Sosial işə dair xarici təcrübənin öyrənilməsi: Sosial iş nəzəriyyələri (II hissə)

Baxmayaraq ki, «müalicə» konsepsiyası sosial işdə aparıcı rol oynayırdı, bununla belə, «müdaxilə» konsepsiyasının da ortaya çıxması, günün tələbi hesab oluna bilərdi. “Müştərinin sosial tarixi” və “müalicə” kimi üsullar, fərdi işdə üstünlük təşkili etməklə, sosial işçilərin kömək prosesindəki sosial standartlarına çevrilmişdilər. Müvafiq kömək prosesində aşağıdakı vacib interaktiv elementləri seçib ayırırlar:

  • ehtiyatlardan istifadə olunması;
  • kliyenta problemlərini anlamasında köməkçi olmaq;
  • müştəriyə öz xarici sosial proqramına «işləmək qabiliyyətinin aşılanması və inkişaf etdirilməsi.

Diaqnostik konsepsiyalarında nəzərəçarpacaq dəyişiklikiər baş verməyə başlayır. XX əsrin 20-ci illərində, artıq praktikaya psixoanaliz elementləri daxil olmağa başladığından, fərdi iş metodunu yeniləşdirir və bu da psixi prosesləri sosial problemlər kontekstində nəzərdən keçirməyə şərait yaradır. Psixoanaliz diaqnoz haqqındakı təsəvvürləri genişləndirdi və təkcə şəxsiyyətin deyil, həmçinin, sosial işçilər üçün mühüm olan sosial dəyişikliklərin də, elmi metod əsasında öyrənilməsi nə şərait yaratdı. Kliyentin mənsub olduğu ətraf mühit vahid elmi sxem və məntiq əsasında izah olunmağa başlanmışdı. 1922-ci ildən başlayaraq, M.Riçmond “Sosial fərdi işin” prisiplərini işləyib hazırlayır və əvvəlki üsullardan başqa, digər üsullar da “fərdi inkişaf”, “insan münasibətlərinin tənzimlənməsi” inkişaf etdirilir. Bu üsullarda şəxsiyyət, bioloji faktorların və inkişaf faktoriarının kliyentin digər insanlarla əlaqəli münasibətlərinin və özü haqqındakı təsəvvürlərinin məcmusu kimi təsvir edilir. Fərdin həyatı digər insanlarla, mürəkkəb və ziddiyyətli münasibətlərin məcmusu kimi nəzərdən keçirilirdi və bu da insan münasibətlərinin rəngarəngliyi, qarşılıqlı əlaqəsi və özünüifadəsi ilə əlaqədar olan bir şey idi. Psixoanalitik nəzəriyyələr əsasında, qarşılıqlı əlaqə modellərinin hazırlanmasından başqa, sosial işçi ilə kliyent arasındakı qarşılıqlı əlaqə prinsipləri də müəyyənləşdirildi və M.Riçmond bunu mental gigiyena prinsipləri adlandırdı. Sonralar bu prinsiplər sosial işçilərin etik kodeksinin əsası kimi götürüləcək. Bu prinsiplər özünə aşağıdakı müddəalanı daxil edirdi:

  • kliyentə rəğbət bəslənməsi;
  • üstünlüyün ona verilməsi;
  • onun təriflənməsi;
  • onunla birgə fəaliyyət planlarının qurulması.

Bu dövrdə, fərdi üsulun gələcək inkişafını V. Robinsonun va C.Taftin əsərlərində müşahidə etmək olar. V.Robinson fərdi iş metodunda yeni perspektivləri qeyd edir. O, diqqət mərkəzinə müştərinin situasiyasının deyil, onun dəyərlərinin, fərdi təcrübəsinin qoyulmasını və kömək prosesinin məhz bu dominantlar üzərində qurulmasını təklif edir. Kliyent ilə sosial işçi arasındakı praktiki qarşılıqlı əlaqədə əsas diqqət, kliyentin keçmişinə, uşaqlıq həyacanlarına, vərdişlərinə və dəyərlərinə yetirilir. Kliyent ilə sosial işçinin təmas prinsipləri ilə əlaqədar məsələ də çox önəmlidir, çünki müştərilərin istəklərinin anlaşılması problemi, ona sosial işçilər tərəfindən köməyin göstərilməsi prosesində mühüm rol oynayır. Sosial işin nəzəriyyə və praktikasının inkişafında mühüm rol oynayan nəzəri istiqamətlərdən biri də sosial işin funksional modelidir. Bu istiqamətin əsas ideoloqları kimi O.Rank və C.Taft çıxış edirdilər. Z.Freydin ideyalarından çıxış edərək, O.Rank belə hesab edirdi ki, şəxsiyyətin inkişafı prosesində yaranan böhranlı vəziyyətlər, onun doğumdan aldığı zədələrin nəticəsidir (müştəri onları doğum zamanı alır). Ona görə də müxtəlif sosial şərtlərdən asılı olmayaraq sosial işçi ilə kliyentin görüşü labüddür. Bu istiqamətin nümayəndələri öz diqqətlərini daha çox kliyentə köməyin göstərilməsi üzərində cəmləşdirir, onun uşaqlıq həyacanlarına daha az maraq göstərirlər. İradə və dəyişə bilmək qabiliyyəti kimi dominantlar, cari üsulun praktik nəzəriyyəsinin əsasında durur. Bu məktəb nümayəndələrinin fəaliyyətindəki ən önəmli məqam, daha sonra kömək prosesini müəyyənləşdirəcək sosial işçilərlə kliyent arasında qurulan münasibətlərdir.

