Uşaqlar analarından sevgi və e...
Hamilənin düzgün qidalanması gələcəkdə körpənin sağlamlığında və inkişafında çox böyük rol oynayır. Əgər sağlam uşaq dünyaya gətirmək istəyirsinizsə, nəinki hamiləlik dövründə, hətta hamiləlikdən öncə də sağlam qidalanmalısınız.
Hamiləliyin birinci trimestrində qidalanma tərzində ciddi dəyişiklik tələb olunmur. Hamiləliyin ikinci trimestrindən etibarən gündəlik qida qəbulunu əsasən zülallar sayəsində olmaqla 250-300 kkal artırılması tövsiyə olunur. Bədən çəkisinin həftədə 300-350 q artması hər şeyin yaxşı getdiyini göstərir. Ümumilikdə, hamiləlik dövründə 8-13 kq çəki artımı olur.
Hamilə üçün qidalanmanın əsas qaydaları:
Hamilə qadın iki nəfərlik porsiya həcmində qida qəbul etmək məcburiyyətində deyil. Hamiləliyin ilk üç aylıq dövründə qida həcmində fərqin yaranması zəruri deyil, ancaq vitamin və mikroelementləri iki dəfə artıq qəbul etmək olar. Əgər həkim sizə vitamin və minerallar tövsiyə edirsə, onları qəbul etmək lazımdır.
Hamiləlikdə qidalanma rejimi də çox vacibdir. Səhər yeməyi, nahar və şam yeməkləri mütləq olmalıdır, onların arasında isə yüngül qida ola bilər. Son qida qəbulu yuxuya 4 saat qalmış tövsiyə olunur, lakin axşam saat 8-dən gec olmaması da vacibdir.
Qida rasionunuzda çoxlu meyvə-tərəvəz olmalıdır. Yeməkləriniz təzə və yüksək keyfiyyətli olmalıdır. Yeməkləri elə bişirməlisiz ki, bütün makro və mikronutriyentlər qidada qalsın. Çalışın yarımfabrikatlar, hazır qiymə, sosiska və kolbasa yeməyin.
Laktoza qarşı dözümsüzlük yoxdursa, bütün süd məhsullarını (süd, pendir, kəsmik, kefir və qatıq) qəbul edə bilərsiniz, çünki bu məhsullarda uşaq orqanizminin formalaşması üçün çox vacib olan zülal var. Bu qidalar həm də zəngin kalsium mənbəyidir. Onu kifayət qədər miqdarda istifadə etmək çox vacibdir ki, körpənin normal sümükləri olsun və ana doğuşdan sonra kövrək sümüklər və diş problemləri ilə qarşılaşmasın.
Qidanızda ət, toyuq və balıq olmalıdır. Balıqdan imtina etməyin, ancaq diqqətli olun. Bəzi qadınlar hamiləlik dövründə balıq və dəniz məhsulları yeməməyi üstün tutur. Bu ehtiyat tədbirinin məntiqli bir izahı var: balıqlarda az miqdarda civə ola bilər ki, bu böyüklər üçün təhlükəli olmasa da, embriona zərər verə bilər. Ancaq dəniz məhsullarından tam imtina etmək də düzgün deyil. Həftədə iki dəfə balıq yeyilməlidir, çünki balıqda Omeqa-3 yarımdoymamış yağ turşuları var ki, bu da körpənin beyninin normal inkişafı üçün vacibdir.
Hamiləlik dövründə bədəndəki ümumi qan həcmi artır. Bu, qırmızı qan hüceyrələrinin sayının da artdığını göstərir. Qırmızı qan hüceyrələrində toxumalara oksigen apara bilən dəmir tərkibli bir zülal olan hemoqlobin lazımdır.
Hamilə qadınlara tez-tez dəmir çatışmazlığı anemiyası diaqnozu qoyulur. Bu, azalmış hemoqlobin şəklində özünü göstərir. Belə olan halda dəmir çatışmazlığı və nəticədə toxumalar oksigenlə doymur, hamilə qadın tez yorulur, yuxulu olur. Bunun qarşısını almaq üçün dəmirlə zəngin qidalar (qırmızı ət, qarabaşaq, yulaf, ağ lobya, noxud, soya, mərci, ispanaq, alma və s.) qəbul etmək lazımdı.
