Düzgün ünsiyyət qurmaq üçün ilk addımlar

Düzgün ünsiyyət qurmaq üçün ilk addım uşaqlarda dinləmək bacarığını inkişaf etdirməkdir. Əlbəttə burada dinləmək dedikdə, başa düşmək, anlamaq, söylənəni məntiqi, mənalı düşüncələrələ beynimizə yerləşdirməkdir. Elə buna görə də düşüncələrə doğru-yanlış anlamı yükləmək yerinə, düşüncələrin bir-birindən fərqli olduğu həqiqətini qəbul etməkdir. 

Uşağımızla ünsiyyətdə izləyəcəyimiz effektli yol, ən əvvəl onu sözünü kəsmədən dinləməkdir.Yaxşı dinləyici olan ata-ana dinləməklə uşağın bugünkü problemini həll etmir, duyğularını bölüşmür, eyni zamanda gələcək üçün əla dinləyici modeli rolunu oynayır. Belə münasibəti görən və yaşayan uşaq da sonrakı həyatında ünsiyyətlə bağlı problem yaşamayacaqdır.

Valideynlərin uşaqlara qarşı olan bəzi davranışları onların ünsiyyətinə mane olur. Məsələn, davamlı nəsihət vermək

  • Bu hərəkət sənə yaraşmır...

  • Oynamağı bilmirsən oynama...

  • Yoruldum deyirsənsə, axşam vaxtında yat...

  • Bizim vaxtımızda...

Uzun nəsihətlər uşağı bedirir, müəyyən vaxtan sonra o bu nəsihətləri eşidirmiş kimi davranır, əslində isə danışanı dinləmir, bu isə özlüyündə yeni problemin ortaya çıxmasına səbəb olur, ünsiyyəti daha da çətinləşdirir.

Etiketləmək, müqayisə etmək

  • Sən həmişə beləsən...

  • Sulugöz...

  • Tənbəl, yalançı...

  • Anasına (atasına) oxşamış...

  • Şikayətdən başqa heç nə bacarmırsan...

  • Başqasının da uşağı var...

  • Gör səndən başqa ağlayan var...

  • Sənin ondan nəyin əksikdir...

Belə münasibət görən uşaq özünü alçalmış hiss edər, dərdini deməz, çarəsizliyini qəbul edər, taleyi ilə barışar. Bunun sonunda ya aşırı səssiz, ya da aşırı dalaşqan olur.

Bitməz suallar 

  • Nə oldu?

  • Sən nə elədin?

  • O nə elədi?

  • Niyə yıxıldın?

  • Görmürdün?...

Sonsuz suallardan sıxılan uşaq valideynin bu suallarla nə əldə etmək istədiyini tam başa düşməz, qorxuya düşər, özünü itirər.

Vəziyyətə hökm və müdaxilə etmək, qərar vermək...

  • Sən əslində elə demək istəmirdin...

  • Bunu niyə elədiyini yaxşı bilirəm...

  • Dərdinin nə olduğunu bilirəm...

  • Bunları məni hisləndirmək üçün edirsən...

Bu cür yanaşma uşağı özünü müdfiəyə aparar, hirsləndirər, problemini söyləməkdən çəkindirər.

Təsəlli etmək, mövzunu dəyişdirmək

  • Fikir vermə...

  • Başqa söhbət elə...

  • Belə şeylər  tez-tez olur, üzülmə...

  • Böyüyəndə yadından çıxar...

  • Unut , getsin...

Əslində təsəlli etmək yaxşı metoddur, amma olanlar haqqında ətraflı məlumat aldıqdan sonra istifadə olunarsa hədəfə çatar. Dinlənilmədən təsəlli edilən uşaq olanlara doğru məna yükləməkdə, çözüm gətirməkdə çətinlik çəkər.