Hər bir qadının həyatında hamiləlik dövr&u...
Yod orqanizm üçün vacib olan elementlərdən biridir, xüsusilə uşaqlar və hamilələr üçün . Yod orqanizm tərəfindən sintez olunmur yalnız qida ilə orqanizmə daxil olur. Bədənin yod ehtiyacı dəniz məhsulları ,ət, süd məhsulları ,yumurta kimi qidaları yeməklə qarşılana bilər . Qida ilə orqanizmə daxil olan yod qana sorularaq orqanlara paylanır ,xüsusilə qalxanvari vəzə.Yod qalxanvari vəzin hormonlarının tərkib hissəsidir.
Tireoid hormonlar sinir sisteminin formalaşmasında böyük rol oynayır. Hamiləliyin 1-ci trimestrində tireoid hormonlar neyrositlərin miqrasiya və differensasiyasında iştirak edir, 2-ci trimestrdə miyelinizasiya prosesində istirak edir . Uşaq doğulduqdan sonra 1-ci ayda aktiv miyelinizasiya prosesi davam edir və həyat boyu bu hormonlar sinir sisteminin aktiv inkisafında istirak edir.
Buna əsasən demək olar ki, tireoid hormonların defisiti kretinizmə (ağır əqli geriliyə ), lal-karlığa ,ağır motor pozulmalara və fiziki inkişafın geriliyinə gətirib çıxarır.
Yod defisitinin nəticələri
Psixi və əqli inkişafın pozulması
İntelekt səviyyəsinin aşağı düşməsi
Hipotireoz vəya hipertireoz
Ürək damar xəstəlikləri
Fiziki inkişafın geriliyi
Kretinizm
Mədə-bağırsaq funksiyasının pozulması.
Uşaq və yeniyetmələrdə yod defisiti zamanı əsas şikayətlər aşağıdakılardır
Zəiflik və halsızlıq
Tez yorulma
Baş ağrıları
Pis əhval-ruhiyyə
İştahanın azalması
Dərs davamiyyətinin zəifləməsi
Yaddaşın və immunitetin zəifləməsi( belə uşaqlar tez-tez xəstələnirlər )
Cinsi inkişafın ləngiməsi.
Kütləvi yod defisitinin profilaktikası məqsədilə ən çox istifadə edilən qida məhsullarını yodlaşdırılmasıdır. Məsələn yodlaşdırılmış duzun istifadəsi.
Statistikaya görə dünyada 740 milyon insan yod defisitinin səbəb olduğu xəstəliklərdən əziyyət çəkir. Azərbaycanda isə əhalinin 75% yod çatışmazlığı nəticəsində yaranan xəstəliklərdən əziyyət çəkir .Əsasən Şəki, Quba, Qusar, Zaqatala endemik zona sayılır. Gündəlik yodun qəbulu 0-12 ayliq uşaqlarda 50 mkq ,1-6 yaş - 90-100 mkq , 7-12 yaş -120 mkq ,yeniyetmələrdə isə 150-200 mkq təşkil edir
Fikriniz
0
0