Sosial işə dair xarici təcrübənin öyrənilməsi: Sosial iş modelləri (IV hissə)

Baxmayaraq ki, rol nəzəriyyəsi texnoloji olaraq, psixoloji və sosial-psi xoloji inkişaf kontekstində gerçəkləşdirilir, lakin bir məqamı da unutmaq olmaz ki, ilkin olaraq o, sosiologiyanın struktur-funksional üsulu çərçivəsində meydana gəlmişdir. Bu nəzəriyyəyə görə, insanlar cəmiyyətin sosial strukturun da müəyyən yer və mövqelər tutur və müvafiq statuslarına rəğmən xarakterik rol ları oynayırlar. Bu mənada rol, hayat fəaliyyəti subyektinin, müəyyən gözləmə lərin yaxud davranış növlərinin məcmusu deməkdir. Cari müddəa həm də onu vurğulayır ki, rolları, müxtəlif kommunikasiya növlərində gerçəkləşən müna sibətlərin kontekstində də nəzərdən keçirmək lazımdır. Rollar, bizim özümü zün, ya da başqalarının mövcud olan və arzu etdikləri gözləmələri ilə əlaqədar yarana bilərlər. Onlar müxtəlif səbəblər üzündən insan tərəfindən qazanıla (xəstə, əlil, məsləhətçi) və nail oluna bilər. Onlar həmçinin, mövcud hüquq, sosial mədəni və mənəvi normalar sistemi ilə də nəzərdə tutula bilərlər.

Rol münaqişələri və problemlər o zaman yaranır ki, bir rol o biri rolla uzlaşmır, yaxud onunla ciddiyyət təşkil edir. Bəzarı roldaxili münaqişələr də mövcud olur və bir şəxs tərəfindən yerinə yetirilən rollar, o biriləri ilə ya ümu miyyətlə uzlaşmır, ya da qismən uzlaşır. Roldaxili münaqişə o zaman baş verir ki, müxtəlif insanların eyni rolla bağlı gözləntiləri uyğunlaşmır, uzlaşmır. Rol müxtəlifliliyi o zaman yaranır ki, konkret rolla əlaqədar qeyri-müəyyənlik mövcud olur. Bu qəbildən olan sosial-psixoloji anomaliyalar kommunikasi yaları çətinləşdirir, sosial işin rol və kommunikasiya modellərinin həll edəcəyi problemlərin xarakterini müəyyənləşdirir. Bununla əlaqədar, kommunika siyanın hansı şəraitdə gerçəkləşdiyi, bu və ya digər rolları yerinə yetirən insan ların qarşılıqlı əlaqələrinin necə olması məsələləri də çox önəmlidir. Bundan başqa, eyni və müxtəlif sosial-psixoloji situasiyalarda, müvafiq rollara riayət olunması və olunmaması məsələləri də problem olaraq qalmaqdadır. Onların həlli məqsədilə sosial işdə optimal texnologiyalar işlənib hazırlanır.

 

Sosial işin kommunikativ modeli, rol problemlərindən başqa, həmçinin təmas prosesini yüngülləşdirəcək, yaxud da çətinləşdirəcək kommunikasiya vasitələrinin səciyyəvi xüsusiyyətlərini, kommunikasiya prosesində insanların davranışlarının xarakterinə görə müxtəlifliliyini də nəzərə almalıdır. Bu halda sosial iş nəzəriyyəzilərinin diqqət mərkəzində duran məsələlər sırasına dil və nitq, incəsənət və elm, din və əxlaq, hüquq və fəlsəfə, miflər və gerçəklik simvolları aiddir. Sosial işin cari modeli, onun digər nəzəriyyələri və gerçəkləşdirmə texnologiyaları ilə faydalı əlaqəsini nəzərdə tutur. Bu üsul çərçivəsində, şəxsiyyətin kommunikativ potensialı və kommunikasiyanın gerçəkləşdirilməsi şərtləri ətraflı öyrənilir.

