Sosial işin yaranmasının tarixi əsasları və inkişaf tarixi (II hissə)

Sosial işin inkişaf etməsində dinin də rolu böyükdür. Kilsə və monastırların nəzdində məktəblər, xəstəxanalar, qeyri qanuni uşaqlar, valideyn himayəsindən məhrum olmuş uşaqlar, yaşlı və əlilliyi olan insanlar üçün sığınacaqlar fəaliyyət göstərirdi və burada tək sosial-məişət məsələri deyil, həm də pedaqoji vəzifələr-tərbiyə, təhsil, peşə təhsili həyata keçirilirdi.

Lakin cəmiyyət inkişaf etdikcə yoxsulluq artıq bir ehtiyac kimi aradan qaldırılması tələb olunan ictimai bəla kimi dərk edilməyə başladı. XIV əsrdən başalayraq orta əsr avropa ölkələri artıq dilənçiliyin təqib olunması və cəzalandırılması siyasətini həyata keçirirdi.

1530-cu ildə Almaniyanın Imperiya seymi tərəfindən yerli hakimiyyət orqanlarına verilmiş göstərişə görə onların hər biri öz icmalrında mövcud olan yoxsulların ehtiyaclarını icma daxildə ödəməlidirlər. Oxşar qanunlar Fransa, Hollandiya və digər ölkələrdə qəbul edilmişdir. Ingiltərədə fərdi sədəqələrin verilməsi cəzalandırmalı idi. Sağlam yoxsullar işləməli, xəstələr isə kilsə yanında olan sığınacaqlarda saxlanmalı idilər.

Dilənçiliklə mübarizənin digər mərhələsində prosesdə cəmiyyətin fəal iştirak etməsi və təsadüfi sədəqə vermək əvəzinə yoxsullara sistematik şəkildə yardımların təşkil olunması ilə səciyyələnir.

Beləliklə, probelmin kökdən aradan qaldırılması başlayır. Bu da XVIII əsrdə filantropik xarakter daşıyan humanist ideyaların yayaılması ilə sıx əlaqədardır. Xəstələrə, uşaqlara, məhkumlara, qullara qayğının göstərilməsi filantropik hərəkatın əsas qayəsini təşkil edirdi. Hamburq şəhərində siyasi iqtisadçı Byush və ticarətçi Foxtun səyləri ilə 1778-ci ildə "yoxsullar üçün ümumi qəyyumluq" cəmiyyəti təşkil olunmuşdur. Əsas məqsədi hər bir yoxsullun bacarıq və imkanı daxilində çörək pulu qazanması idi. Fəaliyyət bacarığı olmayan yoxsul isə qəyyum olunurdu.

