Sosial işdə dəyərlər və etika prinsiplərinin tarixi

 

20-ci əsrdə baş vermiş iki hadisə tədqiqat zamanı insanların hüquqlarını müdafiə edəcək əsas prinsip və davranışların rəsrniləşdirilməsinə təkan verdi. Bu isə öz növbəsində sosial iş də daxil olmaqla insanlarla iş aparan peşələrdə etika kodekslərinin formalaşmasına səbəb oldu. Bunun biri nasist Almaniyasının yəhudilər və konsentrasiya düşərgələrində olan digər saxlanmış şəxslər üzərində keçirdikləri tibbi eksperimentlər idi. Bu eksperimentlər insanların xəbəri olmadan və icazəsi alınmadan edilmişdir. Bütün bu məqamlar 1945-1946-cı illərdə keçirilmiş Nürnberq tribunalında açıqlanmışdır. 'Eksperimentlər bu insanların ölümü və ya əlilliyi ilə nəticələnmişdir. Digər hadisə isə 1932–ci ildə ABŞ–də baş vermişdir. Belə ki, bu ildə keçirilmiş sifilis üzrə tədqiqat zamam da iştirakçılara dair heç bir məlumat verilməmişdir. İştirakçılar qaradərili amerikalılar idi, onların yarısında sifilis var idi, digər yarısında isə yox idi. Onların heç biri bilmirdi ki, onlarda bu xəstəlik aşkar edilib. Tədqiqatın əsas məqsədi bir müddət ərzində xəstəliyin inkişaf mərhələlərini izləməkdən ibarət idi. Tədqiqat başlayanda xəstəlik üzrə heç bir dərman yox idi. Lakin, tədqiqatın 15–ci ilində pensilin sifilislə mübarizə üzrə dərman preparatı kimi müəyyən olundu. Tədqiqat iştirakçılarına bu barədə məlumat verilmədi.

Bu iki hadisə aidiyyəti peşələrdə bir sıra standartların işlənib hazırlanması və rəsmiləşdirilməsini labüd etdi.

Sosial iş etikasının formalaşması prosesi dörd tarixi mərhələdən keçmişdir:

  • mənəviyyat dövrü
  • dəyərlər dövrü
  • etik nəzəriyyə və etik qərar qəbul etmə dövrü
  • etik standartlar və riskin idarə olunması dövrü [2, s.488]

 

Mənəviyyat dövrü

19–cu əsrin əvvəllərində sosial iş etikası deyildikdə, sosial işin müştərisinin mənəviyyatı sosial işinin etik dəyərlərindən daha çox maraq kəsb edirdi. Beləliklə də, problemlər əsasən ətraf mühit faktorları deyil, insanların özlərində aranırdı. Bu xüsusilə yoxsulluq problemləri ilə əlaqədar xüsusi vüsət almışdır. Lakin artıq 20–ci əsrin əvvəllərində bu yanaşma dəyişməyə başlayır və sosial iş daha çox ətraf mühit faktorlarına diqqət yetirərək, sosial ədalət və islahatların keçirilməsini özünün əsas vəzifələrindən biri kimi təyin edir. [2, s.488]

Dəyərlər dövrü

1920–ci illərdə sosial iş etikasında dəyərlərin rolunu tədqiq etmək üzrə bir sıra işlər aparılmışdır. 1915-ci ildə Fleksnerin hesabatında qeyd olunurdu ki, sosial işin etik kodeksi olmayana qədər o ayrıca peşə sahəsi kimi dəyərləndirilə bilməz. Bunun nəticəsi olaraq Meri Riçmond 1920-ci ildə ilk eksperimental etik kodeksi hazırlamağa başladı. Lakin, rəsmi olaraq, ilk etik kodeks ABŞ-da 1947-ci ildə qəbul edildi. Kodeksdən də göründüyü kimi, artıq əsas diqqət müştərinin mənəvi xarakterinə deyil, sahənin dəyərləri və peşəkar sosial işçilərin şəxsi dəyərlərinə yetirilirdi. Artıq bu dövrdən etibarən sosial işin əsas dəyərlərini təşkil edən insanlara hörmətlə yanaşma, fərdlərin dəyişmə bacarıqlarının qiymətləndirilməsi, müştərinin öz–müqəddəratını təyin etmə bacarığı, müştərinin səlahiyyətləndirilməsi/ gücləndirilməsi, sosial ədalət uğrunda fəaliyyət və s. [2, s.489]

