Dizartriya nitqin tələffüz tərəfinin və ni...
Zeynəb rəngli çatını götürüb Ülkərgilə yollandı. Darvazanı açıb içəri baxdı:
-Ülkər hardasan? Gəl oynayaq.
-İçəri gəl, a bala. Ülkər də elə səni arzulayırdı - deyə nənə mehriban baxışları ilə Zeynəbi süzdü.
Elə bu vaxt Ülkər içəridən qaça-qaça gəldi:
-Nə yaxşı çatını da gətirdin.
-Hə gətirdim ki, oynayaq.
Uşaqlar sevinə-sevinə bağçaya endi. Zeynəb oyuna ilk başladı. Çatını havaya qaldırıb tullanıb düşürdü ki, birdən çatı ağaca ilişdi. Yamyaşıl tumurcuqlar yerə töküldü. Zeynəb tumurcuqları götürüb təəccüblə dedi:
-Bu nədir?
Ülkər çiyinlərini çəkib:
-Bilmirəm, doğrudan da bu nədir görəsən?
-Yetişib yarpaq olacaq.
-Yox məncə yetişib çiçək olacaq.
Elə bu vaxt Ülkərin nənəsi onlara yaxınlaşdı. Zeynəbin əlindəki tumurcuqlara baxıb:
-Ay sizi dəcəllər, bu tumurcuqları niyə belə heyif elədiz?
Uşaqlar bir ağızdan :
-Tumurcuq?
-Hə, tumurcuqdu bu.
-Axı tumurcuq nədi ay nənə? - deyə Ülkər təəccüblə soruşdu.
Nənə uşaqları sakitləşdirib sözə başladı:
-Mənim dəcəl balalarım, bax bu gördüyünüz ağac şaftalı ağacıdır. Yaz gələndə bütün ağaclar kimi şaftalı ağacı da tumurcuqlayır. Bu tumurcuqlar günlər keçdikcə yetişir, çiçək olur. Sonra bu çiçəklər yetişib meyvə olur.
-Meyvə? Mən şaftalı meyvəsini çox sevirəm - deyə Zeynəb sevinclə qışqırdı.
-Ona qalsa elə mənim də ən sevdiyim meyvə şaftalıdı - deyə Ülkər gözlərini nənənin ovcundakı tumurcuqlara zillədi.
-Hə uşaqlar, deyirsiz ən sevdiyim meyvədi, amma ehtiyatlı oynamadız. Gəlin sayaq. Bax duz 8 tumurcuqdu. 8 meyvəni yetişməyə qoymadız.
Zeynəb çox kədərlə:
-Nənə, qəsdən eləmədik,çatı ilişdi.
-Bilirəm, siz ağıllı balalarsınız, heç qəsdən edərsiz? Həmişə oynayanda, bir iş görəndə ehtiyatlı olun ki, belə ziyanlıq olmasın.
-Düz deyirsən, ay nənə. Ehtiyatlı oynasaydıq tumurcuqlara ziyan dəyməzdi - deyə Ülkər hey tumurcuqları ovcunda sığallayırdı.
Fikriniz
0
0