Sosial işdə dəyərlər və etika prinsiplərinin mahiyyəti (I hissə)

 “Sosial İşdə Etik Qaydalar və Prinsiplər” sənədi Beynəlxalq Sosial İşçilər Federasiyasının və Beynəlxalq Sosial İş Məktəblər Asosasiyasının 2004-cü il Oktyabr ayında Adeliade, Avstraliyada keçirilən  Ümumi İclaslarında qəbul olunmuşdur.[3]

Hal-hazırda dünyanın hər bir inkişaf etmiş ölkəsində universitetlər və xüsusi tədris müəssisələrində hazırlıq keçmiş sosial işçilər fəaliyyət göstərir. Sosial işçilər sosial planda müdafiə edilməmiş təbəqələrə (yaşlılar, əlillər, ailə mühitindən məhrum olmuş uşaqlar, QİÇS-ə yoluxmuşlar, qanunla münaqişədə olan insanlar, risk qruplarına aid digər şəxslər) həm bilavasitə yardım edərək onların qarşılaşdıqları problemlərin qarşısını almağa çalışırlar, həm də bu təbəqələrinin maraqlarının təmin edilməsinə və hüquqlarının müdafiə edilməsinə yönəlmiş qanunverici aktların və dövlət proqramlarının hazırlanmasında yaxından iştirak edirlər.

Məlum olduğu kimi, ötən əsrin 80-ci illərinin sonu – 90-cı illərin əvvəllərində, yəni SSRİ–nin dağılması və Dağlıq Qarabağ münaqişəsinin başladığı zaman cəmiyyətdə baş verən dəyişikliklər, bazar iqtisadiyyatına keçid, sosial münasibətlərin radikal şəkildə dəyişməsi və s. bu kimi proseslər zəminində cəmiyyətdə sosial münaqişələr, sosial-psixoloji depressiya təhlükəsi artdı. Eyni zamanda, ölkədə qaçqın və məcburi köçkünlər, valideyn himayəsində məhrum uşaqlar, işsizlər, əlilliyi olan şəxslərin problemləri xüsusi aktuallıq təşkil etməyə başladı. Bütün bu proseslər də Azərbaycan Respublikasında sosial işçilərin hazırlanması prosesini zəruri etdi.

Sosial iş insanların onları əhatə edən mühitdə mümkün qədər daha yaxşı fəaliyyət göstərmələri üçün onlara yardım etməyə istiqamətlənmiş peşədir. Sosial iş sahəsində bir sıra fundamental əsərlərə imza atmış Bredford Şifor və Çarlz Horejsinin (2005) verdikləri tərifə birdə nəzər salaq. Bredford Şifor və Çarlz Horejsinin (2005) verdikləri tərifə əsasən sosial işçi:

  • Əsaslı peşə hazırlığına malikdir (müvafiq sahə üzrə bilik və bacarıqlara malik olan, peşəsinin tələbinə uyğun olaraq etik normaları dərindən bilən və onları böyük ustalıqla iş prosesində tətbiq etməyi bacaran)
  • Əsasən əhalinin zəif müdafiə olunmuş təbəqələrinə (uşaqlar, ailələr, yaşlılar, əlillər, azlıqlar) özlərini, ətraflarındakı şəxsləri və sosial müəssisələri dəyişməyə istiqamətlənmiş Spesifik xidmətləri göstərir.
  • İnsanlara ısosial ehtiyacları qarşılamağa və mövcud çətinlikləri aradan qaldırmağa yardım edir ki, onlar maksimum səviyyədə yaxşı həyat tərzi sürə bilsinlər və cəmiyyət üçün faydalı şəxslər olsunlar . [1, s. 37]

Yuxarıda qeyd olunmuş təriflərdən də göründüyü kimi, sosial iş digər fəaliyyət sahələri ilə müqayisədə mənəvi prinsiplərin daha gərgin mühitdə özünü birüzə verdiyi peşə sahəsidir. Müəyyən şəraitdə müştərinin həyatının asılı olduğu peşə sahəsinə mənsub olmaq sosial işçilərin peşəkarlıq səviyyəsinə qarşı çox yüksək mənəvi tələblər qoyur. Məhz buna görə də sosial iş peşəkarlığı məfhumu yalnız ümumi sosial iş biliklərinə malik olmaqla məhdudlaşmayaraq, öz peşə hərəkətlərini mənəvi planda qiymətləndirə bilmək bacarıqlarına da aiddir. Bu baxımdan da istənilən sosial işçinin peşəkar təcrübəyə başlaması üçün vacib olan ən əsas tələblərdən biri onun müştəriləri ilə iş prosesində yüksək etik bilik və bacarıq nümayiş etdirməsi, eyni zamanda, etik qərarlar verə bilməsidir.

