Keys menecerləri üçün təcrübə standartları

 

Sosial işin etik prinsipləri mövzusunda sosial işçilər üçün zəruri olan ümumi etik prinsiplər və peşəkar standartlar haqda məlumatlar təqdim edilmişdir. Bu ümumi standartlara əlavə olaraq, sosial iş prosesində tapşırıqlar üzrə menecerlər üçün tələb olunan peşəkar standartlar da işlənib hazırlanmışdır. Amerika Birləşmiş Ştatlan Sosial İşçilərinin Milli Assosiasiyası (ABŞSİMA) tərəiindən keys menecement sahəsində müxtəlif vəzifələr tutan sosial xidmətlər üzrə peşəkarlar üçün müəyyən edilmiş standartlar daha məqbul hesab edilir. Bu cür standartlar ictimai sosial xidmətlər, səhiyyə xidmətləri, məşğulluq proqramları, məktəblər və özəl sosial iş sahələrində çalışan professional işçilərin davramşlarının tənzimlənməsi məqsədilə işlənib hazırlanmışdır. Bu standartların əsas etibarı ilə ABŞ-da keys menecement prosesinin tənzimlənməsi məqsədilə işlənib hazırlanmasma baxmayaraq, yüksək gəlirli ölkələrdə standartlann müxtəlif mühitlərdə tətbiqi də məqsədəmünasib hesab edilir. ABŞSİMA standartlarda öz əksini tapmış keys menecement üzrə əsas prinsiplərin bu cür münasibliyindən irəli gələrək, bu dərsliyin növbəti hissələrində onlann daha qısa şərhinə xüsusi yer ayrılmışdır.

ABŞSİMA tapşırıqlar üzrə menecerlər üçün nəzərdə tutulan aşağıdakı 10 fərqli standartlardan ibarət peşəkar standartlar təsis etmişdir:

  1. Minimum təhsil;
  2. Öhdəlik;
  3. İştirak və özünütəsdiqin həvəsləndirilməsi;
  4. Məxlilik;
  5. Yardıma ehtiyacı olan vətəndaş səviyyəsində öhdəliklər;
  6. Sistemlər səviyyəsində öhdəliklər;
  7. Maliyyə məsuliyyəti və məsrəf səmərəliliyi;
  8. Keyfiyyətə zəmanət və cavabdehlik;
  9. Münasib iş yükü;
  10. Əməkdaşlıq.
  1. Minimum təhsil. Sosial iş sahəsində tapşırıqlar üzrə menecerin müvafiq Sosial iş ilə bağlı tədris proqramı səviyyəsində diplomu olmalıdır. Minimum tələb sosial iş üzrə bakalavr dərəcəsinin olmasıdır. Yəni bu sahədə üçillik tam tədris keçmiş mütəxəssis dərəcəsinin olması vacibdir. Sosial iş üzrə keys met necement təcrübəsinin mürəkkəb fəaliyyət olduğu nəzərə almaqla; peşəkar sosial iş prosesinə nəzarət və bu sahədə düzgün məsləhətlərin verilməsi kimi təcrübələr də sosial işçilərin bacardığı səriştələrdən ohnalıdır. İşlə təmin edən müəssisələr də keys menecement ilə məşğul olan mütəxəssislərin bilik və bacarıqların təkmilləşdirmək üçün onlara iş yerlərində mütəmadi təliınlər keçməlidirlər. Sosial iş sahəsində çalışan hər bir sosial işçi öz peşəkar təhsilini fasiləsiz davam etdirmək üçün məsuliyyətini anlamalıdır.
  2. Öhdəlik. Sosial iş sahəsində çalışan tapşırıqlar üzrə menecer yardım üçün müraciət etmiş vətəndaşa xidmət göstərmək üçün öz peşəkar imkan və bacarıqlarından tam istifadə etməlidir. Yardım üçün müraciət etmiş vətəndaşın hüquq və maraqları daima ön plana çəkilməli və tapşırıqlar üzrə menecerlərin ən ümdə məsuliyyəti ona yardım üçün müraciət etmiş vətəndaşa lazımi yardımı göstərməkdir. Tapşırıqlar üzrə menecer yardıın üçün müraciət etmiş hər bir vətəndaş üçün müvafiq yardım təyin edildiyinə və vətəndaşın bütün ehtiyacların ödəyən sosial xidmətlər barədə zəruri məlumatlarla təmin olunduğuna əmin olmalıdır.
  3. İştirak və özünütəsdiqin həvəsləndirilməsi. Sosial iş sahəsində çalışan tapşırıqlar üzrə menecer ona yardım üçün müraciət etmiş vətəndaşların idarə olunma təcrübəsinin bütün mərhələlərinə tam cəlb olunduğuna əmin olınalıdır. Sosial iş sahəsində çalışan tapşırıqlar üzrə menecer yardım üçün müraciət etmiş vətəndaşların özünütəsdiq hisslərini hərtərəfli dəstəkləməli və ona ləyaqətlə yanaşmalıdır.

