Dinləyin, danışın, cavab verin – uşağınızın öyrənməsini dəstəkləyin 

Nə üçün böyük söz ehtiyatı uşaqlar üçün vacibdir? Çünki geniş tərkibli söz ehtiyatına əsaslanan nitq təfəkkürün inkişafına təkan veriri. Bundan başqa, zəngin söz ehtiyatı uşağın təlim nailiyyətlərinə də müsbət təsir göstərir. Bu səbəbdən uşaq dil açdığı gündən onun nitqinin inkişafını stimullaşdırmaq lazımdır. Bunun üçün isə aşağıdakı tövsiyələrə əməl etmək faydalı olar:

  • Nə etdiyinizi övladınıza təsvir edin. Məsələn,“Yemək hazırlayıram. Yumurta bişirdim, çünki hamımız onu xoşlayırıq. İçməyə naringi suyu var, çox dadlıdır.”; 

  • Övladınızın etdiyindən danışın. Məsələn, “Leqodan düzəltdiyin göydələn necə maraqlıdır. Gəl, neçə hissədən ibarət olduğunu sayaq.”;

  • Mağazada və ya gəzintidə sərgüzəştlərinizi danışın;

  • Hər gün uşağınıza ucadan mahnı oxuyun;

  • Uşaqlarla birgə kitab oxuyun;

  • Uşağınıza açıq suallar verin və cavab verməsi üçün vaxt verin;

  • Uşaqların çoxu hər gün evə hekayələrlə evə gəlir. Etdiyiniz işi dayandırıb ona diqqətlə qulaq asın;

  • Yəqin ki, övladınız çox sual verir. Səbirlə onun suallarını cavablandırmağa çalışın. Bu cür qarşılıqlı əlaqələr uşaqların öyrənməsini dəstəkləyir;

  • Övladınızın bütün duyğularını qəbul edin. Bu, övladınızın özünü təhlükəsiz və etibarlı hiss etməsinə və hər cür hissləri bölüşməyə hazır olmasına kömək edir;

  • Uşağınızın gördüyünü əşya və hadisələri təsvir edin;

  • Övladınıza yeni və ya daha çətin bir şeyi sınamaq üçün kiçik problem-situasiya qurun;

  • Övladınızın sizə söylədiklərini geniş şəkildə şərh edin;

  • Nitqinizdə yeni və maraqlı sözlərdən istifadə edin.