Hamilə qadının düzgün qidalanması

28

21

2021-04-18 08:45:00

Hamilənin düzgün qidalanması gələcəkdə körpənin sağlamlığında və inkişafında çox böyük rol oynayır. Əgər sağlam uşaq dünyaya gətirmək istəyirsinizsə, nəinki hamiləlik dövründə, hətta hamiləikdən öncə də sağlam qidalanmalısınız.

 

Hamiləliyin birinci trimestrində qidalanma tərzində ciddi dəyişiklik tələb olunmur. Hamiləliyin ikinci trimestrindən etibarən gündəlik qida qəbulunu əsasən zülallar sayəsində olmaqla 250-300 kkal artırılması tövsiyə olunur. Bədən çəkisinin həftədə 300-350 q artması hər şeyin yaxşı getdiyini göstərir. Ümumilikdə, hamiləliyik dövründə 8-13 kq çəki artımı olur.

 

Hamilə üçün qidalanmanın əsas qaydaları:

 

  1. Hamilə qadın iki nəfərlik posriya həcmində qida qəbul etmək məcburiyyətində deyil. Hamiləliyin ilk üç aylıq dövründə qida həcmində fərqin yaranması zəruri deyil, ancaq  vitamin və mikroelementləri iki dəfə artıq qəbul etmək olar. Əgər həkim sizə vitamin və minerallar tövsiyə edirsə, onları qəbul etmək lazımdır.
  2. Hamiləlikdə qidalanma rejimi də çox vacibdir. Səhər yeməyi, nahar və şam yeməkləri mütləq olmalıdır, onların arasında isə yüngül qida ola bilər. Son qida qəbulunu yuxuya 4 saat qalmış tövsiyə olunur, lakin axşam saat 8-dən gec olması da vacibdir.
  3. Qida rasionunuzda çoxlu meyvə-tərəvəz olmalıdır. Yeməkləriniz təzə və yüksək keyfiyyətli olmalıdır. Yeməkləri elə bişirməlisiz ki, bütün makro  və mikronutriyentlər qidada qalsın. Çalışın  yarımfabrikatlar, hazır qiymə, sosiska və kolbasa yeməyin.
  4. Laktoza qarşı dözümsüzlük yoxdursa, bütün süd məhsullarını (süd, pendir, kəsmik, kefir və qatıq) qəbul edə bilərsiniz, çünki bu məhsullarda uşaq orqanizminin formalaşması üçün çox vacib olan zülal var. Bu qidalar həm də zəngin kalsium mənbəyidir. Onu kifayət qədər miqdarda istifadə etmək çox vacibdir ki, körpənin normal sümükləri olsun və ana doğuşdan sonra kövrək sümüklər və diş problemləri ilə qarşılaşmasın.
  5. Qidanızda ət, toyuq və balıq olmalıdır. Balıqdan imtina etməyin, ancaq  diqqətli olun. Bəzi qadınlar hamiləlik dövründə balıq və dəniz məhsulları yeməməyi üstün tutur.  Bu ehtiyat tədbirinin məntiqli bir izahı var: balıqlarda az miqdarda civə ola bilər ki, bu böyüklər üçün təhlükəli olmasa da, embriona zərər verə bilər. Ancaq dəniz məhsullarından tam imtina etmək də düzgün deyil. Həftədə iki dəfə balıq yeyilməlidir, çünki balıqda Omeqa-3 yarımdoymamış yağ turşuları var ki, bu da körpənin beyninin normal inkişafı üçun vacibdir.
  6. Hamiləlik dövründə bədəndəki ümumi qan həcmi artır. Bu, qırmızı qan hüceyrələrinin sayının da artdığını göstərir. Qırmızı qan hüceyrələrində toxumalara oksigen apara bilən dəmir tərkibli bir zülal olan hemoqlobin lazımdır.
  7.  Hamilə qadınlara tez-tez dəmir çatışmazlığı anemiyası diaqnozu qoyulur. Bu, azalmış hemoqlobin şəklində özünü göstərir. Belə olan halda dəmir çatışmazlığı və nəticədə toxumalar oksigenlə doymur, hamilə qadın tez yorulur, yuxulu olur. Bunun qarşısını almaq üçün dəmirlə zəngin qidalar (qırmızı ət, qarabaşaq, yulaf, ağ lobya, noxud, soya, mərci, ispanaq, alma və s.) qəbul etmək lazımdır.