Hər bir qadının həyatında hamiləlik dövr&u...
Uşağınızın utancaqlığı necə aradan qaldırla bilər?
İnsanın səhvə yol verərək gülünc bir vəziyyətə düşmə qorxusu ilə söz və ya davranışlarını rahat nümayiş etdirə bilməməsinə utancaqlıq adı verilir.Utancaq olan bir uşaq kütlə, ya da yad bir şəxs qarşısında danışmaqda çətinlik çəkər, əlləri, hətta bütün bədəni titrəyər və tərləyər. Nə deyəcəyini və necə hərəkət edəcəyini unutduğu da müşahidə olunan hallardandır. Utancaq olan uşaqda daim "səhvə yol versəm.../gülünc vəziyyətə düşsəm... mənə nə deyərlər/mənim haqqımda nə düşünərlər.../ bacara bilməsəm..." kimi qayğılar var.
Belə uşaqlar yad insanlarla, hətta tanıdığı şəxslərlə danışmaqdan və ya bir cəmiyyət içində olmaqdan olduqca çox sıxılarlar. Bu narahatlıq və qorxu onların kənarda qalmalarına səbəb ola bilər.
Utancaqlıq demək olar ki, hər bir yaş qarşılaşılan, zaman-zaman psixoloqa müraciət etməyi zəruri edən bir haldır.
Utancaqlıq hansı uşaqlarda müşahidə olunur?
Uşaqda utancaqlığın işarələri nələrdir?
Uşağınızın utancaqlığını aradan qaldırmaq üçün nə edə bilərsiniz?
Utancaqlıq və özünə qapanıqlıq bir-birindən fərqlidir.
"Utancaqlıq" ilə "içə qapanıqlıq" fərqli hallardır. Bəzi uşaqlar utancaq ola bilər, ancaq özünə qapanıq deyillər. Belə uşaqlar topluluq və kütləyə qarışar, sosial fəaliyyətlərdə iştirak edər, ancaq aktiv olmazlar. Çünki davamlı "Gülünc vəziyyətə düşmə" qorxu su və daim "Nə deyərlər?" düşüncəsi ilə hərəkət edərlər.
Halbuki, özünə qapanıq uşaqlar davamlı yalnız qalma, özünü insanlardan təcrid etmə və tənhalığı istədikləri üçün topluluğun içində olmağı xoşlamazlar, lakin fərdi şəkildə aktiv ola bilərlər. Çünki onlar utancaqlıqdakı narahatlıq və qorxulardan çox, öz psixoloji hallarını ortaya qoyarlar.
Odur ki, aradan qaldırılmayan utancaqlıq, sonrakı mərhələlərdə özünə qapanma ilə nəticələnə bilər.
UŞAĞINIZ HƏDDİNDƏN ARTIQ ÖZÜNƏ QAPANIQDIRSA, NƏ ETMƏLİSİNİZ
Bəzi uşaqlar ətrafı ilə ünsiyyət qurmaqda, özünü ifadə etməkdə çox bacarıqlı ikən, bəzi uşaqların da utancaqlıqları səbəbindən ünsiyyət qurmaqda və özünü ifadə etməkdə çətinlik çəkdikləri müşahidə olunur. Belələri "özünə qapanıq uşaq" adlandırılır.
Uşaqların özünə qapanıq olmasının səbəbləri ailədən gələn xüsusiyyətlər, uşağın şəxsi xüsusiyyətləri, yaşadığı bəzi hadisələr və xəstəlikləri ilə ana-atanın uşağa qarşı mövqeyi və davranışları ola bilər.
Özünə qapanıq bir uşaq:
Həddindən artıq özünə qapanıq olan uşaqlarla yaxın dan maraqlanmağın vacibliyini unutmayın və aşağıdakı məsələlərlə bağlı onlara köməklik göstərin:
Fikriniz
0
0