Anafilaksiya

Anafilaksiya – həyat üçün təhlükəli, qısa zamanda bütün bədənə yayılan ağır allergik reaksiya növüdür. Anafilaktik reaksiyaya səbəb allergenlərdir. Anafilaksiya allergenlə təmasdan qısa müddətdən (hətta bir necə saniyə) sonra yaranır. Əksər hallarda anafilaktik reaksiya həşərat  dişləməsinə (arı sancması), dərman preparatlarına (penisillin, aspirin, qeyri steroid iltihab əleyhinə preparatlar), qidaya (araxis, qoz, balıq, inək südü, yumurta), lateksə  qarşı baş verir.

Bəzən anafilaktik reaksiya səbəbsiz baş verə bilər və bu autoimmun xəstəlik ola bilər. İlk dəfə hər hansı bir allergenlə təmasda olduqda orqanizmdə sensibilizasiya yaranır. Bu, o demək deyil ki, gələcəkdə həmin allergenlə təkrar təmasda anafilaktik reaksiya baş verə bilməz. 

 

Simptomlar

Anafilaksiyanın simptomları ani başlayır və qısa zamanda proqressivləşir. İlk simptomlar yüngül ola bilər, məsələn, burun axıntısı, dəridə səpki, qeyri-adi hissiyat, lakin qısa bir zamanda ağır əlamətlər yarana bilər: 

  • Tənəffüsün çətinləşməsi 

  • Övrə

  • Boğulma, səsin batması 

  • Ürək bulanma, qusma, qarında ağrı

  • Başgicəllənmə, huşun itməsi 

  • Bradikardiya, kollaps və ürək dayanması

 

Anafilaksiya 2 qrupa ayrilir :

  • Allerqik  1)  İgE asılı 

                          2)  İmmunolijik (İgE-dən asılı olmayan) 

  • Non-immunolojik (allerqik olmayan anafilaksiya)

Diaqnoz əsasən allerqoloq tərəfindən anamnez toplamaq və bəzi diaqnostik testlərin aparılması nəticəsində qoyulur. 



 

Müalicə

Anafilaktik reaksiya zamanı mütləq adrenalin inyeksiyası olunmalıdır və təcili yardım çağırılmalıdır. Adrenalin müəyyən edilmiş dozada avtoinyektorla yeridilir və bu, hər zaman xəstənin üzərində olmalıdır. 

  • Adrenalin 0,01mg/kg  1:1000 ( 1mg /ml)

  • 35-40 kg ( pre pubertat dövrdə ) -0,3 mg

  • 40 kg ( pubertat ) – 0,5 mg 

  • Penepin isə 0,15 mg (çəki 7.5-25 kg)  0,3 mg (çəki 25 kg çox olduqda )

Adrenalinin vurulma vaxtı qeyd edilməlidir. Ehtiyac olduqda 5-15 dəqiqədən bir təkrar vurulmalıdır. Hər bir insan onda anafilaksiya yaradan triqqerləri tanımalı və üzərində bunun haqqında məlumat daşımalıdır. Allerqoloqlar və təxirəsalınmaz yardım həkimləri təhlükəsizlik qaydaları hazırlayıblar:

SAFE 

S – tez bir zamanda təcili yardım çağırmaq

A – allerqeni, səbəbi təyin etmək 

F – ixtisas həkiminə müraciət etmək 

E – üzərində epinefrin (adrenalin) saxlamaq

 

  1. Mənbələr

  2. American College of Allergy Asthma &   İmmunology. Acaai.org 

  3. AAAAİ   University of İOVA Hospital  & Clinics 

  4. Jobanson SGO et al JACİ 2004.113:832-6