Hər bir qadının həyatında hamiləlik dövr&u...
Eozinofil ezofaqit immun hüceyrələrinin qida borusunun selikli qişasında toplanmasıdır. Bu toplanma baryer problem olduğu (yəni qida qida borusu ilə mədəyə yaxşı ötürülməməsi) zamanı meydana çıxır. Bu xəstəlik allergenlərin (bəzi qidaların) refluks zamanı mədə turşusunun təsirindən ağırlaşa bilər.
Dəqiq yaranma səbəbi məlum deyil. Hesab edilir ki, toxuma baryerinin patologiyası bəzi qidalara immun reaksiyanın yaranmasına və eozinofillərin toplanmasına səbəb olur. Qida borusunun selikli qişası iltihablaşır, ödemləşir və sonunda çapıqlaşır. Bu xəstəliyi olan bəzi insanların ailə anamnezində digər tip allergik xəstəliklərin olması təsdiq edilib (məsələn, ekzema, astma, atopik dermatit və s.).
Simptomlar
Qida qəbulunun və udmanın çətinliyi
Qarında ağrılar
Qusma
Çəki artımının zəifləməsi və ya çəki itkisi
Qidanın qida borusunda ilişib qalması
Döş sümüyünün arxasında ağrılar və s.
Diaqnoz
Qanın müayinəsi,
Allerqik dəri testlərinin aparılması
Endoskopik müayinə
Qida borusunun selikli qişasının biopsiyası
Müalicə
Dərman müalicəsi yoxdur, ancaq bu müalicəvi prosedurlar aparılır:
Sadəcə pəhriz və simptomatik müalicə
Proton pompasının inhibitorları, xəstəliyi kontrol etmək üçün inqalyasiya zamanı inqalyasyon steroidləri udmaq
Qida allerqiyası yaradan bütün məhsulları rasiondan cıxartmaq
Qadağan olunan qidalardan – süd, buğda, yumurta, soya, qoz, çərəzlər, dəniz məhsullarından yeməmək
Əgər qida borusunda çapıqlaşma yaranıbsa, cərrahi əməliyyat göstərişdir.
Mənbə
Virtual Children s Hospital http://www.vh.org/VCH
Fikriniz
0
0