Oyunun qorxuların aşırılmasında rolu

Oyun bir fəaliyyət  növü kimi həyatımızda daimi var idi. Ən qədim dövrlərdən uşaqlar bir biri ilə oynayırdılar. Buna şahid olaraq arxeolojı qazıntılar zaman tapılan oyuncaqlardır. Oynamaq tələbatı nəyinki insanlara, eyni zamanda heyvanlarda onların həyatında ilk aylardada müşahidə olunur. Hər bir fəaliyyət növü kimi, oyununda öz inkişaf mərhələri, xüsusiyyətləri, növləri var. İnkişafında oyun spontan, şüursuz, qeyri-iradi, istəklərlə idarə olunan durumundan daha planlaşdırlmış, proqnozlaşdırılan, şüurlu, iradəli olunan bir fəaliyyət növünə çevrilir. 

D.B. Elkoninə istinadən qeyd etmək olar ki oyunlar növbəti növlərə təsnifatlandırmaq olar:

  1. Yaradıcı oyunlar (syujet-rollu, teatrlaşdırılmış, tikinti oyunları, psixotexnik) 

  2. Didaktik oyunlar  (predmetli, stolüstü, sözlü)

  3. Hərəkətli oyunlar

Əlavə olaraq Zaxarov A.İ. qeyd edir ki, oyunlar inkişaf, korreksiya, diaqnostika və mualicəvi funksiyalarına görə də fərqləndirmək olar. Qarşılıqlı əlaqənin xüsusiyyətinə görə fərdi, qrupp və kollektiv oyunları təsnifatlandırmaq olar. Hal hazırda ki məqalədə biz qorzularla mubarizədə istifadəsi tövsiyə olunan oyunları

Müxtəlif tədqiqatçılar ümümləşdirilmiş rəyinə görə oyunun alət kimi növbəti xususiyyətləri var:

  • Yeni biliklırin dərk edilməsi

  • Emosionallığın inkişafı, mənfi hisslərin aşırılması (ödəsindən gəlməsi, aşması)

  • Özünü ifadə etmək, yaradıcı potesıalın, bacarıqların aşkar olub açılması

  • Kommunikativ  təcrübənin əldə edilməsi rollu oyunları oynayaraq

  • Çevik, situativ  və alternativ təfəkkürün  formaıaşdırılması

  • Psixi proseslərin inkişafı, özəl olaraq təxəyyülün, diqqətin, yaadaşın, emosional-iradi  prosesslərin

  • Sosiallaşma. 

Qorxuların beyində əks olunması

Beyində baş verən prosseslərin iki əsas işləmə prinsipi var. Bunlar oyanma və tormazlanma prinsipləri. Oyanma prispipi prosesslərin daha spontan edir, eyni zamanda tormazlanma prinsipi isə prosesləri daha ləngidir. BU iki prinsipin balanslı şəkildə işlənilməsi normal uşaq inkişafını təmin edir. Əks olaraq prinsiplərin birin o birisinə nisbərən daha artıq tədbiq olunması uşaqda çətinliklərin qaynağı olur. Oyanma prinsipin aşırı işlək olunması hiperaktivlik, impulsivliyə, diqqət cəmləşdirilməsində maniyə səbəb olur. Qorxular uşağın beynində gedən psixi prosesslərin tormazlanmasına gətirib çıxardır. Tormazlanma prinsipin oyanma ilə tarazlışdırmaq və nəticə etibarı ilə qorxuların aşalaması üçün xüsusi terapevtik oyunlar tədbiq olunur. 

Terapevtik oyun.

Oyunların təşkili

Oyunların təşkili zamanı bir sıra tələblərə riayyət etmək lazımdır:

  1. Oyunun başlama vaxtını və müddətini dəqiq müəyyən etmək lazımdır.

  2. Oyunun məksəd və qaydaları izah etmək üçün vaxt ayırın.

  3. Diqqəti yayındıran məqamları qabaqcadan sığortalanmaq (telefonu söndürmək).

  4. Oyun iştirakçılar yüngül, dar olmayan və hərəkətliliyi məhdudlaşdırmayan paltarlarda olmalıdır.

  5. Oyunu başlamaqdan öncə iştirakçılara 5-10 dəqiqə oyun məkanına uyğunlaşmaq üçün vaxt verilməlidir.

  6. Oyun məkanı 30-50 kv m. az olmamalıdır.

  7. Oyun bitdikdən sonra iştirakçılara sakitləşməq üçün imkan vermək lazımdır. Bunu üçün hava şarları ilə, boulinq oynamaq olar.

