3 yaşlı övladınızın psixi inkişafı necə olmalıdır?
3 yaşından başlayaraq oyun çağına qədəm qoyan uşaq saymaq, mahnı oxumaq, şeir öyrənmək və ətraf aləm haqqında suallar vermək kimi sahələrdə dil və koqnitiv bacarıqlarını inkişaf etdirir. Həmçinin onların idrak qabiliyyətləri yaxşılaşır. 3 yaşlı uşaq ətrafında özündən asılı olmayan bir dünyanın varlığını və bu dünyanın içində bir fərd olduğunu qəbul edir. Bu mərhələdə uşaqda özünəməxsus mənlik və cinsiyyət hissi formalaşır.
3-4 yaşında uşaqlar qrup halında oynamağa başlayır, oynayarkən biri-birləri ilə danışır, qrupda nə ilə oynamaq istədiklərini seçirlər. Ən ümumi davranış biri-birlərini izləmək və danışmaqdır.
3 yaşlı uşağın nitq qabiliyyəti şəxsiyyətlərarası münasibətlərin inkişafında böyük rol oynayır. Piajenin dediyi kimi, uşaq getdikcə özünə yönümlü (eqosentrik) vəziyyətdən sosial yönümlü (sosiosentrik) olmağa doğru sürətlə irəliləyir. Piajenin fikrincə, 3-6 yaş arası uşaqların nitqi "eqosentrik" olur. Eqosentrik nitq “uşağın oyun oynadığı və ya fəaliyyət zamanı kiminlə danışdığını və ya başqası tərəfindən dinlənib-dinlənmədiyini bilmək ehtiyacı görmədən etdiyi danışma” kimi nəzərdən keçirilir.
3 yaşlı uşaq minimal 250 söz, maksimal 1000 söz bilməli və 3 sözdən ibarət cümlələr qurmağı bacarmalı, sadə cümlələrlə bir mövzudan digərinə keçə bilməlidir. Bu yaşda uşaq “Mən” və “Sən” sözlərindən düzgün istifadə edə bilir. Keçmiş, indi və gələcək anlayışlarını anladıqca, zaman bildirən sözlərdən istifadə etməyə başlayır və bəzi sadə ön sözlərdən düzgün istifadə edir.
3 yaşlı uşağın müxtəlif rənglər haqqında anlayışları olur. O, müəyyən sözlərin rənglərin adları olduğunu bilir, lakin hansı adın hansı rəngə aid olduğunu bilmir. Bu yaşda uşağın mavi rəngin adını qırmızı deməsi tamamilə normaldır.
Anara Quliyeva
Klinik psixoloq
EUDİ lahiyəsinin qonağı olan pedaqoq Xalidə Həmidova "Məktəbəqədər təhsil və onun əhəmiyyəti" haqqında məlumatlar verərək, izləyicilərimizdən gələn sualları cavablandırmışdır.
EUDİ lahiyəsinin qonağı olan pedaqoq Xalidə Həmidova "Məktəbəqədər təhsil və onun əhəmiyyəti" haqqında məlumatlar verərək, izləyicilərimizdən gələn sualları cavablandırmışdır.
EUDİ lahiyəsinin qonağı olan həkim pediatr - neonatoloq Nərmin Məmmədova canlı yayımda COVID-19 virusundan uşaqların qorunması yollarından danışıb və izləyicilərimizdən gələn sualları cavablandırmışdır.
“Regional İnkişaf” İctimai Birliyi və BMT-nin Uşaq Fondu (UNICEF) tərəfindən "Erkən Uşaqlıq Dövründə İnkişaf" (EUDİ) layihəsi həyata keçirilir. Layihəmizin yeni rubrikasının qonağı uşaq cərrahı və uroloqu Aqil Abilov canlı yayımda uşaqlarda cərrahi patologiyalar haqqında danışıb və izləyicilərimizdən gələn sualları cavablandırmışdır.
EUDİ lahiyəsinin qonağı olan bədən tərbiyəsi müəllimi Hüseyn Hüseynov canlı yayımda idman və onun uşaq inkişafına təsiri haqqda danışıb və izləyicilərdən gələn sualları cavablandırmışdır.