqliq-dovrunun-inkisafi-koordinasiyali-fealiyyet-movzusunda-konfrans-kecirilib

 

https://family.gov.az/az/news/erken-usaqliq-dovrunun-inkisafi-koordinasiyali-fealiyyet-movzusunda-konfrans-cercivesinde-3-istiqametde-panel-muzakireleri-teskil-edilib