XIX əsrin II yarısından başlayaraq, köməyin göstərilməsi prosesində fəal rolu təkcə dövlət, kilsə oynamaqla qalmayıb, həmçinin müxtəlif ictimai təşkilatlar, ilk növbədə xeyriyyəçi, maarifçi, feminist təşkilatlar da müəyyən rol oynamağa başladılar. Dövlətin kömək və dəstək sistemi, öz diqqətini əsasən kasıbçılıq, yetimçilik, əlillik və s. bu kimi sosial bəlaların profilaktikası və aradan qaldırlıması yolları üzərində cəmləşdirir. Bir sıra ölkələrdə, dövlətin yerlərdə əhalinin sosial təminatı və dəstəyi siyasətini məqsədyönlü surətdə gerçəkləşdirilməsi məqsədi ilə dövlət təşkilatları da yaranır (Almaniyada Elberfeld sosial təminat sistemi, Rusiyada qəza (əyalət) mərhəmət sistemi və s.). Dövlətdən fərqli olaraq ictimai təşkilatlar, əhalinin o kateqoriyalarına sosial kömək göstərirlər ki, dövlət, bu və ya digər səbəblər üzündən onlarla əlaqələrini tam genişləndirə bilmir (məs., Ingiltərədə deviant qruplarla iş, Rusiyada maarifçilik fəaliyyəti, ABŞ-da emiqrantlarla iş). Praktiki fəaliyyət növü olaraq sosial iş tibb, sosiologiya, psixologiya kimi elm sahələrində də təşəkkül etməyə başlayır. Artıq gündəmdə çox aktual bir məsələ durur müxtəlif kateqoriyadan olan vətəndaşlara professional sosial köməyin göstərilməsi və bu kömək sisteminin yaradılması. Bu isə öz növbəsində, müvafiq ali məktəblər çərçivəsində xüsusi hazırlıq görmüş mütəxəssislərin hazırlanmasını nəzərdə tuturdu. Məhz bu dövrdə, bir sıra sənaye cəhətdən inkişaf etmiş ölkələrdə, bir qrup mütəxəssislər ortaya çıxır və onlar ilk dəfə olaraq sosial işlə peşəkarcasına məşğul olmağa başlayırlar, sosial işçilərin hazırlanması məqsədi ilə tədris müəssisələri və fakültələr açılır. Beləliklə, XIX əsrin 80-ci illərində ABŞ-ın Kolumbiya universitetində ilk dəfə olaraq sosial iş fakültəsi açılır və məhz həmin dövrdən başlayaraq, sosial iş ixtisas və ayrıca bilik sahəsinə çevrilir. Elmi ədəbiyyatın təhlili sübut edir ki, sosial işin elmi dərk tarixinin nəzəri ənənələri, ictimai həyatın önəmli hadisələrindən biri olan xeyriyyəçiliyin sosial rolunun və məzmununun öyrənilməsi, eləcə də ehtiyacı olanlara sosial köməyin göstərilməsi elmi əsasların müxtəlif psixoloji, sosioloji, psixoterapevtik doktrinaların tətbiqi cəhdləri ilə başlayır. Qərbdə sosial işin tarixi ilə əlaqədar olan əksər icmallarda qeyd olunur ki, bir peşə kimi onun yaranması xeyriyyəçilik təşkilatlarının yaranması və inkişafı ilə əlaqədar olmuş və onun nəzəri əsaslarının formalaşmasında xeyriyyəçilik ənənələri əlahiddə rol oynamışdır. Sosial iş nəzəriyyəsi tarixindəki bu ənənəni etik terapevtik (mənəvi terapevtik) ənənə kimi də dəyərləndirmək olardı, çünki o, xeyriyyəçiliyin rənga-rəng formalarının üzərində qurulmuşdu.

XIX əsrin II yarısı XX əsrin əvvəllərində, sosial iş problemlərinə toxunan elmi əsərlərdə əsasən ailə firavanlığı (bədbəxtliyi) kontekstində şəxsiyyətin özünün sosial məişət vəziyyətinin, maliyyə durumunun yaxşılaşdırılması qabiliyyətinə, sosial kömək subyektinin səmərəli (səmərəsiz) təsiri problemi ətraflı nəzərdən keçirilirdi. Ailəyə kömək və dəstək həm cəmiyyətin, həm şəxsiyyətin, həm də dövlətin mənəvi borcu kimi dəyərləndirilirdi. Bununla əlaqədar, sosial iş problemlərinin elmi-nəzəri dərk edilməsi, bu və ya digər sosial kömək tədbirlərinin

ədalətliliyinin əsaslandırılmasının metodoloji məsələləri, sosial xidmət sahəsi

tərəfindən əhalinin həyat şəratinin, cəmiyyətin və fərdin sosial inkişafının öyrənilməsi ilə əlaqədar dəqiq göstərici və metodlara istinadən, optimal fəaliyyət variantlarının axtarılması problemləri elə əlaqədardır. Sosial tarix və sosial işin tarixi üzrə əksər mütəxəssislərin yekdil fikri ondan ibarətdir ki, müasir ictimai hadisə kimi sosial işin yaranma tarixi, onun nəzəri əsaslarının yaranma tarixi ilə eyni vaxta yəni XIX əsrin II yarısına təsadüf edir.

XIX əsrin II yarısı XX əsrin əvvəllərindəki tarixi-sosioloji, statistik,     sosial-iqtisadi tədqiqatlar bir daha sübut edirlər ki, ictimai uğurda məişət problemləri prioritet yer tutmaqla, qlobal məsələlər sırasına daxil olaraq, iqtisadi, siyasi və sosiomədəni proseslərin inkişafına nəzərə çarpacaq təsir göstərir.

İlk növbədə, ictimai həyatın urbanizasiya kimi hadisələri qeyd etmək lazımdır, çünki məhz bu proses, o dövrdə intensiv sənaye inkişafının əsasını qoymaqla, kənd əhalisinin kütləvi surətdə şəhərə axınına təkan vermiş oldu. Bütün bunların məntiqi nəticəsi olaraq, cəmiyyətdə marginal təbəqələrin nisbəti xüsusi ilə də şəhər şəraitinə zəif uyğunlaşmış birinci və ikinci nəsil şəhərlilərin sayı artmağa başladı.