“Yandırma”  oyunu

Məksəd: gözlənilməz təsirin və fiziki cəzalandırma qarşısında olan qorxunun aradan qaldırılması. “Yandırma” oyunu Artıq tormazlanmanı aradan qaldırılmasına xidmət edir.

Uşaqlar travmatik hadisəni yaşadıqda (məs: bombalama zamanı yaxın ərazidə olmaq, mütamadi olaraq yetkinlər tərəfindən fiziki cəzalandırılma) uşaqlarda ətrafdan daimi bir təhdid gözləyirlər. Beyin bu zaman tormazlanma prisipinə üstünlük verərək uşağın passivliyinə yol açır. Və “yandırma” oyunu bunun aşmasına kömək olur.

Oyun zamanı ilk aparıcının hədəfi uşaqları tutub “yandırmaq”. Yandırmaq dedikdə biz iştirakçının aparıcı tərəfindən əl ilə toxunmağı nəzərdə tuturuq. Bununla öncə yalnız iştirakçı kimi olan oyunçu artıq aparıcıya çevrilir. Beləliklə artıq oyunun gedişatında iki aparıcı olur. Oyun hamının yanması və aparıcıya çevrilməsi ilə yekunlaşır.

Oyunun qaydaları:

  1. Oyun məkanın və vaxt çərçivələrin (sərhədlər) müəyyən etmək lazımdır. Ev şəraitində bunu etmək üçün oyuncaqlarda istifadə etmək olar. Bu niyə etmək lazımdır ? Oyun məkanın sərhədindən keçən uşaq ya oyundan kənarlaşdırılır və ya özü aparıcı olur. Oyun bütün iştirakçılar “yandırılıqda” bitir. 

  2. Aparıcı daimi, iştirakçılar bilmədən, hərəkətin istiqamətini dəyişə bilər. Bu məqam özündə qeyri-müəyyənik daşıyır və uşaqlarda dəyişəən duruma adekvat reaksiya vermək bacarığı öyrədir.

  3. Yandırmaq yalnız toxunma ilə həyata keçirilir. Şillə, təpiklər, itələmələr “yandırılma” kimi qeyd olunmur. Və belə hadisə baş verdikdə oyun rolların dəyişməsi olmadan davam edir.

  4. İştirakçılar aparıcıdan qaçaraq onu daimi acıqlandırıb hirsləndirməlidirlər. Bunu etmək üçün müxtəlif sifətlər, aparcının yanından hoppanaraq və qaçaraq özləri ona toxuna bilərlər. Bu zaman iştirakçı yandırılmış hesab olunmur.

  5. Bundan əlavə oyun məkanında müxtəlif əlavə əşyalar yerləşdirilir. Hər bir əşyanın özünəməxsus funksiyası var. Məsələn oyun “meydançasında” sərhədə yaxın yerləşdirilən halqa su quyusunu rəmz edər. Həmən quyuya düşən özü oradan çıxa bilməz. Burda ona yalnız digər iştirakçılar kömək ola bilər. Lakn 10s ərzində kömək gəlməsə “quyuya” düşən iştiarakçı oyundan kənarlaşdırılır növbəti raunda qədər. Uşaq arabası qoyula bilər. Arabaya dəydikdə oradan yatan gəlincik (körpə uşaq) ağlayacaq və onu sakitləşdirmək lazımdır. Arabaya toxunan uşaq körpəni  10 s qucağına alıb sakitləşdirməlidir. Və s. 

 

Ədəbiyyat:

  1. Захаров А.И. Игра как способ преодоление неврозов у детей. Изд-во КАРО. 2006 г.

  2. Эльконин Д.Б. Психология игры. М.2012