Dizartriya nitqin tələffüz tərəfinin və ni...
İnkişaf etdirilən sahə: kiçik motorika, əl-göz koordinasiyası
Yaş: 4+
Material: qayçı və çap olunmuş şablonlar. Şablonlar aşağıda verilib.
Prosedur: Uşağa (aparıcı əli nəzərə alaraq) çap olunmuş materiallar verilir. Bütün materiallarda müxtəlif əşyaların təsviri və onların ətafında qırıq xətt verilir. Uşağa həmin qırıq xətt üzərindən qayçı ilə əşyanı kəsmək təklif olunur. İlkin addımlarda bu proseduru uşağın arxasına əyləşərək arxadan əlini qayçıya uyğun tutamaqla kömək olursunuz. Sonda uşaq qayçını düzgün tutmaq və fiqurları kəsmək bacarığı əldə etməlidir.
Qeyd: Qayçı ilə işləyərkən uşaq daima yetkinin nəzarətində olmalıdır.
Babayev Murad
Uşaq inkişafı üzrə mütəxəssis, psixoloq
--------------------------------------------------
Həndəsi fiqurları kəs
Armudları səbətə yığ
Raketə ulduzların arasından keçməyə kömək ol
Məstana balıqları tutmağa kömək ol
Pirojnaları qutuya yığ
Fikriniz
0
0