Məlum olduğu kimi, kommunikasiya nəzəriyyəsi sosial iş nəzəriyyəsindən xaricdə meydana gəlmişdir. Lakin, bu gün sosial iş sahəsində onun tətbiqi, insanlara sosial köməyin göstərilməsinin təşkil inin nəzəriyyə və praktikasının optimallaşdırılması nöqteyi-nəzərindən çox gərəklidir. Göstərilən kömək həmçinin, insanların kommunikasiya qurmaq qabiliyyətlərini genişləndirmək sahələrini də əhatə edir, yəni kommunikasiya, təkcə sosial dəstək vasitəsi kimi deyil, eləcə də rifah, insan həyatının önəmli dəyəri kimi də çıxış edir.

Sosial işin yönüm və böhran müdaxilə nəzəri modelləri sosial işin nəzəriyyəsində özünün səciyyəvi xüsusiyyətləri ilə fərqlənən konseptual modellərdir. Sosial işdə bu modellərin tətbiqinin əsas məzmunu ondan ibarətdir ki, onlar, kliyentin problemlərinin həlli ilə əlaqədar, sosionomu qısa müddətli, fraqmen tar müdaxiləyə yönəldirlər. Qərb praktikasında belə müdaxilə, təşkil ati nöqteyi-nəzərdən sosial işçi ilə kliyent arasında barlanmış müqavilə və razılaş malağa əsaslanır. Böhran müdaxilə modeli əsasən psixodinamik konsepsiyaya və eqopsixologiyaya əsaslanır. Öz növbəsində fərdi yönümlü iş, özünün gerçək ləşdirilməsində heç bir səciyyəvi və sosioloji texnoloji əsasları və metodları qəbul etmir. O, bütövlükdə, əksər inkişaf etmiş ölkələrdə olduğu kimi, uzun müddətli stasionar psixodinamik köməyi inkar etməklə, şəxsiyyətin fərdi psixoloji dəstəyinə, yəni operativ praqmatik üsula istinad edir. Sosial işçinin böhran müdaxiləsi, kliyentin həyatında böhrana yol azan, onun normal həya tını poza biləcək hadisələrardıcıllığının pozulması yönümündə məqsədyönlü hərəkətlər kimi izah edilir. Öz növbəsində məqsədyönlü iş müəyyən problem lərlə əlaqəli fəaliyyət kimi dəyərlənidirilir. Hər iki model, insanlara, öz problemlərini optimal surətdə həll etmək qabiliyyətini aşılayır. Böhran müdaxiləsi, müxtəlif həyati situasiyalarda, çətinliklərin yaranması nəzriyyəsinə istinad edir. Məqsədyönlü model isə problemləri aktual planda, praqmatik olaraq həll etmək üçün, olduqlan kimi gütğrür. Böhran müdaxiləsi, insanların yenidən həyata uyğunlaşmaları məqsədi ilə praktiki məsələlərdən istifadə edir, bundan başqa, bu modelin digər ən mühüm aspektlərindən biri də, insanların böhrana rəğmən emosional reaksiyalarının, gündəlik problemlərinin öhdəsindən gəlmə ləri üçün, qabiliyyət və bacarıqlarındakı uzun müddətli dəyişikliklərin nəzərə alınmasıdır. Bu model diqqəti həmçinin kliyentin özünü, özəl, emosional problemlərinin yəni praktiki məsələlərin həllində necə aparmasında da cəmləşdirir.

Sosial iş nəzəriyyəsində radikal və markisist modelləri də mühüm konseptual modellor kimi dəyərləndirilməlidir. Hər 2 model, sosial işin ənənəvi anlamı və ictimai dəyəri ilə əlaqəli məsələdə tənqidi nöqteyi-nəzərdən çıxış edirlər. XX əsrin 70-ci illərində sosial işin ənənəvi formalarını kəskin tənqid edən bu üsul, onun yeni formalarının sosial müvəkkillik, özünüdərkin inkişafı və yüksəldilməsi və s. əsaslandırlması məsələlərini ön plana çəkməyə çalışırdı. Sosial özünümüdafiə, sosial subyektlilik rolunun yüksəldilməsi kimi məsələlər xüsusi olaraq vurğulanırdı.