XIX əsrin sonu - XX əsrin əvvəllərindən başlayan intensiv urbanizasiya elə bir vəziyyətə gətirib çıxardı ki, nəticədə əks sənaye cəhətdən inkişaf etmiş ölkələrdə şəhər əhalisi öz sayına görə üstünlük təşkil etməyə başladı. İnsanların həyat tərzlərinin səciyyəvi xüsusiyyətləri özünü təkcə regional milli və ərazi kontekstində deyil, həmçinin müxtəlif yaşayış tiplərinə (iri, orta yaxud kiçik şəhər, şəhər tipli qəsəbə, kənd və s.) görə belə büruzə verməyə başladı. Bu zaman müxtəlif ərazi tiplərində yaşayan əhalinin həyati təminat sistemlərindəki müxtəliflilik onların regionun təsərrüfat iqtisadi profilindən asılılığı aşkar şəkildə müşahidə olunurdu.

İctimai istehsalın mürəkkəbləşməsi, bütövlükdə əməyin, ayrılıqda isə işçinin texniki təminatının artırılması, fəaliyyətin nəticələrinə görə, insanların, iri kollektivlərin, işçilər assosiasiyalarının rolunun yüksəldilməsi və məsuliyyətlərinin gücləndirilməsi professional fəaliyyətin nəticələrinin səmərəliliyinin artırılması məqsədi ilə qarşılıqlı əlaqə və təsirin gücləndirilməsi, işçi qüvvə daşıyıcısına, onun səhhətinə, əhval ruhiyyəsinə, firavanlığına xüsusi diqqətin yetirilməsini tələb edirdi.

XIX əsrin sonu XX əsrin əvvəllərində həm dövlət orqanları, həm də iri firmalar aktiv surətdə təkcə təhsilə, əhalinin professional hazırlığı ilə bağlı sahələrə deyil, həmçinin sosial sahəyə yəni insanın həyati təminati ilə bağlı olan sahələrə də sərmayə qoymağa başladılar. Bu intensiv inkişafın labüd nəticəsi olaraq, artıq XX əsrin sonlarına doğru sosial xidmətlərin göstərilməsi üzrə inkişaf etmiş ölkələrdə, texniki cəhətdən mükəmməl təmin olunmuş sosial sahədə, insan davranışının qanunauyğunluqlarının öyrənilməsindən bəhs etmək lazım gəlirdi. Bu davranışın öyrənilməsi ona görə vacib idi ki, xidmət sənayesi, müəyyən məhsul və xidmətə olan tələbatı öyrənməklə onun zəruriliyini dəqiq proqnozlaşdırmalı, həmçinin, insanın maddi-ǝşya mühitinin köklü surətdə dəyişməsinə uyğun olaraq, onun tipik həyat tərzinin, fəaliyyətinin dəyişməsinə rəğmən yeni dəstək üsul və vasitələri axtarıb tapmalıydı.

İctimai hadisə kimi müasir sosial iş sisteminin formalaşmasına təsir göstərən digər önəmli amil, XIX əsrdə zəhmətkeşlərin öz hüquqları uğrunda apardıqları mübarizələridir. Iri şəhərlərdə və sənaye müəssisələrində işçilərin sayının və sıxlığının artması, fəhlə hərəkatınının və həmkarların təsisatlanma prosesini gücləndirməklə, həm burjua hökumətləri, həm də iri sahibkarlar qarşısında sosial işin müxtəlif formalarının tətbiqinin dəstəklənməsi zərurətini tələb kimi qoydu. Bu tələblərə diqqətin yetirilməməsi onunla nəticələnə bilərdi ki, onsuz da vüsət almaqda olan tətil və hərbi toqquşmalar dalğası alovlana bilərdi. Və XX əsrdə proletar inqilabının alovları bəzi ölkələdə o cümlədən Rusiyada alovlandı. Bu inqilabın yaradıcı xarakteri, mütərəqqi ictimayyəti, daha ədalətli ictimai quruluşa keçidin təkamül yollarını axtarmağa, mövcud və yaranmaqda olan sosial problemlərin həlli istiqamətində, daha çevik mexanizmlərinin yölənib hazırlanmasına məcbur etdi. Sosial işin təşəkkülünün elmi mərhələsi, onun təkamülünün bir çox faktorları ilə, ilk növbədə, XX əsrin əvvəlləri üçün əksər ölkələrdə keyfiyyətcə dəyişmiş ictimai münasibətlər və əlaqələr sistemi ilə bağlı idi. Bəs sosial kömək paradiqmasının dəyişməsinə səbəb olan, bu keyfiyyət dəyişiklikləri nədən ibarət idi? Bunlar aşağıdakılardan ibarət idi:

