15 fevral "Beynəlxalq Uşaq Xərçəng Xəstəlikləri ilə Mübarizə Günü"

28

21

Hər il fevral ayının 15-i dünyada “Beynəlxalq Uşaq Xərçəng Xəstəlikləri ilə Mübarizə Günü” kimi qeyd edilir. İlk dəfə bu tarix Ümumdünya Xərçəngli Uşaqların Valideynlərinin Dünya Konfederasiyasının təşəbbüsü ilə 2001-ci ildən təqvimə daxil edilib. Bu günün xüsusi olaraq qeyd edilməsi bütün dünyada, o cümlədən, ölkəmizdə ictimaiyyətin diqqətinin bu qlobal problemə yönəldilməsi, onkoloji xəstəliklərdən əziyyət çəkən uşaqlara dəstək göstərilməsi məqsədi daşıyır. Cəmiyyətdə uşaq xərçəngi ilə bağlı əhalinin məlumatlılıq səviyyəsinin artırılması, onkoloji xəstəliklərlə mübarizə aparan uşaqlara, yeniyetmələrə və onların ailələrinə dəstək göstərilməsi, qabaqlayıcı tədbirlərin təşviqi məqsədilə müxtəlif yönümlü tədbirlər təşkil edilir, sosial çarxlar hazırlanaraq yayımlanır. Xüsusilə vurğulamaq lazımdır ki, müasir müalicə metodları uşaq onkologiyasında daha yaxşı nəticə verir və uşaqların böyük əksəriyyətində tam sağalma mümkündür. Unutmayaq ki, erkən aparılmış tibbi-profilaktik müayinə və diaqnostika xəstəliklərin vaxtında aradan qaldırılmasında mühüm rol oynayır.