Məktəbəqədər yaşlı uşaqların oyun və əmək fəaliyyətinin təşkili

 

  Uşaqların şəxsiyyət kimi formalaşmasında oyun,təlim və əməkdə tərbiyəsi mühüm əhəmiyyət daşıyır.Məktəbəqədər yaşlı uşaqların ilkin fəaliyyəti oyunla bağlı olub onların bu prosesdə həyati dərk etmək,cisim və hadisələrlə tanış olmaq,materialların xassələrini,rəngini,formasını,canlı və cansız aləmlə bağlı biliklər qazanmaq imkanı öyrənmədə əldə edirlər.Makarenkonun yaxşı oyunu həmişə iş səyi olması fikri məntiqi cəhətdən əhəmiyyət kəsb edərək onların (oyun-əmək) heç də eyni mahiyyət daşıması qənaətində olmamışdır.Oyun və əmək öz xarakteri,məzmunu,yaranma səbəbləri və maraqlara görə fərqli olmuşdur.

  Oyunda uşaqlar xüsusi olaraq yaradılan şəraitdə yaşlıların fəaliyyətinin və onlrın arasındakı münasibəti təsvir edirlər.

  Əmək prosesində işə həmişə qarşıya məqsəd  qoyulur.Buna görə müəyyən vasitələr axtarılır,hərəkətlərin ardıcıllığı düşünülür,sonda nəticə əldə olunur.Burada güman olunan situasiya yoxdur,uşağın hər bir addımı real xarakter daşıyır.Çünki uşaq qarşıya qoyduğu məqsədyönlü fəaliyyətə uyğun olaraq hər hansı materialı dəyişmək üçün konkret əşyalarla iş görür.

  Oyun uşaqlara da çox sevinc bəxş etsə də,heç bir zahiri nəticə vermir.Bundan başqa oyun və əmək prosesində tərbiyəçinin uşaqlar arasında qarşılıqlı münasibətin  formalaşmasında keyfiyyət baxımdan müxtəliflik vardır.Uşaq üçün oyun bir fəaliyyət növü olub,onu daim özü inkişaf etdirir.Tərbiyəçi əsasən müşahidə rolunda olub,uşaqların təklifləri ilə daim hesablaşır,çox vaxt sadəcə iştirakçı olmur.Oyun fərdi və ya başqa uşaqlarla ünsiyyətdə həyata keçirilir.Oyun özünün hər hnsı inkişaf mərhələsində başa çatdırıla bilər.bu hç dəoyunun əhəmiyyətinə xələl gətirməz.Çünki istənilən vaxt həmin oyuna yenidən qayıtmaq mümkündür.

  Oyundan fərqli olaraq əməyin əsas mənası isə həmişə son nəticəyə malik olmasıdır.M.Qorki qeyd edir ki,”Oyun uşaqların yaşadıqları və dəyişməli olduqları aləmi dərketmə yoludur”.

  Oyun və əmək uşaqlarda fiziki və əqli inkişafını,psixoloji xüsusiyyətlərini formalaşdıraraq,onlarda fikir fəallığı iradi səy reallaşdırır.Problemlə əlaqədar olaraq tədqiqat aparan alimlər (L.Ş.Veqotski,A.N.Leontev,T.L.Faradkina,A.P.Usova,A.İ.Sorokina,Ə.Həşimov,İ.Ağayev,Ş.Ağayev,İ.Musayev və s) tərəfindən oyunun uşaq şəxsiyyətində rolu müəyyənləşdirilmişdir.Oyun və əmək uşaqlar üçün fəallıq,yaradıcılıq,məqsədyönlü fəaliyyət kimi şərtləndirilərək tərbiyədə başlıca vasitədir.

  Uşaq oyunları rəngarəngliyinə məzmununa,təşkilinə,xarakterinə və görə bir çox cəhətinə müxtəlif növlərə bölünür.

  Pedaqoji ədəbiyyatda məktəbəqədər yaş dövrü üçün oyunları yaradıcı və qaydalı olmaqla iki qrupa bölüblər.

