Hər bir qadının həyatında hamiləlik dövr&u...
Harlounun (HARLOW) meymunlar üzərində keçirdiyi təcrübələr və bağlanma nəzəriyyələri
Əgər kiçik uşaqları ailə mühitlərində müşahidə etsəniz, analar ilə uşaqları arasında xüsusi bir bağın olmasının fərqində olarsız. Elm adamları bu münasibəti “bağlanma” adlandırırlar. Bəs bu bağlanmaya hansı amillər səbəb olur? Nə üçün ana ilə övladı arasında belə bir güclü bağ mövcuddur?
Alimlər uzun müddət bunun qayğı ilə əlaqəsi olduğunu düşünürdülər. Yəni ananı uşağını böyüdərkən qayğı göstərməsi bağlanmaya səbəb olur qənaətində idilər. Lakin bu tam sübut olumadı. Elm adamları bağlantının səbəblərini tam anlaya bilmək üçün “Harlounun meymunlar üzərindəki sınaqlar” kimi tanınan bir tədqiqat həyata keçirdilər. Bu eksperimentlərdə bala meymunlar erkən yaşdan analarından ayrıldılar. Daha sonra bala meymunlara iki düzəldilmiş surroqat ana meymunları seçmək haqqı verilir. Onlar bala meymunlarla eyni qəfəsə qoyulur.
İlk alternativ ana tellərdən düzəldilmiş ana idi. Bu ananın yuxarı hissəsində üzə bənzər şəkil vardı aşağı hissəsində isə silindir və onun da içərisində qida əmziyi qoyulmuşdu. Qəfəsdəki ikinci ana yumşaq parçadan düzəldlmişdi. O da birinci ilə eyni boyda və ölçüdə idi. Ancaq bu o əvvəlkindən daha çox rahatlıq təmin edə bilən ana idi. Meymunumuz bu iki surroqat ana ilə eyni qəfəsə salınır.
Sizcə meymun hansı anaya tərəf gedəcəkdi? Əgər bağlanma üçün təməl ehtiyacın qida olduğuna inanırsızsa onun tellərdən düzəldişmiş anaya gedəcəyi qənaətindəsiz. Çünki onun qida əmziyi var. Yox əgər bağlanmanın əsasında hüzur və rahatlığın dayanmasını düşünürsüzsə onun Yumşaq Surroqat anaya gedəcəyini ehtimal edirsiz.
Eksperiment zamanı körpə meyunların daha çox parça anaya ütünlük verdikləri müşahidə edildi. Bu bağlıllığın əsasında qida təminatının deyil rahatlığın dayandığını göstərirdi. Əslində körpə meymunlar parça anaya təkcə getməklə kifayətlənmədilər, vaxtlarının böyük hissəsini ona sarılmaqla keçirdilər. Daha sonra qidalanma ehtiyacı duyduqda isə meymunların bir çoxu parça analarına sarılaraq yeməyi sınaqdan çıxardılar.
Tellərdən ibarət ananın əmziynə tərəf dartınan meymunlar öz bədələrini parça anaya sarılmış vəziyyətdə saxlayırdılar, yəni onlar yumşaq ana ilə əlaqəni qırmaq istəmirdilər. Zaman keçdikcə meymunlar içərisinə düşdükləri vəziyyətə alışmağa başladılar. Hətta qəfəsin digər yerlərini kəşf etmək üçün parça anadan uzaqlaşaraq səyahət edir və geriyə qayıdırdılar.
Bu səbəbdən parça ananın etibarlı valideyn olduğunu söyləyə bilərik. Yəni körpə meymun anasının heç bir yerə getmədiyini bildiyindən ona güvənirdi. Körpə meymun ətarfını kəşf edə bilmək üçün parça anasından ayrıla biləcəyini bilirdi. Darıxıb geri döndüyündə yerində olacağına da əmin idi. Tədqiqatçılar körpə meymunun parça anası ilə qurduğu etibarlı bağ sayəsində onun təhlükəsiz bir valideyn rolunu oynaya biləcəyini və körpənin təkbaşına hətta dünyanı kəşf edə biləcəyini anladılar.
Güvənli və güvənsiz bağlanma
Çağalar qucaqdan qucağa daşınmağa çox sevinirlər. Amma 8 aylıqlarına çatdıqda hər şey dəyişməyə başlayır və yad adamlardan təşvişləri ortaya çıxır. Bu zaman körpə yalnız tanımadığı adamların yanında deyil, daha əvvəllər tanış oldğu digər insanların yanında da özünü narahat hiss edir və beləcə körpənin nənəsi tərəfindən tutulmaq istəməməsi kimi sıxıntılı hallarla qarşı-qarşıya qalırıq.
Lakin körpələrin əksəriyəti bu cür reaksiya verəsə də eyni şəkildə davranmırlar. Bəzilərinin valideynləri ilə güclü bir bağı, bəzilərinin də yad adamlardan təşvişi yoxdur.