Sosial işin məzmununun elmi cəhətdən dərk edilməsi məsələlərində ən kəskin tənqidi radikal mövqeyi marksizm tuturdu. Bununla əlaqədar, sosial iş

haqqında 3 asas mövqe meydana çıxır:

  1. Mütərəqqi mövqeyə görə, sosial iş dəyişikliklərin müsbət faktorudur, çünki o, əhalinin zəhmətkeş təbəqələrini istismar edən burjua cəmiyyətinin kö məyə ehtiyacı olan sosial qruplarını birləşdirir. Müvafiq situasiyada sosial işçi çox böyük qüvvədir, çünki o, insanların mənlik uğurunun oyanmasına, dəyişikliklərin aparılması üçün onların kollektiv hərəkətlərə qalxmalarına köməkçi olur;
  2. Reproduktiv mövqe sosial işçiləri fəhlələri və zəhmətkeşləri istismar edən burjua cəmiyyətində sinfi nəzarətzi rolunu oynayan agentlər kimi təqdim edir;
  3. Ciddiyyətli mövqe, sosial işi, bir tərəfdən, kapitalist cəmiyyətini zəiflədən və zəhmətkeş kütlələrin konsolidasiyasını təmin edən, əhəmiyyətli ictimai hadisə hesab edir, digər tərəfdən isə, sosial işçilər, kapitalist cəmiyyətindəki sosial gərginliyi azaltmaqla, onun sabitliyini təmin edənlər funksiyasını yerinə yetirməli olurlar.

Sosial işin radikal modelinin tərəfdarları öz mövqelərini daha birmənalı şəkildə ifadə edirlər. Onlar ənənəvipsixodinamik sosial işi və onun digər nəzə riyyələrini kəskin tənqid edərək bildirirlər ki, cari nəzəriyyələr, mövcud sosial düzənin qorunub saxlanılmasını təmin edirlər. Əgər sosial işin ənənəvi mo delinin radikal tənqidini ümumiləşdirmiş olsaq, onda onları aşağıdakı müd dəalarla ifadə etmək olar:

  • ənənəvi sosial iş, mürəkkəb sosial problemləri fərdi-psixoloji səviyyədə izah etməyə çalışdırından, “günahkar” tapmaq tendensiyası yaranır və sosial mənşəli problemlərin məsuliyyətini kliyentlərin üzərinə atırlar;
  • ənənəvi sosial iş, insanları sosial problemlərlə “cilovlayır” və onların
  • diqqətini çətinliklərlə qarşılaşmamaları üçün onlara kömək edə biləcək digər mövcud məsələlərdən uzaqlaşdırır;
  • ənənəvi sosial iş istismar cəmiyyətini gücləndirir, sosial münaqişələri dəf etməklə onun sabitliyini artırır. Ənənəvi modeli tənqid etməsinə baxmayaraq, sosial işin bu modelləri arasında çoxsaylı əlaqələr də mövcuddur.

Birincisi, həm ənənəvi, həm də radikal model israr edir ki, məhz cəmiyyət, şəxsiyyətin fərdi həyatında problemlərin yaranmasına şərait yaradır;

İkincisi, hər iki üsul insanlarla cəmiyyət arasındakı münasibətləri qarşılıqlı, interaktiv, transaksional münasibətlər kimi nəzərdən keçirir və qeyd olunur ki, biz öz sosial əhatəmizə təsir göstərdiyimiz kimi, o da bizə təsir göstəməyə qabildir;

Üçüncüsü, hər iki üsul müştərinin muxtariyyətini nəzərdə tutur;

Dördüncüsü, hər iki üsul, müştərinin, həyati situasiyasını dərk etməsinin

vacibliyini və onun müsbət tərəflərinə təsirin göstərilməsinin önemini vurğulayır.

