Hər bir qadının həyatında hamiləlik dövr&u...
Valideyn olmaq ecazkar mükafatlar və bəzən qeyri-mümkün görünən çətinliklərlə dolu bir səyahətdir. Valideynlərlə yanaşı bir çox insanlar uşaqların həyatında əhəmiyyətli rol oynayır. Nənə, baba, dayı, xala, dostlar, müəllimlər və qonşular hamısı ailə həyatına töhfə verir və onu dəstəkləyir. Valideyn olaraq daim övladlarımızı başqaları ilə müqayisə edirik. Ancaq nəzərə almalıyıq ki, hər uşaq fərqlidir. Uşaqlar fərqli inkişaf edir, fərqli keyfiyyətlərə sahibdirlər, fərqli güclərə sahibdirlər və fərdi ehtiyaclarını ödəmək üçün müxtəlif növ dəstəyə ehtiyac duyurlar.
Uşaqların fərqli inkişaf yolları olsa da, əksəriyyəti bir sıra proqnozlaşdırılan mərhələlərdən keçir. İnkişafın sürətli, yaxud yavaş olması normaldır. Əksər halarda (ciddi səbəblər olmadıqda) düzgün bəslənmə və stimullaşdırma ilə uşaqların yaşa uyğun inkişafını təmin etmək mümkündür.
Bütün uşaqların güclü və zəif tərəfləri var. Bəziləri idmanda, bəziləri musiqidə, bəziləri təlimdə daha yaxşıdır. Bəziləri olduqca narahat, bəziləri isə rahatdır. Bəzi uşaqlar yaxşı yatırlar, bəziləri isə illərlə gecə yuxusundan oyanırlar.
Valideynlər bəzən elə düşünür ki, onalar bütün cavabları bilməlidirlər. Ancaq hər şeyi bilmək lazım deyil. Valideynlər hər bir uşağın özünəməxsus xüsusuyyətlərini, güclü və zəif tərəflərini başa düşməli və buna uyğun davranmalıdırlar. Valideyn olaraq özünüzdən gözləntiləriniz məqbul səviyyədə olsun. Özünüzə inamlı olun, həm də bir valideyn kimi özünüzü inkişaf etditməyə çalışın. Valideynlik əzmkarlıq, enerji, bilik və səbir tələb edir. Ancaq çatışmayan cəhətlərinizə və səhvlərinizə görə öznüzü qınamayın, ancaq əlbəttə səhvləri düzəltməyə cəhd göstərin.
Tarixən geniş ailələr və məhəllələr uşaqlara qayğı məsuliyyətini paylaşıb. Müasir dövrdə isə sosial münasibətlərin daralması səbəbindən valideynlər bu məsuliyyəti əsasən öz üzərilərinə götürürlər. Ancaq uşaqlara qayğı göstərməkdən başqalarından (ailə üzvləri, rəfiqə, qonşu, dayə və s.) kömək almağa tərəddüd etməyin.
Mükəmməl valideyn yoxdur, valideyn olmağın bir çox yolu var. Uşaqlar və valideynlər bir-birlərindən öyrənirlər. Hər yaşdan olan uşaqlar daim valideynlərini izləyir, dinləyir və öyrənirlər. Bir valideyn olaraq uşağınız böyüdükcə siz də daha çox şey öyrənirsiniz. Sizin verdiyiniz tərbiyə, uşaqlarınızın dəyişən ehtiyacları ilə birlikdə dəyişməlidir.
Fikriniz
0
0