Körpəlik dövrün ikinci yarım ilin (6 aydan 1 yaşa qədər) : valideynlərə tövsiyələr

Körpənizin artıq 6 ayı var və ona artıq öncə də kimi qucağınızda hər hansı bir məşquliyyət olmadan, yalnız nəvaziş almaqla, emosional ünsiyyətlə kifayətlənmir. Belə bir davranış uşağın emosional ünsiyyətdən keçməsi barədə işarədir və ünsiyyətin aparıcı  tərzi işgüzar olması barədə bizə məlumat verir. 

Yetkinlərin (valideynlərin) əsas vəzifəsi körpəliyin ikinci yarımiliyyində uşaq inkişafı üçün əlverişli şəraitlərin yaradılmasıdır. Belə şəraiti uşaq böyüklərin əşyalarla istifadə üsülların uşaq tərəfindən təkrarlanması diqqətlə izləmək lazımdır (daraqla saçlarını darayır, maşını sürür, gəlinciyi yelləyir). 

Körpə “tutma” yaşına çatanda ona oyuncaqlarla müxtəlif istifadə üsüllarını göstərməyə başlayın. İkinci yarımilin əvvəlində bu hərəkətlə çox sadə olacaq, lakn siz (valideyn) nümunə göstərməklə  (topu diğırlamaq, kubları üst üstə qoymaq, xırda oyuncaqları qutuya qoymaq) ona əşyalarla hərəkətlərin müxtəlifliyini artırmaq əşyanın cürbəcür tədqiqat etməyə dəstək olacaqsız. Uşaqdan dəqiq təqlidi (təkrar etməsini) israrla tələb etməyin. Oyuncaqları uşağın marağın endikdə dəyişin.

Ola bilsin ki körpəniz oyuncaqları yerə atmağı və daha sonra sizin həmən oyuncaqları qaldımağını istəyir. Bu davranışa görə uşağınıza hirslənməyin, əksinə müşahidə edin, bəlkə o sizi əməkdaşlığa dəvət edir, bəlkə siz onunla az oynayırsız və bununla o sizin diqqətinizi əldə etmək istəyir. Əlavə olaraq uşaqlar oyuncaqları sizin əlinizə verərək də fəaliyyətə qoşulmağınızı istəyə bilər. Işığı, televizor yandırmaq və ya söndürmək kimi cəhdlər göstərə bilər.

Uşağın hərəkətlərlərini qiymətləndirək

Körpəlik dövrün ikinci yarımilliyində uşaqlar öz hərəkətlərində yetkinin verdiyi qiymətə əsaslanarırlar. Və belə bir məqamda valideynin necə tərif etməyini və necə danlamağını yaxşı bilməlidir.

Əgər siz uşağı danlayırsızsa bu sakit səslə və hərəkətə yönələn bir tənqid olmalıdır. Məsələn: körpə fincandan şirə içərək onu üstünə dağıdır. Bu zaman sakit səslə bunu belə etmək olmaz və necə etmək olduğunu göstərirsiz. Həmən məqamda siz ona səs tonunuzu qaldıraraq qışqırsanız uşaqda  sizin onu sevmədiyinizi anlayışını və travma zəminini yaranmasına yol aça bilərsiz. Kömək edin və tərifləyin onu. Səbirli olun hər dəfə uşağınızda qaşıq tutma hərəkəti daha uğurlu alınacaq.

Beləliklə körpəliyin ikinci yarımiliyində yetkinin (valideynin) vacib vəzifəsi uşağın ətraf əşyaları ilə hərəkətlər üsülların ehtiyyatını, müxtəlifliyini artırmaq onları əşyanın qaydaları uyğun istifadə etməyini nümayiş edərək öyrətmək. Bu zaman uşaqların uğurları olduqda mütləq şəkildə onları tərifləmək.

 

Ədəbiyyat

  1. Е. О. Смирнова, Н. Н. Авдеева, Л. Н. Галигузова, А. О. Дробинская, Т. В. Ермолова, С. Ю. Мещерякова Воспитание малыша в семье от рождения до трех лет: Советы психолога. — М.: АРКТИ, 2004. — 160 с.