Sosial işin sosioloji yönümlü nəzəriyyələri sırasına həll modeli də aiddir. O, aşağıdakı məqsədlərin əldə edilməsini nəzərdə tutur:

  1. kliyentə mövcud problemlərinin həlli ilə əlaqədar, özləhnin “kazual agentlər” olduqlarını təlqin edilməsi məsələsində köməyin göstərilməsi;
  2. kliyent tərəfindən sosial işçinin, onun üçün faydalı olan səriştəli və səlahiyyətli mütəxəssis kimi qəbul edilməsinə köməyin güsətərilməsi;
  3. kliyent tərəfindən sosial işçinin, onun bəzi problemlərinin həllində maraqlı olan tərəf, əməkdaş kimi qəbul edilməsi;
  4. Sosial işin təşkil inin hakim və səlahiyyətli strukturunun kliyent tərəfindən mürəkkəb, lakin açıq bir qurum kimi qəbul edilməsinə köməyin göstə rilməsi.

Sosial işin kompleks modelləri sırasına aşağıdakılar aiddir:

  1. sosial pedaqoji
  2. vitalist

Sosial iş nəzəriyyəsində sosial pedagogika modeli də önəmlidir. Sosial pedaqogika sosial işin tərkib hissəsidir. O, büyüməkdə olan nəslin sosiallaşmasına mühitin sosial faktorlarının təsirini tədqiq edən, sosial mühitin kon kret şərtləri nəzərə alınmaqla, şəxsiyyət, qrup, ərazi səviyyəsində, tərbiyənin optimallaşdırılması məqsədi ilə, səmərəli tədbirlər sistemini hazırlayan və gerçəkləşdirən bir elm kimi xarakterizə edilir. Bu elm, insanı sosial dəyərlər dünyasında müşayət etməklə, onun müəyyən mühitə uyğunlaşmasına köməkçi olur.

Sosial işin sosial pedaqoji modelinin özünəməxsuslurunu müəyyənləş dirərkən bir faktı nəzərə almaq lazımdır ki, sosial pedaqogika bir elm, tədris fənni və pedaqoji praktikanın bir sahəsi kimi, büyüməkdə olan nəslin, bütöv lükdə isə əhalinin, çoxsəviyyəli sosiallaşması vəzifəsini qarşısına məqsəd qoyur. Beləliklə, sosial pedaqogika, təkcə şəxsiyyətin sosial mühitə uyğunlaşdırmasını öyrənməklə qalmayıb, həmçinin, pedaqoji problemlərin həlli nəzərə alınmaqla, həmin mühitin dəyişdirilməsində iştirakı da öyrənməklə məşğul olur. Bu nöqteyi-nəzərdən sosial pedaqogikanın inkişafında 2 qarşılıqlı əlaqəli məqamı bir tərəfdən, şəxsiyyətin sosiallaşması və resosiallaşmasını, digər tərəfdən isə, mühitin pedaqogikalaşdırılması yaxud şəxsiyyətin sosial münasibətlərin və mühitinin dəyişdirilməsinə doğru yönəldilmiş sosial pedaqogikanı ayırmaq olar. Mühitin neqativ təsirini kompensasiya etmək məqsədi ilə sosial pedaqogika alternativ institutların yaradılmasının zəruriliyini ön plana çəkir. Yaranacaq sosiallaşma institutlarının, həm pedaqoji korreksiya, həm də əhalinin sosial sağlamlığının yüksəldilməsi nöqteyi-nəzərindən dəyərləndirilməsi və qiymətləndirilməsi çox vacibdir.

Sosial işin bu modeli, onun gerçəkləşdirilməsi üçün 2 tip sosial pedaqoqların işə cəlb olunmasını nəzərdə tutur. Onlardan birincilər, şəxsiyyət səviyyəsin də sosiallaşma və resosiallaşma məsələlərini həll etməli, digərləri isə, əxlaq və sosial dəyərlər, eləcə də ictimai inkişaf tələbləri nəzərə alınmaqla, şəxsiyyətin sosiallaşma va resosiallaşma prosesinə maneçilik törədən, sosial mühit komponentlərinin təsirini öyrənməklə məşğul olmalıdırlar.

