Artıq olanı tap

İnkişaf etdirilən sahə: anlayışlarla əməliyyatlar aparılması, təsnifatlandırma bacarığı

Yaş: 4+

Material: şablonlar aşağıda verilib

Prosedur: uşağın qarşısına şablon qoyulur və növbəti təlimat verilir. “Şəkillər arasından biri digərlərinə uyğun deyil. Artıq olan hansıdır?”. Uşaq artıq olan şəkili tapandan sonra uşağa sual verilir: “Niyə bu şəkil digərlərinə uyğun deyil?”. Bu zaman uşaq əsas anlayışları istifadə edərək və ya xüsusiyyətlərə əsaslanaraq suala cavab verməlidir.

 

Murad Babayev

Uşaq inkişafı üzrə mütəxəssis, psixoloq