Hamiləlik zamanı siqaretdən imtinanın 11 əsas səbəbi

28

21

2021-04-18 08:51:30

Alimlər hesab edir ki, tütün toksinləri birbaşa dölün hüceyrəsinin DNT-ə xəsarət yetirməklə demək olar ki, ilk növbədə beyin, ürək və ağ ciyər olmaqla bütün bədənə mənfi təsir edir. Bundan başqa, siqaretin 11 mənfi tərəfini göstərmək olar.

 

  1. Əvvəla, nikotin törəmələri yumurtalıq fəaliyyətini dayandırır, hamilə qalmamaq ehtimalını azaldır. Nikotin törəmələri fallopiya boruların daralmasına səbəb olur və buna görə hamiləlik çox vaxt uşaqlıqdan xaric olan yerdə inkişaf edir.

  2. Hamiləliyin düşüklə nəticələnməsi, ölü uşağın doğulması, erkən doğuş, az çəkili uşağın dünyaya gəlməsi kimi risklər artır. Orta hesabla siqaret çəkən anaların dünyaya gətirdiyi uşaqların çəkisi digərlərinə nisbətən 320 qr az olur.

  3. Yarımçıq doğulmuş və az çəkili yenidoğulmuşlarda çoxsaylı patologiyaların (eşitmə və görmə qabiliyyətin pozulmasın, əqli inkişafın ləngiməsi) olma şansı əhəmiyyətli dərəcədə artırır.

  4. Həm ananın, həm də dölün həyatına təhlükə yaradan müxtəlif ginekoloji patologiyalar yara bilər.

  5. Döldə anadangəlmə qüsurların (ürək qüsurları, dovşandodaqlıq , qurdağızlıq) yaranma riski artır.

  6. Uşaqda serebral iflici olma riski artırır.

  7. Körpələrdə “səbəbsiz ölüm” sindromun riski artır.

  8. Uşaqda ağciyər xəstəliklərin, xüsusilə astmanın artmasına səbəb olur.

  9. Uşaqlarda piylənmə riski artır.

  10. Uşağlarda kəskin leykozun (qan xərçəngi) riski artır.

  11. Gələcək nəsildə autizmin yaranma ehtimalını artırır.