 

Etik nəzəriyyə və etik qərar qəbul etmə dövrü

1970-ci illərdə tibbi etikada dominant rol Oynayan "tətbiqi və peşəkar etika" sahəsi meydana çıxdı. Bu sahə bir sıra fəlsəfi suallara cavab aranarkən baş verən sosial və siyasi mühitdə meydana çıxdı. Məhkum olunmuş şəxslərin hüquqları, sosial rifah hüquqları, orqanlarm transplantasiyası, abortlar, eftanaziya kimi tibbi məsələlər "ətrafında çox qızğın debatlar gedirdi. Məhz bunun nəticəsi olaraq, 1980–ci illərin sonlarında sosial iş peşə dəyərlərini müzakirəyə çıxarır və peşənin bu istiqamətdə qarşılaşacağı dilemmaları fəlsəfə və yeni formalaşan tətbiqi etika çərçivəsində təhlil etməyə başlayır. Bu zaman meydana çıxan sosial iş ədəbiyyatı əsasən etik nəzəriyyələr, etik qərar qəbul etmə və etik dilemrnalara xüsusi diqqət ayırmağa başlayır. [2, s.491]

 

Etik standartlar və riskin idarə olunması dövrü

1996-cı ildə ABŞ-da qəbul edilmiş Etika kodeksində artıq sosial işin əsas dəy ərləri və etik standartlarına dair də bölmələr daxil edilmişdir . ·

Sosial iş təcrübəsində sosial və iqtisadi ədalət və qeyri–ayrı–seçkilik əsasən əsarət, müxtəliflik və etik təcrübə kontekstinə aid olan nəzəriyyə və modelləri nəzərdə tutur. Qeyd etmək lazımdır ki, sosial iş peşəsinin sosial və iqtisadi ədalətlə əlaqəsi uzun müddət ərzində sual doğuran məqamlar sırasında olmuşdur.

Məlum olduğu kimi, sosial iş insanlara problemlərini həll etməyə və onlarla ehtiyacları olan resurslar arasında əlaqələrin yaradılmasına xidmət edən peşə sahəsidir. Bu praktiki aspektin altında iki sözlə ümumiləşdirilə biləcək güclü dəyər sistemi mövcuddur – sosial ədalət. Sosial ədalətə görə hər kəs bərabər iqtisadi, siyasi və sosial hüquq və imkanlara malik olmalıdır. Sosial işçilər hər kəsin, xüsusilə də böyük ehtiyac içində olanlar üçün imkan və müyəssərliyi təmin etməyi özlərinə məqsəd kimi qoyublar.

Sosial işçilərin həyata keçirdikləri müxtəlif rollara baxaraq bu prinsipin onların işinin hər cəhətində əks olunub. Evsiz müştərilər, ahıllar, əlilliyi olan şəxslər və s. əhali qruplan ilə iş prosesində sosial işçilər çalışır ki, bu insanları əsasən maliyyə istismarından qurtarsın və onların cəmiyyətin tam hüquqlu üzvləri kimi səhiyyə və maliyyə müavinətlərindən faydalana bilsinlər.

Bununla bərabər sosial işçilər sosial ədalət konsepsiyalarının daha geniş ictimai və siyasi arenaya gətirilməsində də xüsusi səylər göstərirlər. 11 sentyabr 2001-ci ildə baş vermiş məlum hadisələrə dair sosial işçilərin beynəlxalq qrupunun müraciətini buna misal gətirmək olar. Belə ki, baş vermiş hadisə ilə əlaqədar sosial işçilər terrorizmi qınayan, lakin eyni zamanda bu cür hadisələrin mümkün səbəblərinin də araşdırılmasını tələb edən çıxış etmişdirlər. Onların müraciətində qeyd olunurdu ki, terrorizm qismən də olsa milyonlarla yaxın şərq müsəlmanları arasında olan yoxsulluq və qəzəbliliyə gətirib çıxaran qlobal təcrübələrin də nəticəsi ola bilər.

