Uşağın akademik həyatına atanın töhfəsi

Uşağın psixoloji və fiziki ehtiyacları ana ilə yanaşı, ata tərəfindən də qarşılanmalıdır. Onu sevdiyinizi ifadə etmək və hiss etdirmək gərəklidir. Uşağın yaşadığı problemləri dinləyərək, onu mühakimə etmədən onunla həll yolları tapmağa çalışmaq lazımdır. Ona hislərini danışaraq ünsiyyət qura bilərsiniz. Bunlar ona özünü təhlükəsiz və dəyərli hiss etdirəcək.

Valideynin əlçatan olması uşağın emosional dəstək hiss etməsini təmin edir. Ata diqqətini və yaxınlığını görən uşaqların akademik göstəriciləri daha yüksək olur. Cinsindən asılı olmayaraq atasının diqqətini və yaxınlığını görən uşaqların məktəbə müsbət münasibəti, akademik motivasiyası və idrak bacarıqları ata diqqətindən məhrum olan uşaqlara nisbətən daha yüksəkdir.

Atalarından diqqət alan uşaqların özlərinə inamının artdığı və bilavasitə daxili nəzarət mexanizmlərinə töhfə verir. Ataları ilə daha çox ünsiyyətdə olan övladların riyazi intellektinə müsbət təsir edir və bu uşaqların daha geniş söz ehtiyatına malik olacağını təmin edir. Məşğul və gərgin iş həyatı yaşayan atalar evə gələndə uşaqları ilə vaxt keçirmək istəyirlər, lakin bəzən bunu edə bilmirlər. Evə gəldikdə, uşağınıza istirahət etmək üçün müəyyən vaxta ehtiyacınız olduğunu söyləyə və sonra birlikdə zövq aldığınız oyunu və ya fəaliyyəti oynaya bilərsiniz. Bu, stressinizi azaldacaq və uşağınızla münasibətinizi gücləndirəcək. Ataların uşaqları ilə mümkün qədər çox vaxt keçirmələri və bu vaxtdan aktiv istifadə etmələri tövsiyə olunur. Birlikdə oyunlar oynamalı və zövq aldıqları fəaliyyətlərlə məşğul olmalıdırlar. Bu şəkildə birlikdə vaxt keçirmək uşağın emosional, sosial və fiziki inkişafı üçün vacibdir. Hətta ataların övladları ilə birlikdə gündəlik ev işlərində iştirak etməsi onların daha da yaxınlaşması üçün bir fürsətdir. Ataların övladları ilə akademik məşğul olması (uşağa nağıl kitabı oxutdurmaq, valideyn-müəllim iclasında müəllimlə görüşmək və s.) anaların uşaqları ilə məşğul olmasından daha çox uşağın akademik uğurunu artırır.

 

Rövşən Nəcəfov

Psixoloq