Yardım üçün müraciət etmiş vətəndaşların öz ehtiyaclarının müəyyənləşməsi və problemləri ilə bağlı qərarların qəbul edilməsinə cəlb edilmələri keys menecement təcrübəsinin ən əsas prinsipidir. Yalnız yardım üçün müraciət etmiş vətəndaşmın əqli cəhətdən çatışmazlığı olduğu hallarda, bu vətəndaşların ailələri və ya digər ailə üzvləri onların problemləri ilə bağlı qərarlar qəbul etməlidirlər. Tapşmqlar üzrə menecerin ona yardım üçün müraciət etmiş və kifayət qədər səriştəsi olmayan vətəndaşın adından çıxış etdiyi hallarda da o, ilk növbədə bu vətəndaşın hüquq və maraqlarını qorumalı və onlara ləyaqətlə yanaşmalıdır. Belə olan hallarda, sosial iş sahəsində çalışan sosial menecer keys menecement ilə bağlı bir sıra tapşırıqları onun ailəsi və ya ailə üzvləri ilə bölüşdürə bilər.

  1. Məxfilik. Sosial iş sahəsində çalışan tapşırıqlar üzrə menecer yardım üçün müraciət edən vətəndaşa aid məlumatlar digərlərinə çatdırılarkən bu məlumatların məxfiliyini təmin etməklə, vətəndaşın hüquqlarını qorumalıdır. Bu vətəndaşla bağlı məlumatlar digər peşəkarlara və ya təşkilatlara yalnız həmin vətəndaşın özünün və ya onun himayədarınm yazılı razılığı əsasında ötürülə bilər. Bu zaman, məhz hansı növ məlumatın açıqlanmasının tələb olunduğu, bu məlumatların kimə və hansı zaman kəsiyində çatdırılacağı ətraflı izah edilməlidir.
  2. Yardıma ehtiyacı olan vətəndaş səviyyəsində öhdəliklər. Sosial iş sahəsində çalışan tapşırıqlar üzrə menecer yardım üçün müraciət etmiş vətəndaşı sosial xidmətlərlə təınin etmək və onun rifah halını yaxşılaşdırmaq üçün yardıma ehtiyacı olan vətəndaş səviyyəsində müdaxilələr etmək tapşırığını yerinə yetirməlidir. Keys menecement yanaşmasının ikimənalı xarakter daşımasmdan irəli gələrək həm yardıma ehtiyacı olan vətəndaşm probleminin həlli, həm də sistemlər səviyyəsində tapşırıqların yerinə yetirilməsi artıq etik prinsiplər mövzusunda müzakirə edilmişdir. Bu beşinci standart məhz yardıma ehtiyacı olan vətəndaş səviyyəsində sosial xidmətlərin göstərilməsi təcrübəsini ön plana çəkir.
  3. Sistemlər səviyyəsində öhdəliklər. Bu standart artıq yuxarıda müzakirə edildiyi kimi, tapşırıqlar üzrə menecerin sistemlər səviyyəsində öhdəliklər yerinə yetirməsinə istinad edir. Bu standartın tələblərinə əsasən: “sosial iş sahəsində çalışan sosial menecer mövcud sosial xidmətlərlə təmin etmək üçün sosial xidmətlər sistemləri səviyyəsində müdaxilələr etməli, sosial xidmətlərlə təchizat sahəsini imkan daxilində genişləndirməli və bu xidmətlərdən istifadə etmə perspektivlərini daha da yaxşılaşdırrnalıdır”.