  Yaradıcı oyunları adətən uşaqlar öz təfəkkürləri nəticəsində düşünülərək həyata keçirilir.Uşaqlar həyat hadisələri,müşahidələri düşünərək ona uyğun şəkildə oyuna gətirirlər.Tərbiyəçi belə oyunlarda müvafiq rol verməklə təqlid etmələrinə şərait yaradır.

  Qaydalı oyunlar tərbiyəçi tərəfindən keçirilir.Oyunun məzmunun və qaydalarının mürəkkəbliyindən asılı olaraq yaşa uyğun prinsipi əsasında qaydalı oyunlar qruplaşdırılır.Xalq oyunları da bu qəbildəndir.

 Qaydalı oyunlarda öz nöbəsində mütəhərrik və didaktik olur.

  Mütəhərrik oyunlarda əsasən hərəkilik üstünlük təşkil edir:tutmaq,atmaq,qaçmaq və s.

  Didaktik oyunlarda əsas tələb təlim məqsədilə bağlı oynayanın qarşısında əqli vəzifə qoymaqdır.Bu zaman baş verən dəyişikliklərdə səbəb və nəticəni bildirən bilikləri aşılamaqla öyrədici (təhsildə) xarakter daşıyır.Tədqiqatçıların fikrinə görə uşaq hər şeyi təlim fəaliyyəti əl ilə yoxlamalı,onu iyləməli,on dəfələrlə onu nəzərdən keçirməli və on dəfələrlə onun adını təkrar etməlidir.

  Didaktik oyunun mühüm xüsusiyyəti qaydalı olmasındadır.Yəni,planlı,mütərəkkil,məqsədyönlü həyata keçirilməlidir.Qaydalar müxtəlif olur.Onlardan biri oyun fəaliyyətini və ardıcıllığını təmin edirsə,digər qayda oyuncaqlara uşaqların münasibətini tənzimləyir.

  Xarakterinə görə didaktik oyunlar üç qrupa bölünür:

1.Oyuncaqlarla oyunlar;

2.Stolüstü çap oyunları;

3.Şifahi oyunlar.

  Oyuncaqlarla oyunlar uşaqların həmin əşyalarla bağlı xüsusiyyətləri qavramaqdan ibarətdir.Stolüstü oyunlar əyanilik prinsipinə əsaslanır.Məsələn:İlin fəsilləri” oyunu uşaqları təbiət hadisələri,fəsillərin xüsusiyyətləri ilə tanış edir.Şifahi oyunlarda uşaqlar öz təsəvvürlərindən istifadə edirlər.Bu oyunlarda məktəbəhazırlıq qrupların uşaqları iştirak edirlər.Belə oyunların motivi verilən suallara müvafiq olaraq sürətlə cavabların verilməsidir.

  Tapmacalar şifahi oyunlar üçün xarakterikdir.

  Didaktik oyunlara verilən pedaqoji tələblərdə yaşauyğunluq,qarşıya qoyulan vəzifələrin tədricən mürəkkəbləşdirilməsi cisim və hadisələrdə eyni,oxşar və fərqli cəhətlərin,müqayisənin aparılması,nəticənin çıxarılmasına bacarmaq,əlamətlərə görə ayırmağı bacarmaq və s.

  Didaktik oyunların keçirilməsi üçün müvafiq metodik yanaşmanın xüsusiyyətləri nəzərə alınmalıdır.

  Şən əhvalın yaradılması,bütün uşaqların iştirakını təmin etmək.

  Yaradıcı oyun süjütli,rollu,dramlaşdırılmış oyunu və tikinti quraşdırıcı (konstruktor) oyunu əhatə edir.Oyunun quruluşu çox cəhətlidir.Oyunun təsiri ilə uşaqlarda xarakterik xüsusiyyətlər keyfiyyətcə inkişaf edir.bura daxildir:məqsəd qoymaq,onu həyata keçirmək əzmi,motiv,planlı hərəkət etmək,nəticədən sevinmək (və ya kədərlənmək) kimi hallar onları düşünməyə,dərk etməyə sövq etdirir.

