YENİLİK! “Uşaqların ətraf mühit amilləri ilə bağlı sağlamlığı haqqında” təlim kursu

28

21

“Uşaqların ətraf mühit amilləri ilə bağlı sağlamlığı haqqında” təlim kursu eudi.az onlayn resurs portalının Təlim Bölməsinə əlavə edilmişdir.

Eudi.az onlayn resurs portalına əlavə edilmiş “Uşaqların ətraf mühit amilləri ilə bağlı sağlamlığı haqqında” təlim kursu tibb işçilərinə uşaqların sağlamlığını çirklənmədən və iqlim dəyişikliyindən qorumaqda köməklik edəcəkdir. Kurs havanın çirklənməsi, kimyəvi maddələr, ağır metallar, qeyri-adekvat su, sanitariya və gigiyena və iqlim dəyişikliyindən irəli gələn təhlükələrdən qorumaq üçün lazım olan prinsiplər və müdaxilələrə girişdir.

Təlim kursuna daxil olan modullar:

Modul 1. Niyə uşaqlar: Qlobal ətraf mühit və uşaqların sağlamlığı

Modul 2. Kimyəvi maddələr və uşaqların sağlamlığı

Modul 3. Qurğuşun və uşaqların sağlamlığı

Modul 4. Civə və uşaqların sağlamlığı

Modul 5. Pestisidlər və uşaqların sağlamlığı

Modul 6. Elektrik/elektron tullantılar və uşaqların sağlamlığı

Modul 7. Havanın çirklənməsi və uşaqların sağlamlığı

Modul 8. Qlobal iqlim dəyişikliyi və uşaqların sağlamlığı

Modul 9. Su, sanitariya, gigiyena və uşaqların sağlamlığı

Modul 10. Ətraf mühit amilləri haqqında anamnez

İnteraktiv kurs Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) səhiyyə sektoru üçün uşaqların ətraf mühitin sağlamlığına dair təlim paketinə əsaslanır. O, uşaqlara təsir edən əsas ətraf mühit təhlükələrinin sağlamlıq problemlərinə dair hərtərəfli, beynəlxalq səviyyədə uyğunlaşdırılmış və nəzərdən keçirilmiş materiallar toplusunu təqdim edir.

Kursun məqsədi:

✓ Ətraf mühit risklərinin uşaqların sağlamlığına və inkişafına təsirini anlamaq

✓ Uşaqların ətraf mühit təhlükələrinə qarşı unikal həssaslığını qiymətləndirmək

✓ Ətraf mühitin risk faktorları ilə əlaqəli xəstəlikləri tanımaq

✓ Uşağı əhatə edən ətraf mühit amilləri haqqında anamnez toplamaq

✓ Uşaqların ətraf mühit sağlamlığı üçün resursları müəyyənləşdirmək

✓ Ailələrə, siyasətçilərə və icmalara ətraf mühit risklərini effektiv şəkildə çatdırmaq

 

Kimlər təlim kursunu keçə bilərlər?

✓ İlkin səhiyyə işçiləri (dövlət və özəl sektorlar)

✓ Tibb və tibb bacısı tələbələri

✓ Siyasətçilər və səhiyyə sektorunun menecerləri

✓ UNICEF və ÜST əməkdaşları