Fikriniz
1
0
Pirverdi Memmedov
Heqiqeten beledir bunlarin hamisina riayyet olunmalidir
Xanım Əliyeva
Əla oxudum
Əliyeva Türkən
Oxudum ela
Lamiyə Tagıyeva
Maarifləndirici, Cox yararlı
Lamiyə Tagıyeva
Həqiqətən maarifləndirici mövzudur
Aybure
Çox xoş mövzudur
vüsalə əliyeva
Marifləndirici mövzulardır riayyət edirlərsə əla olar
Əliyeva Arifə
Öxudum yaxşı məlumatdır maraqlı mövzudur
Əzizə Əliyeva
hər bir variant duzdu
Günay Məmmədova
Maarifləndirici məlumatlar üçün təşəkkür edirəm.
Günay Məmmədova
Maarifləndirici məlumatlar üçün təşəkkür edirəm.
Sevinc Qənbərova
Cox maariflendirici movzudu Tesekkur edirem
imamverdiyeva Gulnare
Biz modula daxil ola bilmirik.xaiş edirik kömeklik ederdiz
Xanim Heyderova
Oxudum maariflendicidir.
Pervane Haciyeva
Sağlam həyat sağlam uşaqlar deməkdir
Esmira Novruzova
Çox doğrudur hər bir variant
Təranə Dəmirova
Əla oxudum
Sevil Huseynova
Tesekkurler Oxudum.
Günel İsayeva
Ela
Sahibə
Əla oxudum
Gülnare Mustafayeva
Cox yaxşı marifləndirici mövzudu
Gülnare Mustafayeva
Cox yaxşı marifləndirici mövzudu
Gülnare Mustafayeva
Cox yaxşı marifləndirici mövzudu
Gülnare Mustafayeva
Əla marifləndirici mövzudu
Gülnare Mustafayeva
Əla marifləndirici mövzudu
Gülnare Mustafayeva
Əla marifləndirici mövzudu
Esgerova Feride
Cox maariflendirici movzudur
Eliyeva Sevinc
Cox gozel oxudum
Nüyvər Ömərova
Çox yaxwidi
Ülviyyə Məmmədova Rəşid qızı
Maraqli melumatdir
Elçin Əliyev
Çox əhatəli qeyd olunub
Elçin Əliyev
Normaldı
Aynur Fətullayeva
Çox faydalı yazıdır.
RənaEldarova
Maraqlı mövzudur
RənaEldarova
Maraqlı mövzudur
Nailə Şahbazova
Bu fikirlərlə Məndə razıyam
Əli Şıxalizadə
Verdiyiniz məlumata göre teşekkürler
Könül Əliyeva
Oxudum , əla
Könül Əliyeva
Oxudum , əla
Afət Rəhimova
Cox yaxşi
Mahir Məmmədov
Yazılanlar,düzgün tovsiyələrdir.Təmuz hava,düzgün qidalanma,şımarık və endokrinoloji nizam.
Jalə Cəfərova
İndiki dövrü və qidalarlmızı nəzərə alsaq mütləq ki Hamilə xanımlar qidasına diqqət etməlidir.Çünki sağlam qida sağlam həyat tərzi gələcəyin sağlam evladı deməkdir.Xüsüsən Vit D proflakikası yaddan çıxmamamılıdır.Ən çox rast gəlinən probləmlər məhz vit D çatmamazlığınnan irəli gəlir
Nurtac Quliyeva
Əladı oxudum
Zöhrə Həsənova
Duzdur. Emel etmek lazimdir
Zöhrə Həsənova
Duzdur emel etmek lazimdir
Rəmziyə
Oxudum əla
Rəmziyə
Oxudum əla
Sekine Musayeva
Duzdur burada yazilanlar vacibdir ve əməl olunmalidir.Saglam gələcəy qurmag ucun