  Əmək prosesi məqsədyönlü olduğu üçün məşğələlərin imkanlarından istifadə etmək zərurəti yaranır.Məsələn:süfrə salmaq,təbiətdəki müxtəlif əmək prosesləri,şitilin,toxumların əkilməsi məşğələ formasında həyata keçirilir.Əmək məşğələləri idrak məzmunu daşımalı,uşaqlar tərbiyəçinin tapşırıqlarını dəqiq icra etməli,onlara görüləcək işlər göstərməli və izah edilməlidir.

  Uşaqların məşğələlərindəki təlim ilə əmək arasında müəyyən fərq mövcuddur.Məşğələlərdə uşaqların fəaliyyəti bütovlükdə tərbiyəçi tərəfindən istiqamətləndirilir.Əmək prosesində tərbiyəçi uşaqları öyrədir.ancaq fəaliyyət zamanı əməkdaşlıq yaranmır.Məsələn:Beş yaşlı uşaqlar noxud əkirlər,tərbiyəçi əvvəlcədən uşaqların sayına görə ləklərdə çubuqlar basdırır.Uşaqlar əmələ gəlmiş çuxurlara noxud dənəsi qoyub,torpaqla örtürlər (torpağın necə tökülməsi uşaqlara göstərilir).Bundan sonra noxud dənəsi əkilən yeri suvarırlar.İşin fərdi təşkili zamanı hər uşaq bir noxud dənəsi əkir,bu proses bir neçə saniyə çəkdiyi üçün uşağın səyi lazım gəlmir.

  Məşğələlərdə əmək tərbiyəsi zamanı uşaqlar yaşlıların fəaliyyəti ilə tanış edilir.

  Pedaqoji və psixoloji tədqiqatlar göstərir ki,uşaqlara biliklər müəyyən ardıcıllıqla verildikdə,gerçəkliyin və ya hadisələrinin əsas qanunauyğunluqları onlar üçün asan,anlaşıqlı şəkildə aydınlaşdırdıqda onların mənəvi və əqli inkişafında ciddi dəyişikliklər baş verir.Məktəbəqədər müəssisələrdə uşaqların əməyi bir fəaliyyət kimi təşkil edilir.Tədricən nəticə ilə tamamlanan fəaliyyət oyundan ayrılır.Bu fəaliyyət məşğələlərdən seçilir və müstəqil əhəmiyyət daşıyır.Məktəb təliminə hazırlıq üçün bu iradi keyfiyyətin müstəqil fəaliyyətin uşağın gələcəkdə gücü daxilində öhdəsinə düşən vəzifələrin müntəzəm yerinə yetirmə qabiliyyətinin tərbiyəsində mühüm şərtdir.Bununla da uşaq məktəbin onun qarşısına qoyduğu daha çətin işlərin icrasında dözüm nümayiş etdirməyə hazır olduğunu nümayiş etdirmiş olur.

  Məktəbəqədər kiçik yaşda uşaqların əməyin əsas məzmunu gündəlik həyatda özünəxidmətdən ibarətdir.Uşaq kiçik yaşlarından özünəxidmət vərdişlərinə yiyələnməklə özünü müstəqil etməklə,yaşlılardan asılılığı olmur.Özünəxidmət üçün səy və fikrin cəmləşdirilməsi tələbi uşaqlar üçün çətinlik törədir.Bəzən bu yaşda uşaqlar əməkdən daha çox özünəxidmət prosesində oyun obrazı maraqlandırır.Oyun vasitəsilə uşaqlar vərdişə yiyələnir hərəkətlərində inam yaranır.Formalaşan vərdişlər imkan verir ki,uşaq müstəqil olaraq əl-üzünü yusun,geyinsin,xörəyini yesin.Qeyd olinan yanaşma özünəxidmət vərdişlərinin formalaşmasında məqbul variant deyil.Çünki burada proses hər hansı nəticə verməyən oyun priyomlarına gətirib çıxara bilər.Düzgün təlim uşağın gündəlik olaraq özünəxidmətlə əlaqədar olan ilk əmək vərdişlərinin formalaşması prosesində hərəkətin göstərilməsinə,müstəqil surətdə geyinmək,əl-üz yumaq təşəbbüsnün həvəsləndirilməsinə,onların büyün,ən kiçik uğurlarının qryd edilməsinə diqqətin artırılması vacibdir.