  • ümumi yaşayış norma və prinsipləri ilə bağlı olan bütöv toplumun parçalanması;
  • urbanizasiya və sənayeləşmə;
  • insanın cəlb olunduğu sosial əlaqələr sisteminin genişlənməsi və sayının artması.

Qeyd olunanlar, sosial işin təkamülünə nəzərə-çarpacaq dərəcədə təsir göstərmiş tarixi səbəblərdir.

XX əsrin əvvəlləri üçün, sosial iş nəzəriyyə və praktikasının formalaşmasına, onun təkamülünə mühüm təsir göstərən faktorlar sırasından aşağıdakıları qeyd edirlər:

1. makro. 2. mezzo 3. mikro faktorlar

Təkamülün makrofaktoruna bunlar aiddir:

  • əsrin əvvələrində baş vermiş sənaye inqilab;
  • insan hüquqları və onların müdafiəsi sahəsində sosial siyasətin dəyişməsi;
  • xəstələr və qocalar üçün sosial sığorta sisteminin təşkili.

 

Təkamülün mezzo faktorlarına bunlar aiddir:

  • vurğunun, müştəriyə maddi köməkdən, onun öz problemlərini müstəqil surətdə həll edə bilməsi qabiliyyətinə doğru dəyişdirilməsi müştərilərin təlimi;
  • sosial işçilərin praktiki maraqlarının dəyişməsi, sinfi maraqlardan, müştərinin şəxsiyyəti və onun maraqları istiqamətinə keçid.

Təkamülün mikrofaktorlarına bunlar aiddir:

  • sosial işçilərin diqqətinin «hadisələrlə iş» üzərində cəmləşdirilməsi;
  • praktikada, hadisənin öyrənilməsi ilə bağlı psixoanalitik üsulların tətbiqinin əsaslandırılması;
  • fərdi iş metodlarının və texnikalarının formalaşması, yaxud sosial işçinin fəaliyyətinin, müştərinin istəkləri və arzuları əsasında qurulması. [4. s.5]

Beləliklə, XX əsrdə sosial işin peşə kimi yaranmasının ilkin şərtləri formalaşır:

  • Təcrübə göstərdi ki, könüllü filantropiya əhaliyə sosial yardımın bütün məqsədlərini yerinə yetirə bilmir.
  • Fərdi xeyriyyəçilikdən bu məqsədlə yaradılmış təşkilat xeyriyyəçiliyinə keçid baş verir.
  • Xeyriyyəçiliyin yeni formaları yaranır.
  • Məzlumlar öz hüquqları uğrunda fəal mübarizəyə başlayır, bu isə sosial işin yaradılması prosesinin gücləndirir.
  • Ehtiyacı olanlara yardım etmək üçün dövlət və bələdiyyə yardımı formaları yaranır. [1. s10]

 

Ədəbiyyat

  1. C. Şahmalıyev. Sosial iş bacarıqları. Meqa Poliqrafiya. Bakı- 2018, 72s
  2. М.В. Фирсов. ИСТОРИЯ СОЦИАЛЬНОЙ РАБОТЫ. КНОРУС. Москва-2012, 400 c.
  3. Спирина В.И., Спирина М.Л. История социальной работы: учебно-методическое пособие // Научный ред. д.п.н., проф. Спирина В.И.; отв. ред. к.п.н., доц. Спирина М.Л. – Армавир, 2019 - 173 с.
  4. Холостова Е.И. Социальная работа в схемах: Учебное пособие. – М.: Из-дательско-торговая корпорация «Дашков и Ко», 2006.-104 c.
  5. http://www.ilo.org/dyn/natlex/natlex4.detail?p_lang=en&p_isn=60673
  6. https://en.wikipedia.org/wiki/International_Federation_of_Social_Workers
  7. https://socialwork.columbia.edu/about/historical-timeline
  8. https://en.wikipedia.org/wiki/Medical_social_work