İqtisadi ayrı seçkilik məhz iqtisadi faktorlar əsasında baş verən ayrı-seçkiliyi izah r edən bir termindir. Bu faktorlar sırasına işsizlik, maaşlar, xidmətlərin müyəssərliyi və s. bu kimi faktorlar daxildir. İrqçilik, seksizm, yaşlılıq, dinlərə qarşı münasibət, etnoslara qarşı münasibət və s. bu kimi komoncntlər iqtisadi ayrı seçkiliyin tərkib hissələrini təşkil edir. ABŞ və Avropada iqtisadi ayrı–seçkilik əsasən qara dərili və müsəlmanlara qarşı baş verir. Dünyanın əksər hissələrində qadınlar daha aşağı vəzifələrdə olur, daha az maaş alır, daha az mülkiyyətə sahib olur və s.

Həqiqətən də, sosial işin ilkin addımlarından başlayaraq sosial işçilər sülh və sosial ədalət arasında olan boşluqları doldurmağa cəhd etmişdir. Bu baxımdan sosial işin əsas məqsədlərindən biri iqtisadi ayrı-seçkiliklə mübarizənin aparılmasından ibarətdir.

Məlum olduğu kimi, hələ eramızdan əvvəl 1750-ci ildə qədim Babilistan hakimi Hammurappi Ədalət Kodeksini (Qanunu) tərtib edir. Qanuna daxil edilmiş əsas məqamlardan biri insanların məhrum olmalar zamanı bir-birilərinə dəstək olması tələbi idi. Eramızdan əvvəl 1200–cü ilə aid edilən qədim İudeyanın yazılı mənbələrində isə qeyd olunur ki, Allah yəhudilərdən yoxsul və bədbəxtlərə yardım etmələrini gözləyir. Bu qanunlar əslində ehtiyacı olan şəxslərə xeyriyyəçilik əsasında yardımın göstərilməsini tənzimləyirdi ki, bu da sosial yardımın ilk formalarından birini təşkil edir. Xeyriyyəçilik sözünə qədim yunan dilindən gəlmiş filantropiya sözü uyğundur. Tərcümədə insan sevərlilik, ehtiyacı olanlara yardım mənalarında istifadə olunur. Sosial yardımın yarandığı ilk dövrlərdə bu iki qütblü bir proses idi və varlı–yoxsul xətti üzrə həyata keçirilirdi. Sosial işin inkişaf etməsində dinin də rolu danılmazdır. Dini idarələr əhalinin müxtəlif kateqoriyalanna yardım müəssisələrinin yaradılmasında real fəaliyyət göstərirdi. Yoxsulluq problemi insanları bütün dövrlərdə narahat etmiş məsələlərdən idi və yuxarıda da qeyd olunduğu kimi, yoxsulluqla mübarizənin ilk üsullarından biri məhz dini xeyriyyəçilik idi.

Xristian kilsəsinin rolunun və qüdrətinin artdığı bir vaxtda o yoxsullara sosial yardımların edilməsi üzrə əsas əlaqələndiriciyə çevrilmişdir. Kilsə və monastırların nəzdində məktəblər, xəstəxanalar, qeyri–qanuni uşaqlar, valideyn himayəsindən məhrum olmuş uşaqlar, yaşlılar və əlillər üçün sığınacaqlar fəaliyyət göstərirdi. Və burada tək sosial-məişət məsələləri deyil, həm də pedaqoji vəzifələr (tərbiyə, təhsil, peşə təhsili, məşğulluq və s.) həyata keçirilirdi. Kilsə bu məsələlərin həll edilməsi üçün vəsait toplanmasını təşkil edir, eyni zamanda, şəhər əhalisinin arasından kifayət qədər fəal şəxsləri işinə yardımçı kimi cəlb edirdi.

