Hər bir qadının həyatında hamiləlik dövr&u...
Artan dəlillər onu sübut edir ki, ekran qarşısında keçirilən vaxt azyaşlı uşaqların inkişafına neqativ təsir edir. Altı aydan iki yaşa qədər təxminən 900 uşaq üzərində aparılan bir araşdırmada məlum olub smartfonlarda cüzi vaxt keçirən uşaqlara nisbətən daha çox vaxt keçirən uşaqlarda ifadəli nitq gecikməsimin olması ehtimalı daha yüksəkdir. Ekran qarşısında keçirilən hər 30 dəqiqə ifadə dilinin gecikmə riskini 49 % artırır. Bununla belə tədqiqatçılar jest, bədən dili və ya sosiallaşma kimi digər ünsiyyət bacarıqlarına təsiri görmədiklərini qeyd ediblər. Tədqiqat Kanadada uşaq xəstəxanasının pediatrları tərəfindən aparılmışdır və Pediatrik Akademik Cəmiyyətin illik toplantısında təqdim edilmişdir.
Amerika Pediatriya Akademiyasının Kommunikasiya və media şurasının icraiyyə komitəsinin üzvü və Miçiqan Universitetinin İnkişaf, davranış pediatriya kafedrasının dosenti Jenny Radesky bildirir: "Bu nəticələr göstərir ki, valideynlər övladlarının dil inkişafını smartfon əsaslı təhsil proqramları ilə həll etməyə çalışırlarsa, bu geniş populyasiyada işləməyəcək."
18 aydan kiçik uşaqlar üçün smartfonlar və kompüterlər tövsiyə edilmir. Çünki son tədqiqatlar göstərir ki, uşaqlar ekrandakı ikiölçülü dünya ilə ətrafdakı üçölçülü dünya arasındakı əlaqəni anlaya bilmirlər. Uşaqlar ekranda gördüklərini təqlid edə bilsələr də, bunu həmişə gerçək dünyaya köçürə bilmirlər.
Hətta valideynlər smartfon istifadəsini təhsil məqsədilə icazə versələr də, bu, onların inkişafına kömək etmir. Radesky onu da əlavə edir ki, uşaqların smartfonda çox vaxt keçirməsi əslində valideynlərin sosial, iqtisadi və mədəni cəhətdən nə qədər stresli olması ilə əlaqəli ola bilər. Bu, həm də uşağa göstərilən qayğının keyfiyyətindən də xəbər verir. Tədqiqatçı bildirir ki, uşaqların ekran qarşısında keçirdiyi vaxtı mümkün qədər məhdudlaşdırmaq vacibdir. Uşaqla vaxt keçirmək asan olmaya bilər, ancaq bu onlar üçün çox həyati əhəmiyyət kəsb edir.
Mənbə
Fikriniz
0
0