Hər bir qadının həyatında hamiləlik dövr&u...
• Təmiz, açıq havada olmaq uşağı sakitləşdirir, yuxusunu və iştahını yaxşılaşdırır, bədənini möhkəmləndirir. Uşaq fiziki cəhətdən daha yaxşı inkişaf edir və böyüyür.
• Sümüklərin inkişafı üçün vacib olan D vitamininin uşaq orqanizmi tərəfindən sintezi təmin edilir.
• Uşaq başqa uşaqlarla oynaya, istədiyi kimi hərəkət edə və səsini yüksəldə bilir. Bu isə uşağın özünə inam hissini və özgüvənini artırır.
• Küləyi, qarı, yağışı, heyvanları, quşları, canlı və cansız varlıqları tanımaq və onlarla oyun oynamaq təbiəti araşdırmaq, xəyallarını genişləndirmək imkanı yaradır.
Uşağın açıq havada gəzinti müddəti yaşdan və hava şəraitindən asılıdır:
• Körpələri ilk dəfə açıq havaya çıxararkən uşağın və ananın ümumi vəziyyəti və hava şəraiti nəzərə alınmalıdır.
• Doğum evindən gəldikdən sonra 5-7 gündən, soyuq aylarda isə ikinci həftədən etibarən körpəni gəzintiyə çıxara bilərsiniz.
• Küləkli, şaxtalı və çox isti havada körpəni gəzintiyə çıxarmağa tələsməyin.
• İlk vaxtlar uşağı geyindirərək pəncərələri açıq otaqda və ya eyvanda da gəzmək olar.
• Xüsusən yay aylarında saat 11:00-15:00-da günəş şuaları çox aktiv olduğundan gəzintilər təhlükəlidir.
• İlk dəfə yayda 15-20, qışda 5-10 dəqiqə gəzinti kifayyətdir. Gəzinti hər dəfə 5-10 dəqiqə artırılmalıdır.
• Yay aylarında açıq havada olma müddəti sizin günlük rejiminiz imkan verdiyi qədər, qışda isə yarım saatdan çox olmamalıdır.
• Bir ayından sonra gün ərzində bir neçə dəfə gəzintiyə çıxmaq olar.
• Bir yaşdan böyük uşaqların gəzinti müddəti 4 saatdan az olmamalıdır.
Gəzintidən əvvəl lazım olan bütün əşyaları əvvəlcədən hazırlayın, özünüz geyinin, sonda uşağı geyindirin. Geyim fəslə uyğun olmalı, uşağın hərəkətini məhdudlaşdırmamalıdır.
Rübabə Quliyeva
Həkim-pediatr, pedaqoq
Fikriniz
0
0