Bu fərdi iş məktəbinin əsas anlayış aparatını formalaşdıran aparıcı anlayış proses anlayışıdır. Proses deyəndə, sosial işçilərlə kliyent arasındakı kömək prosesi nəzərdə tutulur. Pozitiv dominantların mövcudluğu şəraitində kömək prosesini qurmaq daha asan olur. Bu dominantlar sosial işin aksioması kimi çıxış edirlər.

Funksional məktəb özünün nəzəri əsaslarını diaqnoz üzərində deyil, sosial işçi ilə müştəri arasındakı qarşılıqlı münasibətlər üzərində qurur və qeyd edir ki bu münasibətlərdə ən önəmli şey, situasiyanın dəyişdirilməsinin forma və vasitəsi olan proses çıxış edir.

Funksional məktəb, sinxron üsul “burada və indi” prinsipinə əsaslanır və sosial işçi ilə müştəri arasındakı qarşılıqlı münasibətlərdə, müştərinin hal hazırki təcrübəsi, hiss və emosional həyəcanları aktuallaşdırılır. Buradan belə bir nəticə hasil olur ki, müştəriyə təklif edilən kömək yerində olmalı və onun özü tərəfindən qəbul edilməlidir. Bu halda subyektlər arasında başqa münasibətlər yaranır, onlar partnyorlara çevrilir və situasiyanın dəyişməsi üçün bərabər məsuliyyət daşıyırlar. Cari nəzəri istiqamət, məqsəd olaraq qarşısına, kliyentə kömək texnikalarının və metodlarının yaradılmasını, onların inkişafını qoyur.

1928-ci ildə sosial işçilərin Milford konfransında kliyentlə fərdi sosial işin əsas aspektləri müəyyənləşdirildi. Bunlar aşağıdakılardan ibarətdir:

  1. Sosial həyatın ümumi qəbul olunmuş normalarından tipik sapmaların, dəyişmələrin öyrənilməsi.
  2. Həyati bilgilərdən və qarşılıqlı əlaqələrin qurulması normalarından istifadə olunması.
  3. Çətin vəziyyətə düşmüö konkret insanın həyatının təfərrüatı ilə tanış olmaq.
  4. Sosial dəstəyə ehtiyac duyan insanlara lazımi köməyin göstərilməsi və müvafiq kömək metodlarının tətbiq edilməsi.
  5. Sosial müalicədə yerli icmanın vəsait və ehtiyatlarından istifadə olunması.
  6. Əldə olunmuş biliklərin və toplanmış təcrübənin, fərdi üsulun tələblərinə uyğunlaşdırılaraq tətbiq edilməsi.
  7. Sosial işin fərdi üsulunun məqsədlərini, etikasını və xüsusiyyətlərini müəyyənləşdirən fəlsəfi əsasların anlamı.
  8. Sadalanan bütün aspektlərin vahid sosial iş sistemində birləşdirilməsi.

1957-ci ildə F.Baystekin sosial işçi ilə müştərinin qarşılıqlı əlaqələrindən bəhs edən kitabı çıxır. Fordi iş metodlarındakı qarşılıqlı əlaqəni o, sosial işçi ilə müştəri arasında, özünütənzimləmə və inkişafa doğru yönəlmiş dinamik əlaqələr sistemi kimi nəzərdən keçirir. F.Baystek sosial işçi ilə müştəri arasındakı qarşılıqlı əlaqələrin əsas prinsiplərini aşağıdakı şəkildə ifadə edir:

  • fərdiləşmə;
  • hisslərin ifadəsində aşkarlıq;
  • müştərinin emosional durumuna nəzarət;
  • birbaşa münasibətlər;
  • müstəqilliyin inkişafı;
  • məxfilik.

Fərdi iş metodu özünün sonrakı inkişafında, praktik səviyyəyə xüsusi diqqət yetirir. Bunun əyani nümunəsi kimi Helen Harris Perlmanın yeni fərdi iş metodu “problemin həlli metodu” çıxış edir. Bu metod, psixososial müalicə və funksional metodun sintezindən əmələ gəlmiş və sosial iş praktikasında geniş tətbiq edilməkdədir. Helen Harris Perlmanın fikrincə, kömək prosesi 2 mühüm komponentdən ibarətdir:

  1. kömək prosesi
  2. fərdin ehtiyatları.

