Hər bir qadının həyatında hamiləlik dövr&u...
Yuvarlanmaq, gülümsəmək, mübahisə etmək, oturmaq, sürünmək və gəzmək körpəlik və erkən uşaqlıq dövründə kifayət qədər proqnozlaşdırılan cədvəldə ortaya çıxan bir neçə mərhələdir. Məsələn, üç aylıq bir körpə başını qaldırıb gülümsəməyi bacarmalıdır, altı aya qədər, körpələrin çoxu kiçik əşyaları tutub yuvarlana bilər. Pediatrlar müntəzəm uşaq ziyarətləri zamanı uşaqları bu mərhələlərə görə yoxlayır və valideynləri narahatlıqları barədə xəbərdar edirlər. Bu mərhələlərin uşağın yaşına uyğun əldə edilməsi uşaqdan uşağa dəyişsə də, pediatrlar, uşağın həmin mərhələlərdə çətinlik çəkdiyi zaman inkişafında ləngimə olmasından şübhələnə bilərlər.
Risk faktorlarına inkişaf gecikmələrinin ailə anamnezi və ya anadangəlmə inkişaf qüsurları daxildir. Uzunmüddətli, çətin və ya travmatik bir doğuşun ardından doğulan uşaqlar, xüsusən də vaxtından əvvəl doğulmuş və ya böyükçəkili olduqları təqdirdə, daha çox risk altındadırlar. Hamiləlik dövründə sitomegalovirus və ya toksoplazmoz kimi bəzi infeksiyaların olması və ya bəzi dərmanlara, alkoqola və qurğuşun kimi ətraf mühit toksinlərinə məruz qalması da inkişafda gecikmə olan bir uşağın dünyaya gəlməsi riskini artıra bilər. Danışıq, böyük motor və incə motor gecikmələri kimi bəzi inkişaf ləngimələri, körpəlik dövründə bəlli ola bilər. Yüksək səviyyəli idrak, sensor işləmə, sosial və emosional ləngimələr kimi digər növlər yalnız uşaq məktəbə başlayanda aşkar ola bilər.
Erkən diaqnoz uşaqlara ehtiyac duyduqları yardımı almaq üçün açardır. Həkimlər hər yaşdan olan uşaqları qiymətləndirir. Mütəxəssislər uşaq üçün fərdi bir müalicə planı hazırlamaq üçün bu qiymətləndirmə məlumatlarını istifadə edirlər.
Tibbi tarixçə və valideyn ilə müsahibə
Pediatrlar, uşaq psixoloqları və uşaq psixiatrları uşağınızın inkişafına təsir göstərə bilən bir sıra amillər haqqında məlumat əldə etmək üçün ətraflı bir xəstəlik tarixi formasından istifadə edirlər. Həkimlər, uşağınızın doğuşu və anamnezi, o cümlədən uşağınızın keçirdiyi hər hansı bir tibbi vəziyyət, dərman və ya cərrahiyyə əməliyyatı barədə məlumat tələb edir. Hamilə olarkən ananın xəstəlik tarixçəsini soruşa bilərlər. Həm də anadangəlmə qüsurların ailəvi anamnezi və ya nevroloji, inkişaf və ya zehni sağlamlıq vəziyyətləri haqqında soruşurlar. Övladınızın yaşından asılı olaraq həkimlər övladınızın inkişaf ləngiməsi və ya öyrənmə pozuntusu kimi əlaqəli bir problemə görə qiymətləndirildiyini və ya müalicə olunduğunu da soruşa bilər.
Fiziki baxış
Pediatr, uşağınızın sağlamlığını qiymətləndirmək üçün fiziki bir baxış keçirir. Bundan əlavə, atipik böyümə nümunələri və ya uşağın ümumi görünüşü ilə bənzərsiz bir şey axtarır. Məsələn, qeyri-adi formalı baş, göz və ya dəri izləri Daun sindromu, mikrosefaliya və ya neyrofibromatoz kimi idrak bacarıqlarına təsir edən genetik bir sindromun əlaməti ola bilər. Həkim, ayağın uzunluğundakı fərqi və ya qeyri-adi formalı barmaqların uyğunsuzluğu kimi böyük və kiçik motor gecikmələrinə səbəb ola biləcək problemləri də axtarır. Həm də uşağınızın ağzını və damağını yoxlayır, ağızdakı əzələlər və ya ağızdakı digər quruluşlarla yemək yeməyə və ya danışmağa mane olan bir problemin olub olmadığını öyrənir.
Digər testlər uşağınızın nevroloji problemi olub olmadığını təyin etmək üçün onun reflekslərini, əzələ tonusunu və tarazlığını araşdırmağı əhatə edir. Həkim uşağınızdan gəzmək, bir ayaq üstə durmaq, top atmaq və tutmaq, pilləkənlərlə qalxmaq və enmək kimi yaşa uyğun fiziki tapşırıqları yerinə yetirmə qabiliyyətini nümayiş etdirməsini və ya təsvir etməsini istəyə bilər.
İnkişafın qiymətləndirilməsi
İnkişaf qiymətləndirməsi zamanı inkişafın geriləmələrini müəyyənləşdirmək üçün ixtisaslaşmış bir nevroloq, psixoloq və ya inkişaf-davranış pediatrı, böyüklərlə qarşılıqlı münasibət qurarkən və yaşıdları ilə oyun zamanı uşağınızın davranışını və sosial bacarıqlarını müşahidə edir. Məktəb yaşındakı uşaqlar və məktəbəqədər uşaqlar üçün bu qiymətləndirmə ümumiyyətlə, həkim kabinetində iki və ya üç ziyarət zamanı aparılır. Bəzi hallarda, inkişaf qiymətləndirməsi uşağınızın sinfində və ya hər iki yerdə də ola bilər. Qiymətləndirmə boyu həkim uşağınızın sosial ünsiyyət qurma qabiliyyətini müşahidə edir ki, bu da autizm spektri pozuntusu, həmçinin diqqət çatışmazlığı və hiperaktivlik pozuntusu kimi halları müəyyənləşdirməyə kömək edə bilər.