Lakin, cəmiyyət inkişaf etdikcə yoxsulluq artıq bir ehtiyac kimi yox, aradan qaldırılması tələb olunan İctimai bəla kimi dərk edilməyə başladı. XIV əsrdən başlayaraq dövlət artıq dilənçiliyin təqib olunması və cəzalandırılması siyasətini həyata keçirməyə başlayır. Dilənçilərə qarşı aparılan bu cür siyasətlə dövlət bir tərəfdən əhalinin maraqlarını qoruyur, eyni zamanda ölkədə asayişin pozulmasının qarşısını almış olurdu. Çünki, dilənçilərə verilən sədəqələr bir tərəfdən ehtiyacın qarşısnı alırdısa, ikinci bir tərəfdən dilənçiliyi və tüfeyli həyat tərzini inkişaf etdirirdi. Bu isə öz növbəsində təhlükəli qrupların yaranmasına, qarətin və soyğunçuluğun inkişaf etməsinə gətirib çıxarırdı. 1350-ci ildə fransız kralı İoann dilənçi və tüfeylilərə qarşı qanun imzalayır, və orada qeyd olunur ki, ”dilənçilər arasında tutulmuş sağlam qadın və kişilər 4 günlük türməyə salınmalı, ikinci dəfə tutulsalar rüsvayçılıq dirəyinə bağlanmalı, üçüncü dəfə tutulsalar qaynar dəmirlə dağlanaraq, ölkədən qovulmalıdırlar." Analoji qanunlar İngiltərə və Almaniyada da qəbul edilmişdir. Lakin dilənçilərə qarşı yürüdülən sərt tədbirlər arzuedilən nəticəni verrrıirdi və bunu görən hökumətlər tədricən başqa yol seçməli oldular. Belə ki, ilk olaraq müstəqil şəhərlərdə, sonradan isə digər dövlətlərdə də sistematik şəkildə xeyriyyəçilik tədbirləri keçirilməyə başladı. Ardıcıl olaraq, Qərbi Avropanın əksər şəhərlərində yoxsullar üçün ayrıca sığmacaqlar təşkil olunmağa başlayır. ·

Beləliklə, 1530–cu ildə Almaniyanın İmperiya seymi tərəfindən yerli hakimiyyət orqanlarına verilmiş göstərişə görə onların hər biri öz icmalarında mövcud olan yoxsulların ehtiyaclarını icma daxildə ödəməlidirlər. Oxşar qanunlar Hollandiya, Fransaya və digər ölkələrdə də qəbul edilmişdir. İngiltərədə hətta fərdi sədəqələrin verilməsi cəzalandırılmalı idi. Sağlam yoxsullar işləməli, xəstələr isə kilsə yanında olan sığınacaqlarda saxlanmalı idilər.

Dilənçiliklə mübarizənin üçüncü mərhələsi artıq prosesdə cəmiyyətin fəal iştirak etməsi və təsadüfi sədəqə vermək əvəzinə yoxsullara sistematik şəkildə yardırnların təşkil olunması ilə səciyyələnir. Beləliklə, xəstəliyin sindromunun aradan qaldırılması əvəzinə, onun kökdən aradan qaldırılması prosesi başlayır. Hər bir xəstəyə imkan daxilində fərdi yanaşma taktikası tətbiq edilir və belə bir yanaşma tək mövcud dilənçiliyin aradan qaldırılması yox, dilənçiliyin tamamilə qarşısının alınmasına gətirib çıxaracaqdı. Belə bir dönüş XVIII əsrdə filantropik xarakter daşıyan humanist ideyaların yayılması ilə sıx əlaqədardır. Xəstələr, uşaqlar, məhkumlar, qullara qayğının göstərilməsi filantropik hərəkatın əsas qayəsini təşkil edirdi. Filantropiyanın əsas xidməti isə ondan ibarətdir ki, o, bütün cəmiyyətin diqqətini dilənçilik probleminə çəkmiş oldu. Bu da XVIII əsrin sonunda çox yaxşı nəticələr verdi. Misal üçün, Hamburq şəhərində siyasi iqtisadçı Byush və ticarətçi Foxtun səyləri ilə 1778–ci ildə ”yoxsullar üçün ümumi qəyyumluq” cəmiyyəti təşkil olunmuşdur. Onun əsas məqsədi ondan ibarət idi ki, hər bir yoxsul bacarığı və imkanları daxilində özünə çörək pulu qazanmalıdır. Lakin əgər o, özünə həyat üçün lazım olan minimumu qazanmaq iqtidarında deyildisə ona qəyyumluq vasitəsilə yardım edirdilər. Fəaliyyət bacarığı olmayanlar isə tamamilə qəyyumluq cəmiyyətlərinin nəzdində idilər. Burada yoxsullara yardımı könüllü qəyyumlar edirdi, onlar hər bir şəxsə fərdi yanaşma tətbiq edirdilər.

