Hər bir qadının həyatında hamiləlik dövr&u...
Yoğun bağırsağın siqmavari hissəsinin anormal uzun olması dolixosiqma adlanır. Bəzən dolixosiqma heç bir pozulmalara səbəb olmur və təsadüfən aşkar edilir. Lakin bu çox uşaqda özünü ağır xroniki qəbizlik, köp və qarın ağrıları ilə biruzə verir. Pediatriyada qəbizlikdən əziyyət çəkən uşaqların 40 %-ində dolixosiqma aşkar olunur.
Dolixosiqmanın inkişaf səbəbləri hələki tam məlum deyil. Əsas risk faktorları: irsiyyət, hamiləlik zamanı ana orqanizminə olan mənfi təsirlər, bəzi dərman preparatları və.s dir.
Dolixosiqmanın əsas simptomu xroniki qəbizlikdir. Əksər hallarda qəbizlik uşaqlarda 6 aydan sonra uşaq suni qidalanmaya keçdikdə və ya əlavə qidaları qəbul etməyə başladıqda özünü biruzə verir. Əvvəl qəbizlik vaxtaşırı olur sonra isə daha tez-tez təkrarlanmağa başlayır. Nəcis kütləsi çox böyük üfunətli olur. Bərk nəcis bəzən bağırsaq divarını zədələyir və nəticədə nəcis kütləsində qan izləri olur. Xroniki qəbzlik siqmavari bağırsağın fəaliyyətini daha da pisləşdirir. Xroniki qəbzlik fonunda nəcis daşları əmələ gəlir. Dolixosiqmanın ən ağır fəsadı bağırsaq keçməzliyidir. Bu həyatı təhlükə daşıyır və cərrahi yolla müalicə olunur.
Dolixosiqmalı uşaqlarda intoksikasiya nəticəsində çəki azlığı, fiziki inkişafın ləngiməsi, anemiya və qarnı böyük olur və dərisi solğun olur.
Dolixosiqmanın diaqnozunu təsdiq etmək üçün bağırsaqların rentgenoloji müayinəsi vacibdir.
Dolixosiqmanın əsas müalicə metodu pəhrizdir.
Qidalanmada əsas yer qida lifləri ilə zəngin olan məhsullar (meyvə-tərəvəz, göyərti, buğda kəpəyi və.s) süd məhsulları, bitki yağları, yarmalar və.s olamlıdır. Uşaq tez-tez kiçik hissələrlə qialanmalıdır. Həmçinin qarın boşluğunun masajı, müalicəvi bədən tərbiyə, iynəbatırma və.s vasitələrdən istifadə olunmalıdır.
Əgər konservativ müalicə effekt vermirsə o zaman cərrahi yolla müalicə davam etməlidir.
Sağlamolun.az Böyük Tibbi Ensiklopediya 2000il
Fikriniz
0
0