Beləliklə, sosialpedaqoji model, sosial iş nəzəriyyəsinin konseptual üsullarından biri olmaqla, kompleks yanaşmanı bir daha təsdiqləyir.

Vitalist üsul kompleks modelin on mühüm üsullarından biridir. Vitalizmi biologiyanın idealist yönümü kimi xarakterizə edirlər. Bu yönümə əsasən, həyatda canlı olan bir çox cismin xislətində xüsusi cansız, naməlum qüvvələr mövcuddur. Bu baxış bir çox hallarda tənqid olunmaqdadır.

Problemin bu cür anlamının qədim tarixi kökləri vardır. Böyük filosof Platonun ruhun ülməzliyi, Aristotelin “psixikası” canlı təbiət hadisələrini idarə edən xüsusi cansız qüvvənin entelexiyanın mövcudluğu haqqındakı ideyaları bunun bariz nümunələridir. Əksər hallarda, bunu müasir elm də təsdiqləyir ki, canlı varlıq olaraq insan həm maddi, həm də mənəvi qüvvələrin daşıyıcısıdır və ayrı-ayrı insanların ekstrasensor, bioenergetik qabiliyyətləri bunun əyani göstəricələridir.

Vitalist model çərçivəsində insanın həyati qüvvələri anlayışı ətraflı nəzərdən keçirilir. İnsanın həyati qüvvələri dedikdə, onun biososial varlıq olaraq, nəsil artırma və həyat sürmək, öz tələbatlarını səmərəli şəkildə ödəmək və cəmiyyətin bütün fəaliyyət sahələrində fəal olmaq qabiliyyəti başa düşülür. İnsanın həyati qüvvələri, onun fərdi və sosial subyektliliyinin birliyi kimi nəzərdən keçirilir. Fərdi subyektlilik deyəndə, insanın müxtəlif tələbatlarını fərdi şəxsi vasitələrlə ödəmək və inkişaf etdirmək qabiliyyəti nəzərdə tutulur. Sosial subyektlilik isə, insanların öz maraq və tələbatlarını üdəmək və inkişaf etdirmək qabiliyyətlərini cəmiyyətin müvafiq sosial institut və təsisatlarının köməyi vasitəsilə gerçəkləşdirməsini nəzərdə tutur. Bütövlükdə, həm fərdi, həm də sosial subyektlilik, insanın özəl və ictimai məqsədlərinin, həyati orientasiyalarının əldə edilməsinə xidmət göstərən mühüm amillər kimi nəzərdən keçirilməlidir.

Bununla əlaqədar sosial iş, insanın həyati qüvvələrinin formalaşmasına, gerçəkləşdirilməsinə və reabilitasiyasına kömək göstərən bir fəaliyyət, bir proses kimi başa düşülməlidir. Bu, onu struktur və psixososial işin vəhdəti, sosial işin psixoloji yönümlü ənənələri ilə sosioloji nəzəriyyənin kəsişməsi kimi nəzərdən keçirməyə imkan verir. Başqa sözlə söyləmiş olsaq, kompleks üsulu sosial iş nəzəriyyəsində böyük üstünlük təşkil edir. Məhz buna sayəsində sosial işin strateji istiqamətləri işlənib hazırlanır, onun müxtəlif texnologiyalarının qarşılıqlı əlaqəsi korreksiya edilir, insanların rifahının və həyati qüvvələrinin sosial müdafiəsi məqsədi ilə, sosial işin yeni praktik yönümlü üsulları formalaşdırılır. Müvafiq konsepsiya çərçivəsində praktiki fəaliyyət modeli bir vazifə olaraq qarşısına aşağıdakıları qoyur:

birincisi, kliyentlərin. öz imkanlannı mənfi qiymətləndirmək reaksiyalarının qarşısının alınması, problemlərinin və həyati çətinliklərinin həll edilməsi məqsədi ilə onların müqavimət qabiliyyətlərinin artırılması, mövcud komplekslərinin dəf edilməsi;

ikincisi, mövcud situasiyanın mənfi məqamlarını neytrallaşdırmaqla, kliyent üçün labüd olan müsbət yönümün inkişafı və onun probleminin müsbət həllində ona dəstək;

