Hamiləlik və stress

Hamiləlik və zahılıq zamanı yaranan  endokrin,somatik və psixoloji dəyişikliklər-sübut olunmuşdur ki,qadın orqanizmi üçün böyük stressdir.

Hamiləlik diaqnozunun təyini bəzi qadınlar üçün həyəcanlı
,sevindirici olsa da,bəziləri bu xəbəri bir faciə kimi hesab edir.Həqiqətən,hisslərin ikiləşməsinin güman olunur ki,adi reaksiyadır.

Sağlamlığı ilə əlaqədar problem yaşayan qadınlar,bu xəbəri eşitdikdə artıq öz fiziki vəziyyətindən narahat olmağa başlayırlar.Sağlam qadınların əksəriyyəti isə  ürəkbulanma,qarnın böyüməsi,mədə yanmaları,sidik ifrazının tezləşməsi kimi narahatlıqlıq keçirirlər.Həmçinin,qadınların əksəriyyəti görünüşün dəyişməsi,karyera,təhsil,maddi və mənəvi baxımdan gələcəkdə olacaq cətinliklərə görə,psixoloji stress keçirirlər.Bu kimi narahatlıqlar xüsusilə ilk hamilə,ilk doğan qadınlarda səssiz qalır,özünü biruzə vermir və bu qadınları bir sual narahat edir : Mən bacaracam?????

Hamilənin öz partnyoru,valideynləri,iş yoldaşları və s. ilə münasibəti hamiləlik və zahılıq dövründə dəyişir.Emosional labillik,narahatlıq və həyəcan bu dövr üçün normal kimi qəbul olunmalıdır.Hamiləlik zamanı rast gəlinən hestozların da əsasında stress olduğunu biri üzərində qısaca məlumat vermək istəyirəm.

A- Hamiləlik qusması

Hamiləlik qusmasının bir neçə səbəbləri var:

-ümumi-KRVİ(qrip),virus infeksiyaları,dərmanlara realsiya)

-hormonal-adətən ilk trimestrdə rast gəlinir(50% ində) və hər hansı bir psixoloji sindromla əlaqəli deyil

-preeklampsiya

-qaraciyər xəstəlikləri

-Arasıkəsilməyən qusma(hyperemesis gravidarum)-qusmanın ağır formasıdır,hamiləliyin istənilən vaxtında rast gəlinə bilir.Qadınlarda çəki defisiti,susuzlaşma,metabolik və su-duz balansının pozulmasına gətirib çıxarır.ABŞ-da 1000 hamilədən 1-ində rast gəlinir.Alimlər bu halın bioloji,psixoloji və sosial səbəblərini araşdırıblar.Bioloji səbəblərdən endokrin,metabolik,immun sistemin dəyişməsi tam sübutunu tapmayıb.Anamnezində abort və cox doğuşları olan qadınlarda müəyyən faktlar tapılıb.Psixoloji olaraq bu durum somatizasiyanın pozulması kimi qiymətləndirilir,bu zaman disforiya (məyusluq,narahatlıq) hissi  və ya psixi konfliktlər hyperemesis gravidarum kimi kliniki vəziyyətlə təzahür edir.Vəziyyət psixi xəstəlik kimi qəbul olunmur,lakin psixoloji durumun daha ağır pozulma hallarına da rast gəlmək olur.Sosial stresin artması bu vəziyyəti daha da ağırlaşdıra bilər.Bu zaman əsas müalicə hamilənin stress faktorlarından izolyasiyası olmalıdır.