Hər bir qadının həyatında hamiləlik dövr&u...
Uşaqlarda burun-udlaq və tənəffüs yolları xəstəlikləri (otit, sinusit, faringit, bronxit, pnevmoniya), həmçinin dəri və yumşaq toxumaların infeksiyaları çox rast gəlindiyi üçün antibiotiklərdən geniş istifadə olunur. Bu səbədən antibiotiklərin rasional istifadəsinə xüsusi diqqət yetirilməlidir.
Antibiotik inyeksiyaları ağrılı olduğundan, körpənin həssas psixikasını zədələyə bilər. Heç kim kiçik bir uşaqdan bu şəkildə müalicə edilməsinə razı olub- olmadığını soruşmur. Beləliklə, uşaq qorxu içində böyüyür, böyüklərə, xüsusən də tibb işçilərinə qarşı inamsız olur. İnyeksiyalar yalnız ağrılı deyil, həm də təhlükəli ola bilər. Belə ki, inyeksiya sonrası infiltratların və abseslərin meydana çıxama, hepatit, QİÇS və s. kimi təhlükəli infeksiyalara yoluxma riski var.
Antibiotiklərin inyeksiya şəklində tətbiq olunmasına dair ən çox yayılmış səhv fikirlər bunlardır:
Ciddi bir infeksiya yalnız inyeksiya yolu ilə müalicə olunur.
Müalicənin təsiri dərmanın tətbiq metodundan deyil, fəaliyyət spektrindən və törədicinin xüsusiyyətlərinə uyğunluğundan asılıdır. Məsələn, tənəffüs yolu infeksiyası mikoplazmalar tərəfindən törənərsə, makrolidlərə ehtiyac duyulur və ya betalaktamaz fermentləri istehsal edən mikroflora tərəfindən törənərsə, penisilin, ampisillin və ya oksasillin tabletləri və ya inyeksiyaları təsirli olmayacaq, amoksiklav və ya 2-ci nəsil sefalosporinlər təyin olunmalıdır.
Əzələdaxili inyeksiya şəklində tətbiq edildikdə dərman daha təsirli olur.
Uşaqlar üçün antibiotiklərin müasir oral (ağızdan verilən formaları) 90-95%-ə qədər sorulma qabiliyyətinə malikdir. Çoxsaylı tədqiqatlar və kliniki təcrübə sübut etmişdir ki, müasir antibiotiklər ağızdan qəbul edildikdə toxumalarda olduqca yüksək dərəcədə konsentrasiya əmələ gətirir. Eyni zamanda, pnevmoniya da daxil olmaqla bir sıra xəstəliklərin müalicəsində tətbiq olunan antibiotiklər yalnız oral formada mövcuddur (məsələn, yeni makrolidlər – azitromisin, roksitromisin və s.) və bütün dünyada uğurla istifadə olunur. İnkişaf etmiş ölkələrinin böyük əksəriyyətində ambulator praktikada inyeksiya şəklində antibiotiklər olduqca nadir hallarda təyin olunur. Ən ağır hallarda mərhələli terapiya prinsipindən istifadə olunur; 2-3 gün ərzində əzələdaxili yeritmədən daha ağrısız olan venadaxili terapiya və vəziyyət sabitləşdikcə, peroral formalar təyin olunur. Beləlikə, stres və lazımsız ağrının qarşısı alınır.
Fikriniz
0
0