Bu cür fəaliyyət nəticəsində ilk dəfə olaraq, evdə yardım alanların sayı 4000, qəyyumluq cəmiyyətlərində yardım alan yoxsulların isə sayı 5026 nəfər azaldı. 1791–ci ildə qəyyumluğun idarə heyəti öz hesabatında "Hamburqda artıq yoxsul insan yoxdur" deyə qeyd etınişdir.

Hamburqdakı qəyyumluq sistemi bir çox şəhərç uçun örnək rolunu oynadı, və Napoleon və Avstriyalı Frans kimi imperatorlar hətta Foxta müraciət edərək ölkələrində xeyriyyəçilik işinin qurulması üzrə məsləhət alırdılar.

Beləliklə, müəyyən bir müddət keçdikdən sonra Fransa, Almaniya, İngiltərə, Italiya, İspaniya, Hollandiya, Belçika, Avstriya kimi dövlətlər artıq qəbul etdilər ki, "yoxsulların qeydinə qalmaq yerli icma və hakimiyyət orqanlarının bilavasitə məsuliyyətini təşkil edir.”

Dövlətdən fərqli olaraq, ictimai təşkilatlar müəyyən səbəblərə görə dövlətin təsir edə bilmədiyi təbəqələrə yardım edirdilər. Misal üçün, Ingiltərədə deviant qruplarla iş, Rusiyada maarifləndirmə fəaliyyəti, Amerikada emiqrantlarla təşkil olunmuş fəaliyyət və s.

Qeyd etmək lazımdır ki, kapitalizmin inkişafı, baş verən sənaye artımı şəhərlərdə əhalinin artması, ağır həyat şəraiti, uşaq ölümünün artması kimi nəticələrə gətirib çıxarırdı. Bu cür vəziyyət yoxsullar; xəstələr, və s. təbəqələrin hüquqlarının müdafiəsi üzrə XIX əsrin əvvəllərində ictimai hərəkatın yaranması ilə nəticələndi. Öz hüquqları uğrunda mübarizəyə başlamış sosial qrupların fəaliyyəti formalaşmağa başlayır – qadınlar və fəhlələr.

Qadın hərəkatı, kifayət qədər ləng şəkildə olsa da, ümumilikdə qadınlara qarşı ayrıseçkilik, çoxuşaqlı ailələrə sosial yardım, qadın əməyinin istismarı, və s. bu kimi problemləri qaldırır və həll edirdi.

Fəhlə hərəkatının təsiri altında Avropanın əksər ölkələrində fəhlələrin sığorta olunması proqramları hazırlanmağa başladı, qanunverici şəkildə bu XIX əsrin ikinci yarısında əsaslandırılmışdır və bu hal–hazırda mövcud olan müasir sosial sığorta sisteminin əsasım təşkil etdi. Lakin ilk dövrlərdə fəhlələrin sığortası gözlənilən nəticələri vermirdi və buna görə yerli icmalar yoxsul şəxslərə müəyyən müavinətlər verirdilər. Bunun nəticəsi olaraq isə bu yardımdan istifadə edən şəxslərə qarşı ayrı–seçkilik edilirdi, belə ki Avropanın bir sıra ölkələrində onlar səsvermə hüququndan məhrum edilmişdir.