Keys menecement prosesi çox mürəkkəb iş rejimində həyata keçirilir. Bu zaman bir sıra siyasət və strategiyalar, sosial xidmət təminatçıları barədə məlumatlar və mövcud maliyyə imkanları müqayisə edilir. Sosial iş prosesi– nin eEektivliyinin maksimum səviyyəyə çatdırılması üçün tapşırıqlar üzrə menecer mövcud sistemi daha da təkmilləşdirmək məqsədilə yollar və vasi– tələr ararnalıdır. Tapşırıqlar üzrə menecer resursların artırılması, sosial aksiyalarda fəal iştirak, mövcud məlumatların idarə olunamsı, yeni informasiya əldə olunması, strategiya və siyasətləri qiymətləndirmək və yeni siyasi tövsiyələr vermək, eləcə də, göstərilən sosial xidmətlərin keyfiyyətinə zəmanəti təmin etmək üçün müvaiiq səylər göstərməli və analoji fəaliyyətlərə qoşulmalıdır. Sosial iş sahəsindəçalışan tapşırıqlar üzrə menecer, eyni zamanda, bir-birini təkrarlayan sosial xidmətləri, xidmətlərin təqdim edilməsində olan boşluqları müəyyən etməli, ehtiyac içərisində yaşayan daha geniş əhali qruplarını əhatə edə biləcək münasib sosial xidmətləri seçməyi bacarmalıdır.

  1. Maliyyə məsuliyyəti və məsrəf səmərəliliyi. Sosial iş sahəsində çalışan sosial menecer mövcud resurslar, sosial xidmətlərin dəyəri və büdcə imkanları barədə xəbərdar olmalı və keys menecement ilə bağlı bütün funksiyalar və fəaliyyətlər üzrə maliyyə məsuliyyəti daşımalıdır. Sosial iş sahəsində çalışan tapşırıqlar üzrə menecer yardım üçün müraciət etmiş vətəndaşın işini diqqət mərkəzində saxlamaqla yanaşı, eyni zamanda, sosial xidmətlərin təqdim edilməsi və resursların düzgün bölüşdürülməsinə də nəzarət etməlidir. Bütün bunları etməklə yanaşı, tapşırıqlar üzrə menecer sistemin icra qabiliyyətini də diqqətlə nəzərdən keçirrnəlidir. Tapşınqlar üzrə menecer istər yardım üçün müraciət etmiş vətəndaşa müvafiq sosial xidmətlərin təqdim olunması, istərsə də maliyyə resurslarının düzgün bölüşdürülməsi və idarə olunmasına görə məsuldur. Sosial iş sahəsində çalışan tapşırıqlar üzrə menecer bir növ, sosial xidmətlərin göstərilməsi um “qapıçı” rolunu oynayır. Bütün bunlar ondan, ilk növbədə. maliyyə sahəsində öz bilik və bacarıqlarını artırmağı tələb edir.

