Hər bir qadının həyatında hamiləlik dövr&u...
Uşağın özüdə hiss etmədən əlini ağzına aparır, barmağını əmir ya da dırnağını yeyirsə və bu hərəkətləri tez-tez təkrarlayırsa deməli uşağınız davranış pozuntusu olan barmaq əmmək ya da dırnaq yemək kimi vərdiş qazanmışdır. Bu vəziyyət valideynləri çox narahat edir. Uşaqların 40-45 %-i həyatlarının müəyyən dövründə bu və ya buna bənzər vərdişlərə sahib olurlar. Uşaqlıq dövründə başlayan dırnaq yemə vərdişi 3-4 yaşından etibarən davranış pozğunluğu kimi qəbul edilə bilər.
Araşdırmalar göstərir ki, uşaqlar özlərini ifadə edə bilmədikdə, ailədə (habelə bağçada, məktəbdə və.s) müəyyən problemlər yaşadıqda, gərginlik keçirdikdə öz dırnaqlarını yemə və barmaqlarını sovurma kimi hallara daha çox rast gəlinir.
Dırnaq yemə vərdişinin səbəbləri:
Özünü dəyərsiz və etibarsız hiss etməsi
Yaşanan (başvermiş) üzüntülü və sıxıntılı hadisələr
Hirs və aqqresiya halları
Gərginlik və qayğı hissləri
Qorxu
Ailədaxili problemlər
Əsasən etibarsızlıq hissinin əlamətləri olaraq qəbul edilir. Eyni zamanda uşağa ailə daxilində çox təzyiq olunması, qısqanclıq, kifayət qədər maraq və sevgi göstərməmək, sıxıntı və gərginlik kimi hisslər bu vəziyyəti qıcıqlandıra bilər.
Məktəbli uşaqlarda dırnaq yeməyə səbəb ola biləcək vəziyyətlər:
Uğursuz olmaq qorxusu
Özünə inamsızlıq
Müəllimdən cəza almaq qorxusu
Valideynlərin dərsə qarşı tələbkar olması
Uşaqların yaşıdları ilə problemləri
Diqqət çatışmazlığı, öyrənmədə çətinlikçəkmə
Məktəbdə stresə səbəb ola biləcək digər vəziyyətlər
Dırnaq yeyən uşaqlarda dırnaqdan yayılan yoluxucu xəstəliklərə rast gəlinir. Dırnaq yemə vərdişi olan uşaqlara kömək ola biləcək məsləhətlər:
Uşaqlar bəzən ata ananın diqqətini çəkmək üçün dırnaq yeyir. Uşağınızın bu vəziyyətini görməməzliyə vuraraq diqqət etməyərək onu bu vərdişdən imtina etdirə bilərsiz.
Övladınızın ehtiyac duyduğu sevgiyi ona göstərin.
Övladıınızın hansı vəziyyətlərdə dırnaq yediyinə diqqət edin. Məsələn gərgin vəziyyətdə olduqda onu sakitləşdirsəz bu vərdişdən qurtula bilər.
Bu vərdişi sonlandırmaq üçün övladınız üçün alternative məşğuliyyət tapın.
Övladınızın əllərini məşğul edəcək tapşırıqlar verin. Tez-tez əlini yemə, çək əlini demək olmaz.
Övladınızın özünə inamını formalaşdırın.
Uşağa qarşı tənqidi yanaşmayın və bu vərdişdən asanlıqla qurtula biləcəyini deyin.
Əsas odur ki, valideynlər bu vəziyyətdə səbirli olmalıdırlar və mərhələli şəkildə onu bu vərdişdən imtina etməyə çalışmalıdırlar.
APA
Fikriniz
0
0