1899–cu ildə ABŞ-da Ceyn Adams, sosial iş nəzəriyyə və təcrübəsinin əsasını qoyan şəxslərdən biri Amerikada işsiz və evsiz qalan, eyni zamanda dili bilməyən emiqrantlara yardım etməyə başladı. Bu ıniqrantlarla sosial işin əsasının qoyulması idi.

Beləliklə XX əsrdə sosial işin peşə kimi yaranmasımn ilkin şərtləri formalaşır:

  • Təcrübə göstərdi ki, könüllü filantropiya əhaliyə sosial yardımın bütün məqsədlərini yerinə yetirə bilmir.
  • Fərdi xeyriyyəçilikdən bu məqsədlə yaradılmış təşkilat xeyriyyəçiliyinə keçid baş verir.
  • Xeyriyyəçiliyin yeni formaları yaranır (qaçqın və köçkünlərə yardım).
  • Məzlumlar öz hüquqları uğrunda fəal mübarizəyə başlayır, bu da sosial işin yaradılması prosesini tezləşdirir
  • Ehtiyacı olanlara yardım etmək üçün dövlət və bələdiyyə yardımı formaları yaranır

 

İqtisadi ayrı–seçkiliyin aradan qaldırılması baxımından sosial iş nəzəriyyələrinə görə sosial ədalətin bir neçə forması mövcuddur. Onlar aşağıdakı kimidir:

  • Dəqiq eqalitar prinsipə əsaslanan ədalət.
  • Müxtəliflik prinsipinə əsaslanan ədalət .
  • Resurslara əşaslanmış prinsiplərə əsaslanan ədalət.

 

Dəqiq eqalitar prinsipə əsaslanan ədalət hər kəsin maddiyyat və resurslar baxımdan eyni səviyyədə təminatına dəlalət edir. Müxtəliflik prinsipi cəmiyyətdə bütün iş və vəzifə imkanları, eyni zamanda, ən əsas faydanın cəmiyyətin ən zəif müdafiə olunmuş təbəqələrinə verilməsini təmin edir. Resurslara əsaslanmış prinsipə əsasən cəmiyyətdə bir qrup insanların müəyyən səbəblər üzündən, əlillik və s. bu kimi hallar səbəbi ilə işləmək və qazanmaq imkanları məhduddur və bu səbəbdən də onlar bunun müqabilində kompensasiya edilməlidir. [2, s.492]

Bütün bu məqamları nəzərə alaraq, qeyd etmək olar ki, cəmiyyətin resurslarının paylanması əslində etik məsələdir. Sosial iş peşə olaraq cəmiyyətdə sosial dəyərlərə əsaslanmış resursların paylanması və yenidən paylanmasına aiddir. Bu resurslar əsasən iki qrupa aynlır: maddı pul, iş və s. və qeyri–maddi status, stiqma və s.