Məlum olduğu kimi, “etika" sözünün bir neçə mənası var. Gündəlik istifadədə bu məfhum insanların davranış kodeksinin əsasını təşkil edən bir sıra prinsiplərin cəminə dəlalət edir. Etika sözünün kökünü qədim yunan dilindəki "ethos" sözü təşkil edir. Bu sözün hərfi tərcüməsi adət, ənənə kimi izah olunur. Yəni, etika əxlaq və mənəviyyatın mahiyyəti, məqsədləri və səbəblərinin fəlsəfi tədqiqatıdır. Aristotel ' "ethos" sözündən ”ethicos” sifətini düzəldərək, ədalətli, düzgün, dürüst, sözlərinin də · daxil olduğu insan keyfiyyətlərinin toplusunu "etika” adlandıraraq, bunu eyni zamanda məziyyətli davranışları ehtiva edən elm kimi tərif etmişdir. Bu e.ə. 4-cü əsrdə baş verdi. Terminin bu cür izahını verməklə, Aristotel onu praktiki fəlsəfənin xüsusi tədqiqat sahəsi kimi müəyyən etmişdir. Aristotel etikanın əsas məqsədi kimi insanın ·özünü reallaşdırmasmı qeyd etmişdir, yəni, ifratçıhqdan uzaq olaraq "qızıl orta" tərəfdarı olan ağıllı davranışlar. Lakin burada qeyd edilməlidir ki, etikanın "qızıl qaydası" olan "özünə arzu etmədiyini digərlərinə də arzulama” ifadəsi hələ Aristotel dünyaya gəlməzdən də əvvəl Konfutsi tərəfindən işlənmişdir.

Etika elminə bu günün prizmasından baxdıqda görmək olar ki, bu elm sahəsi yalnız müəyyən situasiyalarda necə davranmağa dair göstəriş verməklə məhdudlaşmayaraq, mənəviyyatın təbiətini açmağa və izah etməyə çalışır. Bunu edərkən, etika bir sıra digər elm sahələri ilə sıx əlaqədə olur. Bu sahələr sırasına sosiologiya, psixologiya, tibb, sosial iş və s. bu kimi sahələr daxildir.

Etika haqda elm, və yaxud mənəvi/əxlaqi fəlsəfə, fəlsəfə elminin bir qolu olaraq yaxşı-pis, düzgün–səhv anlayışlarına nəzər salır. Etika haqda elm özündə dəyərləri, prinsipləri və nəzəriyyələri cəmləşdirir. Etika haqda elm antropologiya, psixologiya, sosiologiya və s. elmlərlə əlaqəlidir, eyni zamanda, etika haqda elm daha geniş bir sahəni təşkil edir. Etika haqda elm faktları deyil məhz dəyərlər və əxlaqı diqqət mərkəzində saxlamağı öyrənir. Etika haqda elm tək mənəvi məsələləri deyil, həmçinin, fərdin yaxşı bir şəxsiyyət kimi formalaşmasına dəstək verən insani keyfiyyətləri özündə cəmləşdirir.

Pellegrinoya (1989) əsasən, etika haqda elm özünə məxsus məzmun/mahiyyət, metodologiya və ədəbiyyatda malikdir. Etika haqda elm fəlsəfənin qolu olaraq insani xususiyyətlərin düzgün və ya yanlış olmasının öyrənilməsinə yönəlib. [2, s. 3]

Etika sahəsinin nüfuzlu xadimlərindən olan Agnes Heller (1994) etika sahəsində üç əsas perspektivin olduğunu qeyd edir: anlama/dərk etmə və yaxud izah etmə perspektivi, normativ perspektiv və təlimləndirici və yaxud terapevtik perspektiv. Perspektivlərdən hər biri ümumi etika sahəsində mərkəzi olan sualı ünvanlanmağa çalışır. Anlama/dərk etmə və yaxud izah edən perspektiv etikanın məzmununun (content) nə olduğunu izah etməyə/ünvanlamağa cəhd edir. Normativ perspektiv etik qaydalara uyğun olan insan varlığının davramnışının əsasını təşkil edən normalarm və yaxud etik qaydalara uyğun olmaq üçün nəyin edilməsinin vacib olduğunun aydınlaşdırılması ilə məşğuldur. Nəhayət, təlimləndirici və yaxud terapevtik perspektiv insan varlıqlarnın təbii meylliliklərini müəyyən formaya salma yollarını təklif etməyə cəhd edirlər, belə ki, insanlar yaşadıqları cəmiyyətin mənəvi gözləntilərinə cavab verə bilsinlər və həyatlarında baş verə biləcək əzab əziyyətin qarşısını alsınlar. [2, s. 3]

 

Ədəbiyyat

  1. Bradford W. Sheafor Charles J. Horejsi. Sosyal Hizmet Uygulamasi. NİKA YAYINEVİ Jan 1, 2014, s. 688.
  2. D.Guttmann (2006) Ethics in Social Work: A Context of Caring The Haworth Press, s. 294.
  3. https://www.ifsw.org/historia-de-la-fits-a-nivel-mundial/