  Məktəbəqədər orta yaşda uşaqların müstəqil əmək fəaliyyətini axıra qədər davam etdirə bilbirlər.Bir çox hallarda əməyin məzmunu onları oyun fəaliyyətinə gətirir.Bu yaşda olan uşaqların oyununda əmək prosesi epizodik xarakter daşıyaraq,onların şəxsi təşəbbüsü ilə yaranır.Nə qədər ki,uşaqlarda əmək alətlərdən istifadə etmək qabiliyyəti formalaşmır,onlarda oyun fəaliyyəti üstünlük təşkil etmış olar.Biz aləətləri müvafiq materialları uşaqlara təqdim edərkən onlar prosedual xarakterli iş göməyə başlayırlar.Yəni çəkicdən məqsədəuyğun olaraq nəyi isə mıxlamaq deyil stola çırparaq ritmik səslər almaqla ondan oyun vasitəsi kimi faydalanmağa üstünlük verirlər.Bu cür yanaşma qanunauyğun sayılmalıdır.Çünki uşaqlar alət və materialların xassə və keyfiyyətləri ilə əlaqədar müvafiq biliyə malik olmadıqları üçün maraqlarına uyğun olan oyun fəaliyyətinə sövq edirlər.Uşaqlar alətlərlə işləmə vərdişlərini aşıladıqca və materiallardan praktik şıkildə isrifadə etməyi öyrəndikcə prosessual oyun hərəkətləri tədricən az müşahidə edilir.Nəticədə oyun və əməyin əməyin qarşılıqlı münasibəti dəyişir.Əmək üstünlük təşkil etməyi olur.Tərbiyəçi qeyd olunan dəyişikliyi daim diqqətdə saxlamalıdır.Əgər uşaq əmək alətindən yalnız oynayırsa,demək müvafiq vərdişə yiyələnməmişdir.Onda tərbiyəçi lazımi bacarıq aşılamaq üçün səmərəli yollar axtarmalıdır.Məsələn:Uşaqlara əriştə düzəltmək üçün qayçı ilə kağız zolaqalrını kəsmək təklif olunur.Təkrarlanan bu hərəkət öz nəticəsini verir.Yəni uşaqlar qayçını tutmaq,açıb-bağlamaq,kəsmə vərdişlərinə yiyələnirlər.

  Tərbiyəçi uşaqları ruhlandıraraq deyir:gör nə qədər əriştə var,ondan oyunda istifadə etmək xörək bişirmək,gəlincikləri qonaq çağırmaq olar.Demək hər hansı vərdişin mənimsənilməsini tərbiyə etmək üçün eyni hərəkətlərini dəfələrlə təkrar olunmalıdır.Brlə hərəkətlərə oyun xarakteri verməklə gözlənilən nəticə hasil olur.

  Əmək və oyunun qarşılıqlı əlaqəsi mühüm vasitə kimi uşaqları əməyə maraq yaratmağa təhrik edir.Məsələn:Oyuncaq düzəltdikdə (əmək) uşaqlar oyun üçün lazım olan əşyaları seçmək istəyi ilə məqsədli fəaliyyətə maraq göstərirlər.Məktəbə hazırlıq qrupunun uşaqları nazik kartondan kiçik vaqonlar düzəldərək onlara təkər yapışdırıb oynamağa başlayırlar.Burada yaradıcı əməyin nəticəsi olan hazırlanan oyuncaqları düzəltməyə şagirdlərin marağı onlardan istifadə edib tez bir zamanda oynamaqadır.

  Uşaqlar düzəltdikləri əşyaların sosial əhəmiyyətini dərk etdikdən sonra öz əmək məhsullarına ciddi yanaşmalı olurlar.Buna baxmayaraq düzəltdikləri oyuncaqları öz gələcək oyunların üçün lazım olduğunu da dərk edirlər.