Situasiya: Keçmiş SSRİ–dən İsrailə gəlmiş miqrantların yerləşdirilməsi üzrə komitənin qarşısına qoyulan vəzifəyə əsasən bu şəxslərin yerləşdirilməsi üzrə dövlət tərəfindən ayrılmış maddi vəsaitin necə xərclənməsi üzrə fəaliyyət planı hazırlanmalı idi. Ötən bir nççə il ərzində 4 mindən artıq miqrant ölkəyə daxil olmuşdur. Komitənin üzvləri şəhər merinin müavini və əsas sosial xidmət agentliklərinin nümayəndələri sosial işçilərdir. Komitə məsələni müzakirə etmək üçün bir neçə dəfə toplanmış və konsensusa gəlməyə çalışmışdır. Müzakirələr əsasən 3 istiqamət ətrafında aparılmışdır: bir neçə şəxs maliyyə vəsaitinin miqrantların arasında bərabər əsaslarda paylanmasının tərəfdarı olmuş, digərləri miqrantların arasında sorğular keçirərək, onların ehtiyaclarının müəyyən olunması və bu ehtiyaclar əsasında maliyyə vəsaitinin paylanmasını düzgün hesab etmiş, üçüncü qrup isə maliyyə vəsaitinin yalnız xüsusi qruplardan olan insanlara, yəni yaşlılar, əlilliyi olan şəxslər, çoxuşaqlı ailələr və s. bu kimi şəxslərə verilməsinin tərəfdarı olmuşdur. Bu situasiyada uzun sürən müzakirələrdən sonra Komitə üzvləri belə qərara gəlmişdir ki, maliyyə vəsaitinin paylanmasında onların verəcəkləri qərarın əsasında sosial ədalətdə bərabərlik prinsipi durmalıdır. Yəni, maliyyə vəsaiti məhz ehtiyacı olan ailələrin arasında paylanmalıdır. [1, s.125]

Burada qeyd etmək lazımdır ki, sosial işçilərin etik kodeksinin heç birində bu cür praktiki durumlarda nə cür hərəkət edilməsinə dair və hansı qərarın daha etik olmasına dair heç bir məlumat yoxdur. Lakin, sosial iş etikasının nəzəri əsaslarına baxdıqda, ilk olaraq belə təsəvvür formalaşa bilər ki, istifadə edilən əsas konsepsiya məhz teleoloji yanaşma dayanır. Məlum olduğu kimi bu yanaşmaya əsasən cəmiyyətin iqtisadi resurslan ele paylanmalıdır ki, onlar daha çox insana daha yaxşı fayda versinlər (the greatest good to the largest number of people). Bu yanaşma deontologiyanın bəzi çatışmayan cəhətlərini tamamlağa yönəlib. Bu yanaşma faydanın tək bir fərdə deyil digərlərinə də olmasını arzulayır. Lakin, onda belə çıxır ki, maliyyə vəsaiti həm ehtiyacı olan, həm də olmayan ailələrə paylanmalıdır, halbuki, miqrantlann bəzilərinin iqtisadi durumu heç də pis deyil. [1, s.126]

Bu istiqamətdə ən maraqh nəzəriyyələrdən birini Con Rouls (1971) irəli sürmüşdür. Rouls hesab edirdi ki, insanlarm ehtiyacı olan resurslar əsasən əsas hüquq və azadlıqlar, güc və imkanlar, gəlir və özünə hörmətdir. Rouls hesab edir ki, sonuncu ən vacib məqamlardan birini təşkil edir, çünki insanların öz dəyərlərinə inarru onların həyat planlarının düzgün olduğuna və bu planın həyata keçirilməsinin vacib olduğuna və onların özlərinin bu planı həyata keçirməyə gücü olduğuna inandırır. Cəmiyyət resurslarının cəmiyyət üzvləri arasında paylanmasına gəldikdə isə, Rouls utilitar yanaşmaya tam müxalif bir fikirdə idi. Rouls hesab edirdi ki, ədalət sosial siyasətin əsasında duran ən vacib içtimai dəyərdir. Ədalət bütün cəmiyyətə bələdçilik edir. Rouls "müxtəliflik prinsipi”nin də müəllifidir. Bu prinsipə əsasən cəmiyyətdə bütün əsas resurslar, işıq, su, səhiyyə və rifah xidmətləri, ictimai nəqliyyat və s. bütün cəıniyyət üzvləri arasında bərabər şəkildə paylanmalıdır. Lakin əgər cəmiyyətin zəif üzvlərinin daha yaxşı müdafiəsini təmin etməyə ehtiyac varsa, bu resurslar qeyri-bərabər şəkildə paylana bilər. [1, s.127]

Istifadə edilən ədəbiyyat

  1. D.Guttmann (2006) Ethics in Social Work: A Context of Caring The Haworth Press, s. 294.
  2. Frederic G. Reamer- The Evolution of Social Work Ethics /Social Work/ Volume 43, Number 6 / November 1998.