Kliyentin probleminin həllini dar mənada, yəni onun istəkləri səviyyəsində nəzərdən keçirən müəllif, onun motivasiyasını yüksəltməyi, fəaliyyət qabiliyyətlərinin genişləndirilməsini, şəxsi ehtiyatlarının zənginləşdirilməsini təklif edir. Onun nəzəri üsulunun məzmununda üstünlük təşkil edən anlayışlar kimi yer. problem, proses, ehtiyatlar terminləri qeyd edirlər. Problem dedikdə, fərdin müstəqil surətdə təlabatlarını ödəyə bilməmək qabiliyyəti və onun sosial fəaliyyətinə maneçilik törədən situasiya başa düşülür. Proses dedikdə, müştərinin probleminin lazımi istiqamətdə dəyişməsinə səbəb olan, təkrarlanan ardıcıl fəaliyyət modeli başa düşülür.

Proses, sosial işçi ilə kliyentin, subyekt-subyekt qarşılıqlı əlaqəsi bir sıra məqsədyönlü hərəkətlər vasitəsi ilə həyata keçirilir. Hərəkətlər zamanı ardıcıllığını aşağıdakı şəkildə təsvir etmək olar:

 

  • mənfi enerjinin buraxılması, narahatçılıq hisslərinin uzaqlaşdırılması, müsbət motivasiyanın formalaşdırılmasına kömək, dəstək;
  • emosional blokadanın yarılması;
  • problemin rasionallaşdırılması (sosial işçi müştəri ilə birgə, problemin yeni anlamını, ona qarşı fərqli münasibətləri formalaşdırır və atacaqları növbəti addımları müəyyənləşdirirlər);
  • sosial işçi müştəri ilə bərabər, onun problemlərini həll edəcək və mfühitinə, rollarına uyğun gələcək, mümkün imkan və ehtiyatları axtarıb tapır.

Texniki baxımdan sosial işçi ilə müştərinin qarşılıqlı əlaqələri aşağıdakı əsas prosedurlardan ibarət olur:

  • kliyentin probleminin və onu törədən səbəblərin identifikasiyası;
  • kliyentin və sosial işçinin problemin düzgün anlamında əminlikləri;
  • informasiyanın toplanması və analizi;
  • qarşılıqlı əlaqə planlarının hazırlanması, onun gerçəkləşdirilməsi və təkmilləşdirilməsi.

Aşağıdakı cədvəldə, professional sosial işdə geniş yayılmış digər sosial iş nəzəriyyələrinin adları sadalanır.[2, s.10]

 

Tarix

Metod

Nəzəriyyə

Metodun məzmunu

Yaradıcısı

1920

Fərdi iş metodu

Z.Freyd

Uşaqlıq həyəcanlarının təhlili, hadisənin

diaqnostikası

M.Ricmond

1930

Funksional metod

O.Rank

İradə, dəyişmək qabiliyyəti, kömək prosesi

C.Taft

1950

İcma metodu

Parsons Merton

Funksiya, disfunksiya, sosial konsensus ideologiyası, qrupların inteqrasiyası

M.Ross

1959

Problemin həlli metodu

V. Ceyms, M. Follet

Praqmatizm, motivasiya, ehtiyatlar, qabiliyyətlər

H. Perlman

1960

Ortaqlıq

C.Mid

Sosial interaksionizm

V.Öulman

1965

Sosial müalicə

X. Selye, X. Parad

“Mən” in rekonstruksiyası

P.Kaplan

1970

Məqsədlərdə cəmləşmə

 

Qısa müddətli təsir, obyektiv kontrakt

L. Epöteyn

1975

Ailə terapiyası

P. Alto

Kommunikasiya və təsir

P. Vats

 

Əsasən sosial sahəyə meylli bir fəaliyyət növü kimi sosial iş, öz nəzəri əsaslarını sosial elmlər sahəsində ilk növbədə sosial psixologiyada, sosial peda qogikada və sosiologiyada axtarmağa başlamışdır. Sosial iş nəzəriyyəsi sahə fənni olaraq, əsas baza fənnləri olan sosiologiya və psixologiyanın elmi nailiyyətlərinin təsirinə məruz qalmaya bilməzdi. Belə ki, sosiologiyada struktur funksional, sistem analizinin, eləcə də marksist yönümlü münaqişə nəzəriyyələrinin güclənməsi, sosial iş nəzəriyyəzilərinin də baxışlarında nəzərə çarpacaq dəyişikliklər etməyə nail olmuşdu. [1, s. 32-45]

 

İstifadə edilən ədəbiyyat:

 

  1. Теория социальной работы : учебник для бакалавров / под ред. Е. И. Холостовой, Л. И. Кононовой, М. В. Вдовиной. — М. : Издательство Юрайт, 2014. — 345 с. 32-45 c.
  2. Холостова Е.И. Социальная работа в схемах: Учебное пособие. – М.: Из-дательско-торговая корпорация «Дашков и Ко», 2006.