Məktəbdən əvvəl uşaqda formalaşdırılması vacib bacarıqlar

Məktəbdən əvvəl uşaqda formalaşdırılması vacib bacarıqlar:

- qaydalara uyğun oynamaq;

- velosiped sürmək;

- doğum gününü bilmək (istiqamətləndirmə ...);

- çaydanlıqda çay dəmləmək və sendviç hazırlamaq (təlimatlar, alqoritmlər), (rollu oyun vasitəsilə ola bilər);

- ayaqqabılarının ipini bağlamaq (motor bacarıqları);

- səbr göstərərək (özbaşına tənzimləmə) ananı gözləmək ... (sırada, bank, təşkilat);

- sual vermək (problem tapmaq, düşünmək, məlumat tapmaq);

- həmyaşıdları ilə danışıqlar aparmaq (qarşılıqlı əlaqə, münaqişənin həlli);

- kömək qəbul etmək (köməyə gəlin, müəyyən bir miqdarda alın);

- özünə inanmaq (bacaracağam..., uğur qazanacağam..., mən özüm...)

Məktəbəhazırlıq qrupu (5-6 yaş) üzrə ümumi təlim nəticələri:

- fiziki inkişafla bağlı müəyyən olunmuş müxtəlif hərəkətləri yerinə yetirir;

- gigiyena qaydalarını özünənəzarət əsasında nümayiş etdirir;

- masa arxasında süfrə mədəniyyətinə yiyələndiyini nümayişetdirir;

- həyatına və sağlamlığına təhlükə yarada biləcək hadisələrdən qorunma qaydalarını izah edir;

- özü, ailəsi və Vətəni haqqında kiçik təqdimatlar edir;

- verilmiş mövzu ətrafında danışır;

- ətraf aləmdə baş verən hadisələrə münasibət bildirir;

- hərf və səsləri fərqləndirir;

- hecalar, hecalardan sözlər, sözlərdən cümlələr, cümlələrdən şifahi mətnlər qurur;

- kəsmə əlifba vasitəsi ilə sözlər düzür;

- əşyalarla 10 dairəsində riyazi əməliyyatlar yerinə yetirir;

- hadisələri məkan və zamana görə müqayisə edir;

- həndəsi fiqurları (dairə, üçbucaq, kvadrat) tətbiq edir;

- sadə kompozisiyalar qurur;

- təsvir prosesində rəng çalarlarından istifadə edir;

- ifaçılıq bacarıqları nümayiş etdirir;

- ünsiyyətini sosial normalara əsasən tənzimləyir;

- birgə fəaliyyət bacarıqları nümayiş etdirir.

 

Xalidə Həmidova

Pedaqoq, UNICEF-in milli təlimçisi