 

  1. Keyfiyyətə zəmanət və cavabdehlik. Sosial iş sahəsində çalışan mala!sosial menecer qiymətləndirmə və keyfiyyətə zəmanət üzrə fəaliyyətlərdə iştirak etməli, təqdim olunacaq sosial xidmətlərin müvafiqliyi və effektivliyinin monitorinqini mütamadi olaraq aparmalıdır. Bütün bunlar sosial mum kifayət bilik və təcrübələr olmasını tələb edir və buna görə də o, vətəndaşa təqdim olunacaq sosial xidmətlərin müvafiqliyi və effektivliyinə görə birbaşa cavabdehlik daşımalıdır. Təqdim olunan sosial xidmətlərin keyfiyyətinə zəmanət təmin olunmalı və xidmətlərin dövrü qiymətləndirilməsi və müvafıqliyinin uyğunluğu daima diqqət mərkəzində olmalıdır.

 

  1. Münasib iş yükü. Sosial iş sahəsində çalışan sosial menecer ona effektiv planlaşdırma tərtib etmək, eləcə də, keys menecement üzrə tapşmqlan müvəffəqiyyətlə yerinə yetirmək üçün imkan yaradan məntiqə uyğun iş həcmi ilə yüklənməlidir. Yardım üçün müraciət etmiş vətəndaşla işləmək onunla üzbəüz təmasda olmaq üçün tapşmrıqlar üzrə menecerə kifayət qədər vaxt verilməlidir. İcrası menecerə tapşırılmış müraciətlər öz xarakterlərinin müxtəlifliyindən asılı olaraq fərqlənə bilər. Əgər daha mürəkkəb işlər üstünlük təşkil edərsə, bu zaman onun üçün ayrılmış iş yükünün həcmi də kiçik olmalıdır. Keys menecement ilə əlaqədar işin həcmi də işin mürəkkəbliyinə əsasən müəyyənləşməli və xidmət göstəriləcək əhali qrupunun xarakteristikasını əks etdirməlidir. İşçi heyətinin tərkibi də yardıma ehtiyacı olan səciyyəvi vətəndaşlar qrupunun xüsusi ehtiyaclarını ödəməyə qadir olan mədəni və etnik xüsusiyyətlər nəzərə alınmaqla formalaşmalıdır.

 

  1. Əməkdaşlıq.Sosial iş sahəsində çalışan sosial menecer yardım üçün müraciət etmiş vətəndaşın adından təşkilatlararası və peşəkarlararası əməkdaşlığı inkişaf etdirmək məqsədilə daima müvafiq tədbirlər görməlidir.

Əksər hallarda sosial işçi müxtəlif peşəkarlar və təşkilatlarla əməkdaşlıq çərçivəsində keys menecment funksiyalarını həyata keçirir. Belə hallarda şəffaf iş bölgüsünün düzgün aparılması xüsusi əhəmiyyət kəsb edir. Yardıma ehtiyacı olan ayrı-ayrı vətəndaşlar və ya xüsusi vətəndaşlar qrupunun maraqlarını ifadə etmək üçün hər hansı iki təşkilat birgə iş apararsa, onlar arasında formal razılıq əldə olunmalıdır. Bu cür razılıq işlə bağlı əlaqələrin istər maliyyə, istərsə də əməliyyat detallarını məxfi bir strategiya kimi özündə əks etdirməlidir. Yardım üçün müraciət etmiş vətəndaşın işi ilə bağlı yalnız bir mütəxəssis  tapşırıqları yerinə yetirdiyi halda isə ilkin fəaliyyəti icra edəcək sosial menecer müəyyənləşməlidir. Beləliklə, Yardım üçün müraciət etmiş vətəndaşa onun fasiləsiz olaraq sosial xidmətləri almaqda davam etdiyi müddətdə ayrıca sosial menecer təhkim edilməlidir.

İstifadə edilən ədəbiyyat

  1. D.Guttmann (2006) Ethics in Social Work: A Context of Caring The Haworth Press, s. 294.
  2. Frederic G. Reamer- The Evolution of Social Work Ethics /Social Work/ Volume 43, Number 6 / November 1998.
  3. https://www.ifsw.org/historia-de-la-fits-a-nivel-mundial/
  4. Bradford W. Sheafor Charles J. Horejsi. Sosyal Hizmet Uygulamasi. NİKA YAYINEVİ Jan 1, 2014, s. 688