Hər bir qadının həyatında hamiləlik dövr&u...
Bəzi körpələrdə kəllə sümüyü arxadan və ya yandan yastılaşmış olur ki, bu da pozision plagiosefaliya adlanır. Uşaq doğularkən kəllə sümükəri yumşaq olur və uşaq eyni vəziyyətdə arxası üstə yatdığından həmin tərəfdə kəllə sümükləri yastılaşır. Plagiosefaliyanın digər səbəbləri də var. Anadangəlmə əyriboyunluq (tortikollis) zamanı körpə birtərəfli qısalmış əzələ hesabına həmişə başını bir tərəfə çevirir və onlarda plagiosefaliya riski daha böyük olur. Nadir hallarda plagiosefaliyanın səbəbi çoxdöllü hamiləlik zamanı uşaqlıq boşluğunda kifayət qədər yer olmaması ilə izah olunur.
1990-cı ildə Amerika Pediatriya Akademiyası tərəfindən valideynlərə yenidoğulmuş uşağı kürək üstə yatırmaq tövsiyə edildi. Bu, qəfil uşaq ölümünün qarşısını almaq üçün vacibdir. Bu həmin vaxtdan qəfil uşaq ölümünü müvəffəqiyyətlə azaltsa da, pozision plagiosefaliyanın rastgəlmə tezliyi artdı. Bu, səbəbli plagiosefaliya uşağın beyin inkişafına mənfi təsir etmir. Lakin uşağın başının deformasiyalı olmamasını istəyiriksə yeni vərdişlər aşılanmalıdır.
Plagiosefaliya riskini məhdudlaşdırmaq üçün mütəxəssislər tərəfindən təkliflər verilmişdir. Onlar təklif edirlər ki, körpə oyaq olarkən onu gündə bir neçə dəfə, bir neçə dəqiqə qarnı üstə qoymaq lazımdır. Məqsəd, uşağın başının arxasının bərk səthdə olma müddətini minimallaşdırmaqdır. Digər tərəfdən qarnı üstə uzanmaq körpə üçün rahat deyil, çünki o buna hələ hazır deyil. Qarnı üstə qalmaq neyromuskulyar qabiliyyət tələb edir ki, yenidoğulmuş körpə hələ buna sahib deyil. Körpə vəziyyətini dəyişə bilmir, başını qaldırmaq problemi olur, yorulur.
Bəs nə etməliyik ki, plagiosefaliya riski olmasın?
Körpəni qucaqda saxlamaq
Uşaq qucaqda olarkən başını hərəkət etdirir, çevirir, düzəltməyə çalışır, tədricən boynuna tonus verir.
Körpəni yerdə xalça üzərində kürəyi üstə qoymaq və onunla danışmaq, oynamaq.
Bu zaman körpə əllərini, ayaqlarını tərpədir, xırda hərəkətlər edir. Kürək və çanaq hərəkətsiz də qalsa, başını çevirəcək, nəhayət qarnı üstə çevrilməyi, iməkləməyi öyrənəcək.
Aktiv, hərəkətli uşaqlara böyüklərin köməyi, motor bacarıqlrın öyrədilməsinə ehtiyac yoxdur. Lakin passiv və hərəkətsiz körpələrə çevrilmək hərəkətlərini öyrətmək məsləhət görülür. Bu hərəkətlər zamanı körpə öz bədənində xoş hərəkətlər hiss edir və özü də bunda iştirak edir. Körpənin bədən vəziyyətini dəyişmək kimi bu hərəkətlər , passiv qarın üzərində qalmaqdan daha effektlidir. Bu zaman valideynlərin dəstəyi körpənin aktiv hərəkətdə olmasına kömək edir və plagiosefaliya riskini aradan qaldırır. Əgər bunları bir neçə ay etdikdən sonra müsbət dəyişiklik olmazsa, o zaman mütəxəssisə müraciət etmək lazımdır. Deformasiya çox nəzərəçarpan olduqda xüsusi baş şlemlər geyindirilir.
Mənbələr
Fikriniz
0
0