Mary Ainsworth bu durumu araşdırmaq və bəzi uşaqların hansı səbəbdən normal nümunələrdən kənara çıxacaqlarına öyrənmək üçün bir eksperiment həyata keçirdi. Sahib olduqları məlumatlara baxdıqdan sonra tədqiqatçılar uşaqları güvənli şəkildə bağlanmış və güvənsiz şəkildə bağlanmış iki əsas qrupa ayırdılar. Uşaqların 60% i güvənli bağlılıq xüsusiyyətini ifadə etdilər. Bu da bir neçə fərqli anlama gəlir. İlk olaraq uşaq otağı kəşf etmək mövzusunda rahat davranır. O, bir neçə dəqiqə anasına yaxın dayansa da bir müddət sonra özünü təkcə ətrafı gəzərək kəşf edəcək qədər rahat hiss edir. Oyanayarkən analarına baxdıqları və ya ona doğru getdikləri anlar ola bilər.
Ananın getməsi isə fərqli hekayədir. Uşaqlar anasının yoxluğunu hiss etdikdə çox üzlür və narahat olurlar. Ancaq anaları qayıtdıqda narahatlıq çəkilir uşaqlar daha çox ona yaxınlaşır əlaqədə olmağa çalışırlar.
Güvənsiz şəkildə bağlanan uşaqlar isə fərqli davranış nümayiş etdirirlər. Bu uşaqlar ilk dəfə otağa gətirildikdə güvənli bağlanan uşaqlar kimi analarına bağlı qaldılar. Onlar otağı araşdırmağa meylli deyildilər, analrı otaqdan çıxdıqda digəriləri kimi kədərlənsələr də güvənli bağlanan uşaqlardan fərqli olaraq analrı qayıtdıqda da həyəcanları səngimədi. Sonrada anaları otaqdan çıxdıqda əsəbiləmədilər, ona qarşı biganə qaldılar.
Beləliklə bağlanmanın 2 forması olduğunu gördük. Bu zaman təbii olaraq suallar ortaya çıxır: Bu fərqliliklərin səbəbi nə ola bilər? Bəzi körpələr güvənsiz şəkildə davranarkən digərlərinin güvənli şəkildə bağlanmasının səbəbləri nədir?
Tədqiqatçılar uşaqların fərqli bağlanma üslublarını inkişf etdirməsinin səbəblərini daha dərindən araşdırağa başladılar. Tərbiyə tərzinin bununla çox əlaqəli olduğunu kəşf etdilər. Körpələrinə qarşı həssas və qayğıkeş olan analar güvənli bağlanma davranışı olan uşaqlara sahib olmağa meyllidirlər. Etinasız biri kimi görünən və ya körpələrinin ehtiyaclarına qarşı laqeyd qalan analar güvənsiz bağlanma darvanışlarını şəkiləndirməyə meyllidirlər. Lakin burada söhbət uşaq istismarı və ya ciddi baxımsızlıqdan getmir. Bu analar, uşaqlarına etibarlı şəkildə bağlanan digər həmyaşıdları kimi qayğı göstərirdilər, ancaq hər hansı bir zamanda onlara laqeyd yanaşmağa meylli idilər. Əgər bir az kənara çıxıb ana uşaq münasibətlərini müşahidə etsəniz siz də özünüzə görə hər hansı bir məqam görə bilərsiniz, məsələn, valideynin uşağı onun diqqətini çəkməyə çalışarkən hansı sıxlıqla telefona baxdığına diqqət yetirə bilərsiniz.
Telefonunuza baxmaq pis bir şey və ya uşağınıza zərər vermək demək deyil. Buradakı əsl sual telefonlarına nə qədər uzun müddət baxdıqları və uşaqları diqqət çəkməyə çalışdıqlarında belə baxmağa davam etmələridir. Bu soruşa biləcəyiniz başqa bir sual ola bilər. Bunlardan hər hansı biri həqiqətən də əhəmiyyətlidir, ya yox? Anası otağa girəndə və ya çıxanda uşağı əsəbiləşirsə, bu, həqiqətən böyük fərq yaradırmı?
Bu vəziyyətin uşaqlıqdan sonra insana uzunmüddətli təsiri varmı? Maraqlıdır ki, cavab bəli kimi görünür. Bəzi tədqiqatçılar erkən yaşda bağlama tərzimizin gələcək yetkin münasibətlərimizin əsasını təşkil etdiyini, xüsusən də emosional yaxınlıq və səmmiyyət ilə əlaqəli olduğunu irəli sürürlər. Uşaqlıqda güvənli bağlılığı olan şəxslər, yetkin yaşlarında da güvənli bağlılıq əlaqələri qurmağa meyllidirlər. Həyat yoldaşları onlarına sevgilərinə şübhə etməzlər və bu onlara əminlik və təhlükəsizlik duyğusu yaşadar.
Uşaqlıqda güvənsiz bağlanan insanlar isə yetkin olduqlarında münasibətlərində özlərini güvənsiz və təşvişli hiss etməyə meyllidirlər və ya hər hansı bir insana, daha çox bağlanmaqdan qaçmağa çalışırlar. Daha maraqlısı isə körpəlikdəki bağlama tərzimizin öz övladlarımızla münasibətlərimizə təsir etməsidir. Öz ailələrində güvəndə olan fərdlər, öz uşaqları ilə də etibarlı bir bağ qururlar. Ailələrinə güvənsiz bağlanan fərdlər isə özlərinə güvənsiz bağlanan uşaqlara sahib olmağa meyllidirlər. Bunun nə demək olduğunu düşünmək üçün bir az vaxt ayırın, çünki bu araşdırma həyatımızın ilk ilində valideynlərimizlə əlaqələrimizin yetkinlik dövründə bizə təsir etməyə davam etdiyini göstərir.
Fikriniz
0
0