Mütəxəssis, övladınızın nitq bacarıqlarını, motor bacarıqlarını, diqqət yetirmək və təlimatları izləmək bacarığını və öyrənmə qabiliyyətini də müşahidə edir. Bu məlumatlar mütəxəssisə uşağınızın işləmə qabiliyyəti haqqında ümumi bir şəkil əldə etməyə imkan verir. Bu hərtərəfli qiymətləndirmənin nəticələri uşağınızın terapevtik xidmətlərə, müdaxiləyə və ya təhsilə olan ehtiyacını müəyyənləşdirməyə kömək edə bilər.
Kiçik uşaqlar üçün həkim uşağınızın necə davrandığını və fəaliyyət göstərdiyini görmək üçün ev ziyarətinə gələ bilər. İnkişaf qiymətləndirməsinin nəticələrinə əsasən həkimlərimiz fiziki və erqoterapevtləri əlavə bir qiymətləndirmə təmin edə bilməsi üçün uşağınızı Reabilitasiyasına Mərkəzinə yönəldə bilər. Bu qiymətləndirmə ümumiyyətlə motor və ya qidalanma problemləri kimi spesifik problemlərə yönəldilir. Övladınızda autizm spektr pozuntusu, diqqət çatışmazlığı və hiperaktivlik pozuntusu, öyrənmə pozuntusu və ya narahatlıq əlamətləri varsa, həkimlərimiz uşağınızı daha dəqiq qiymətləndirmək üçün Uşaq Tədqiqat Mərkəzindəki mütəxəssislərə və ya inkişafetdirici davranış pediatrına yönəldə bilər.
Eşitmə Testi
Pediatrınız uşağınızın eşitmə qabiliyyətini qiymətləndirmək üçün sizi bir audioloqa yönləndirə bilər. Həkim otoakustik emissiyaları ölçmək üçün bir test keçirir, Normalda səslə stimullaşdırıldığında qulaqda koxlea adlanan bir orqan tərəfindən meydana gələn zəif titrəmələr, vibrasiyalar olur. Qulaqlarında bu titrəmələri əmələ gəlməyən uşaqlarda qulaq kanalında tıxanma və ya koxlear zədələnmə ola bilər ki, bu da eşitmə itkisinə səbəb olur. Audioloq, beynin səsə cavab verə biləcəyini göstərən eşitmə beyin kötüyü reaksiyasını ölçmək üçün başqa bir test edə bilər. Bu testdə uşağınızın baş dərisinə ağrısız elektrodlar yapışdırılır. Elektrodlar beynin səsə cavab verməyən hissəsini tapmağa kömək edir ki.
Doqquz aydan üç yaşa qədər olan kiçik uşaqlar üçün audioloq vizual cavab audiometriyası adlanan davranış eşitmə testini tövsiyə edə bilər. Bu test zamanı övladınız səs kabinəsində oturarkən danışıq və ya musiqi kimi fərqli səsləri dinləyir. Səs çalındıqda otağın uzaq bir küncündə uşağa bir oyuncaq göstərilir. Uşaq hər dəfə səsi eşidəndə oyuncağı axtarmağı öyrənir və bu səs hər dəfə daha yumşaq olur. Audioloq uşağınızın səsləri eşidə biləcəyini təyin etmək üçün onun cavabını müşahidə edir.
Böyük yaşlı uşaqlar üçün həkimlər eşitmə problemlərini təyin etmək üçün daha çox adi audiometrik testlərdən istifadə edirlər. Məsələn, səs verildikdən sonra uşaqdan əlini qaldırması və ya bir düyməyə basması istənilir. Uşaqda bir eşitmə problemi varsa, audioloq bir koxlear implant və ya digər eşitmə cihazlarından faydalana biləcəyini təyin etmək üçün sizi bir mütəxəssisə yönəldə bilər.
Peşə və fiziki terapiya
Peşə terapevtləri motor-hərəkət problemi olan və ya işıq, səs və toxunma kimi duyğu məlumatlarını işləməkdə çətinlik çəkən uşaqlara kömək edir. Məsələn, bir uşağın ayaqqabılarını bağlamağı və ya kiçik oyuncaqlarla davranmağı öyrənməsinə kömək edən hərəkətlər inkişaf etdirilir. Uşağa parlaq işıqğa, yüksək səsə və toxunma hissinə uyğun reaksiya verməsinə kömək etmək üçün yüngül və səsli oyunlar kimi strategiya və vasitələr verə bilərlər.
Fiziki müalicə uşağınızın gücünü artırmağa, koordinasiyasını və tarazlığını yaxşılaşdırmağa yönəlmişdir. Terapevtlər uşağınızın ayaqda durma və gəzmək kimi inkişaf mərhələlərindən keçməsinə kömək edən hərəkətlər və fəaliyyətlər öyrədirlər.
Nitq terapiyası
Uşağın dil və ya nitq gecikməsi varsa, loqoped sizə nitqin inkişafı və ünsiyyət bacarıqlarını necə inkişaf etdirməyi öyrədəir. Mütəxəssis eyni zamanda valideynlərə yaşa uyğun nitq və dil mərhələləri və övladlarının ünsiyyət qurma qabiliyyətlərini inkişaf etdirməyə necə kömək etmələri barədə məsləhətlər verir.
Mənbə
https://nyulangone.org/conditions/developmental-delays-in-children/treatments/therapy-for-older-children-with-developmental-delays
Fikriniz
0
0