3 yaş böhranı

3 yaş körpənin həyatında dönüş məqamdır. Alimlərin əksəriyyəti insanın bu yaşını ikinci doğum dövrü kimi hesab edirlər. Bunu çoxsaylı müşahidələr göstərir. Əgər biz insan həyatənı doğumdan yetkinliyə qədər təsəvvür etsək və bu yaşam həttində 0 dan atdım atdım bir yaş əlavə  edərək müşahidəni aparsaq görərik ki məhs 3 yaşında uşağın ətrafla ünsiyyətdə, qarşılıqlı əlaqəsində kəskin dəyişiklər baş verir. Belə bir dəyişiklik bir həcmdə dəyişiklik birdə uşağın onkoşafında baş vermir. 

Buna görə də uşağın gələcəyi onun  bu yaş dövründə inkişafın güdişatından aslıdır. Burada eyni zamanda bir tərəfdən müxtəlif bacarıq və imkanların o biri tərəfdən isə inkişafda çətin doldurulan (qaytarılan) itkilərlə qarşılaşmaq olar.  Bu itkilər erkən yaş dövründın məktəbəqədər dövründə qalaraq  daha sonra məktəbdə özünü biruzə edəcəklər (oxuma çətilikləri, intizam pozulmaları, ünsiyyət qurmaqda problemlər və s.). 

3 yaş böhranı çətin  dövr kimi dəyərləndirilir. Çünki çoxsaylı müəlliflər qeyd edirlər ki uşaqlar bu inkişaf mərhələsində yüksək konflikt və çətin tərbiyə olunma ilə xarakterizə olunurlar. Yetkinlər üçün uşaqların artan inadını idarə etmək çətin olur. 

Eyni zamanda uşağın özünədə çətin olur. İndiyənə qədər formalaşmış ətrafla ünsiyyət  adətləri dağılır, uşaq öz yerini və ətraf mühütü fərqli anlamağa başlayır.  

Böhranın başlama müddəti çox fərdidir, lakin daha çox rastlaşan növbəti perioddur – iki yaş yarımdan üç yaş qədərdir. Bu dövrə kimi uşaq demək olar ki, tam valideynin sözünə qulaq asır və onun dediklərini yerinə yetirir.

3 yaşın ortasında uşaq həyatında böhranın ilk əlaməti meydana çıxır- neqativizm. Uşaq birdən yetkin tərəfindən verilən tapşırıqları birdən yerinə yetirməkdən inmtina edir. Sanki onu dəyişirlər və bu sizin öncəki olan uşağınız deyil. Ona indiyənə qədər sevdiyi oyuncağı təklif edirsiz, lakin o istəmir, bir yemək təklif edirsən digərini istəyir, gəzməyə aparısan evdən çıxmaq istəmir, deyirsən qatıq ağdır o isə onun qara olması haqqında iddia edir, ananın ( və ya atanın) xahişlərini “əksin” edir.  Bu durumda sanki uşağın əsas məksədi yetkinlə mübahisə etməkdir. 

Bu dururmda valideynlərə  rahat olmaq tövsiyə etmək olar, çün ki ilkin neqativizm xasiyyətin gələcəkdə pis olması haqqında deyil, əksinə uşağın düzgün inkişafı haqqında bizə məlumat verir. Çün ki uşaq öz “mənliyini” ətrafdan ayırmaq istəyir. Bu durumda uşaqnan uzunmüddətli çəkişmələrə daxil olmağa tövsiyə olunmur. 

3 yaş böhran əlamətlərin çoxsu əşyavi fəaliyyətin ətrafında nümayiş olunur. Belə ki uşaqlar paltarların ütüləməsininə mənzilin yığışdırılmasına, xəstələrin mualicəsinə, ata kimi mebelin təmirinə cəhd atır və bu təşəbbüslərə yetkinin mənfi yanaşmasını onlara pis təsir edir. Burada valideynlər uşağın əşyalarla edən hər bir xırda uğru qiymətləndirmlidirlər. Əskinə uğursuzluğu isə müzakirə mövzusuna və uşağa yada salam mərasiminə (adətinə) çevrilməməlidir. Əgər uşağın uğurları azdır, və yetkin ona yalnız uğursuzluqları vurğulayırsa o zaman uşaq reallıqda olmayan nailiyyətləri danışmağa başlayacaq. Məsələn : “ mən bu gün bağçada kaşanın birinci yedim”, amma əslində kaşanın soyuq olduqdan sonra yedi. “Mənim rəsmimi müəllimə  otaqda asdı” halbu ki belə bir hadisə baş verməmişdir  və uşaq ümumiyyətlə bağçada məşğələlərdə nailiyyəti yoxdur. Burada vacib və əsas tövsiyə- uşağın uğur və nailiyyətlərin tanınmasıdır.

Növbəti əlamət – təxəyyülün inkişafı. Təxəyyülün uşaqların davranışında özünü ikitərəfli nümayış edir. Bir tərəfdən uşaq hələ baş verməmiş fəaliyyətin nəticəsini  və bu nəticəyə çaymaq üçün nə etməyini təfəkküründə təsəvvür edir. Digər tərəfdan isə baş verməmiş hadisələri və oyun zamanda reallıqda olmayan partnerla qarşılıqlı əlaqədə ola bilər. Sadə dildə desək fantaziyaya uğrayır. Bu normaldır. Lakin əgər siz müşahidə edirsinzsə ki uşağın uğurları yalnız onun fantaziyalarda olur bu durumda ona kömək etmək lazımdır. Deməli reallıqda olan uğurların sayını artırmaq ehtiyacı var.  

Təxəyyülün digər mənfi biruzəsi – uşaq yalanıdır. Uşaq öz uğursuzluqlarını və günahları digər insaların öhdəliklərinə atırlar. Məsələn “sənin saç rezinin haradadır, qızım” cavab olaraq uşaq deyə bilər- “müəllimə bağçada alıb əlimdən”. Müəllimə bağçada soruşsa “gözünün altına nə olub, Şəms”, cavab isə “Ana vurub, müəllimə” halbuki gözün altını hansısa həşarat dişləyib.

 

Ədəbiyyat:

Е. О. Смирнова, Н. Н. Авдеева, Л. Н. Галигузова, А. О. Дробинская, Т. В. Ермолова, С. Ю. Мещерякова. Воспитание малыша в семье от рождения до трех лет: Советы психолога — М.: АРКТИ, 2004. — 160 с.