üçüncüsü. kliyentin problemlərinin həlli imkanlarının mümkün variantları

ilə əlaqədar, onun ətraflı məlumatlandırılması və xəbərdar edilməsi zəruridir, xüsusilə də mənəvi zəminlər nöqteyi-nəzərindən;

dördüncüsü, müştəri, sosial işçinin onun problemlərini həll etmək iqtidarında olması qənaətinə gəlməlidir;

beşincisi, fərdi-şəxsi və sosial vasitələrlə kliyentin öz maraq və tələbatlarını ödəyə bilmək qabiliyyəti dəqiq qiymətləndirilməli və sosial işçilərin fəaliyyət strategiyası müəyyənləşdirilməlidir. Hazırda sosial iş artıq özünün ilkin variantındakı bütövlüyünü qoruyub saxlaya bilməmiş və bir fəaliyyət sahəsi olaraq onlarla növə bölünmüşdür. Bütün bunlara baxmayaraq, sosial işin ən ümdə vəzifəsi müştəriyə, onun həyati problemlərinin həlli ilə əlaqədar köməyin göstərilməsindən ibarətdir. İctimai həyatın obyektiv gerçəkliyi olan sosial işin müxtəlif formalarının geniş yayılması, çağdaş dünyamızda, sosial ciddiyyətlərin həlli və ictimai tə rəqqinin təmin edilməsi istiqamətində ən önəmli vasitədir. Bunu qloballaşan dünyamızın aktual problemlərinin həllində də müşahidə etmək olar. Bu gün ətraf mühitin çirkləndirilməsi, demoqrafik partlayış, inkişaf etməmiş ölkələrdəki kütləvi aclıq, kütləvi qırrın silahlarından istifadə olunması təhlükəsi, mənəvi deqradasiya, ailənin darılması kimi problemlər bəşəriyyəti təlatümə gətirən problemlərdir. Yer üzündəki əhalinin əksər hissəsinin sosial duru munun kəskinləşməsi, həyat şəraitlərindəki fərqlərin artması, miqrasiya tendensiyalarının yüksəlməsi və s. bu kimi problemlər də hələ ki, bəşəriyyətin ciddi problemləri sırasında qalmaqdadır.

Və nəhayət, müasir dünyamızın tərəqqi və inkişafına yol azan və yaranmış problemlərin həlli istiqamətində müsbət rol oynayan amilləri, tendensiyaları da vurğulamaq məqsədyönlü olardı. Bu gün müasir cəmiyyətlərin texniki tə rəqqi və informasiya, sosial iqtisadi inkişaf, əhalisinin elm təhsil səviyyələrinin yüksəldilməsi bir daha onu sübüt edir ki, müvafiq tendensiyalara uyğun olaraq sosial iş sahəsində də fundamental dəyişikliklər baş verməli, bununla əlaqədar əhalinin sosial müdafiəsi tədbirilərinin məzmunu durmadan zənginləşdiril məlidir. Bütün bunlar, sosial işin nəzəri əsaslarının möhkəmləndirilməsi, müvafiq sahədə çalışan mütəxəssislərin səriştə və qabiliyyətlərinin artırılması, insanlara veriləcək sosial dəstək və köməyin optimallaşdırılması fonunda baş verməlidir. [1, s. 45-57]

 

İstifadə edilən ədəbiyyat:

  1. Теория социальной работы : учебник для бакалавров / под ред. Е. И. Холостовой, Л. И. Кононовой, М. В. Вдовиной. — М. : Издательство Юрайт, 2014. — 345 с.