Cinsi inkişafın tezləşməsi

Cinsi inkişaf genetik proqramlaşdıırılmış bir proses olub 7-8 yaşda başlayır və 17-18 yaşda başa çatır. Menstrual tsikl (aybaşiyabənzər ifrazat) və ikincili cinsi əlamətlərin 7 yaşa qədər meydana çıxması vaxtından əvvəl cinsi inkişaf adlanır. Cinsi inkişafın 3 əsas göstəricisi var: 

  1. Telarxi – prolaktin hormonunun təsiri nəticəsində süd vəzilərinin böyüməsi

  2. Pubarxe – qasıq nahiyəsinin tüklənməsi

  3. Menarxe – menstrual tsikl və ya aybaşıyabənzər ifrazatın gəlməsi 

Normada 10-13 yaşdan başlayır və 17-18 yaşda başa çatır. Cinsi inkişafın vaxtından qabaq inkişafı zamanı bu proses 7-8 yaşdan əvvəl başlayır.

İzoseksual və heteroseksual tipləri olur. İzoseksual qızlarda öz cinsinə uyğun cinsi əlamətlər olur. Bu tipin də 3 yarımtipi olur: serebral, yumurtalıq, konstitusional. Heteroseksual qızlarda kişi cinsinə məxsus cinsi əlamətlər yaranır. Daha çox serebral formaya rast gəlinir.

 

Səbəbləri 

  • Qidalanma 

  • Günəşin yüksək aktivliyi

  • İrsiyyət 

  • Virus infeksiyaları 

  • Kimyəvi intoksikasiya (dərmanlar)

  • Radiasiya

  • Alkoqolizm, narkomaniya və endokrin xəstəliklərdən əziyyət çəkən valideynlərin övladları

  • Üzvi patologiya (şişlər)

  • Doğuş travması, ağır keçən hamiləlik toksikozu, hipoksiya



 

Diaqnostikası 

  • Ümumi baxış

  • Kiçik çanaq orqanlarının USM-i

  • Qan plazmasında cinsiyyət hormonlarının təyini

  • Dinamik müayinə

  • Sümük yaşının təyini (uşağın əl biləyinin rentgen filmi olub skeletin yetkinlik dərəcəsini təyin edir)

  • EEQ ilə bərabər nevroloji müayinə

 

Müalicəsi 

  • Etioloji-cinsi inkişafın tezləşməsinin tormozlanması istiqamətində

  • Hormonal terapiya

  • Şiş toxuması aşkarlanıbsa, onun kəsilib götürülməsi