Hər bir qadının həyatında hamiləlik dövr&u...
Kəskin qarın, mürəkkəb simptomlar kompleksidir, burada aparıcı əlamət qarnın hansısa bir nahiyəsində və ya bütün qarın boşluğunu əhatə edən birdən-birə əmələ gələn ağrıların baş verməsidir. Qarın boşluğu orqanlarından hər hansı birində anidən yaranan və həyatı təhlükə yarada biləcək qədər cidddi nəticələrə səbəb olan nontravmatik patologiyalar kəskin qarın adı altında toplanır. Bu ağrılar peritoneal simptomlarla və xəstənin vəziyyətində nəzərəçarpan dəyişikliklərlə müşahidə olunur. Xəstənin bu vəziyyəti ilə hər hansı ixtisas sahibi olan həkim rastlaşa bilər. Bu zaman differensial diaqnostikanı ginekoloji və cərrahi patologiyalar arasında aparmaq lazım gəlir. Həkimin təcili və dəqiq diaqnoz təyin etməsindən qadının həyatı asılıdır, bu da onun böyük məsuliyyətlə xəstəyə yanaşmasını tələb edir. Tez və düzgün təyin edilmiş diaqnoz, təşkilati tədbirlərin təxirə salınmaz qaydada icrası, yüksək ixtisaslı cərrahi müalicənin vaxt itirmədən təcili icra edilməsi, bir qayda olaraq, xəstənin həyatını xilas edir.
Ən çox rast gələn kəskin qarın səbəbləri:
-Kəskin appendisit
-kəskin xolesistit
-Kəskin pankreatit
-Mekkel divetikulu
-Kəskin intestinal işemiya
-Peptik xora perforasiyası
Statistikaya görə xəstələrin 55%də ağrının səbəbi appendisit,15%də xolesistit,10%də bağırsaq keçməzliyi,5%də isə pankreatitdir.
Kəskin qarın simptomokompleksi ilə gedən ginekoloji xəstəliklər
Kəskin qarın simptomokompleksi ilə gedən ginekoloji xəstəlikləri üç qrupa bölmək olar:
1. Peritona kəskin qanama- Qarın boşluğu daxili qanaxma ilə müşahidə edilən xəstəliklər (ektopik hamiləlik, yumurtalığın apopleksiyası, yumurtalığın kistasının kapsulunun partlaması abort və doğuş zamanı uşaqlığın perforasiyası və ya cırılması). Bu qrup patologiyalarda xəstənin vəziyyətinin dəyişməsi kəskin ağrı və daxili qanitirmə tipi üzrə gedir (kəskin qarın əlamətləri ilə yanaşı, həm də kəskin hemodinamik pozulmalar və hemorragik şok əlamətlər baş verir);
2. Orqanın və ya törəmənin qan təchizatının pozulması və onun nekrozlaşması ilə əlaqədar olan patologiyalara (kistanın ayaqcığının və yaxud yumurtalığın şişinin burulması, miomatoz düyünün ayaqcığının burulması və qan təchizatının pozulması nəticəsində odemləşməsi və ya nekrozu). Orqanizmin bu qrup patologiyalara reaksiyası əvvəlcə hemodinamikanın pozulması, ağrılarınn və kollapsın yaranması, sonralar isə - toxumaların nekrozu ilə nəticələnən intoksikasiya əlamətləri ilə müşahidə olunur;
3. Kəskin iltihab-Daxili cinsiyyət üzvlərinin tamlığının pozulması və ya irinli möhtəviyyatın qarın boşluğuna boşalması hesabına pelvioperitonit və ya yayılmış peritonit inkişaf edir(piosalpinks, pioovar, tubovarial şişəbənzər irinli - iltihabi törəmələr). Bu qrup irinli - iltihabi xəstəliklərdə ümumi intoksikasiyası və su-elektrolit mübadiləsi tarazlığının pozulması şəklində ümumi reaksiyaları üstünlük təşkil edirlər.
Anamnez məlumatlarının toplanması
Anamnezin toplanması xəstənin müayinəsində ilk və vacib etaplardandır. Belə ki, xəstənin yaşı, cinsi həyat keçirməməsi hansısa xəstəliyin olmamasına dəlalət edə bilər (məsələn, uşaqlıqdankənar hamiləlik). Anamnezdə appendektomiyanın olması appendisiti istisna etməyə əsas verir. Keçmişdə olan laparotomiyadan sonra bitişmələrin olması bağırsaq keçməzliyinə şübhə törədir, anamnezində «xora» - deşilmiş xora nəticəsində nəcisli peritonitə dəlalət edir. Xəstənin cinsi həyatla yaşayıb-yaşamaması, hamiləlikdən qorunub-qorunmaması, UDV istifadəsi xüsusəndə axırıncının iltihabi xəstəliklərin, eləcə də ektopik hamiləliyin əmələ gəlməsinə şərait yaratması da nəzərdən qaçırılmamaladır. Adətən kəskin qarının kliniki əlamətlərinin yaranması çox uzunmüddətli olmur, lakin dəqiqləşdirmək lazımdır ki, xəstəlikdən əvvəl qadının vəziyyəti necə olub, xəstəlik hansı simptomlarla başlayıb və bu xəstəlik nə ilə əlaqədar ola bilər. Xəstədən ağrıkəsici istifadə edib etmədiyi də soruşulmalıdır.
Kəskin qarın üçün xas olan simptomlar (şikayətlər).Qarındakı kəskin ağrılar «kəskin qarın» əlamətlərinin səbəbi, onların xarakteri, lokalizasiyası, irradiasiyası, As ilə əlaqəsi, fiziki yüklənmə və ya kəskin hərəkətlə əlaqəsi nəzərə alınmalıdır. Gastrointestinal sistem,urinar sistem,öd kisəsi və yolları,salpinks kimi boşluqlu orqanların ağrıları kolik ağrı adlandırılır.Bunlar keçici,şiddətlənən və fasilələrlə sakitləşmə periodları olan ağrılardır.Mədə və duodenum perforasiyasında,kəskin appendisit rupturasında və kəskin pankreatitdə stabil,yəni davamlı ağrı xarakterikdir. Yumurtalıq şişinin ayaqcığının burulması lokal şəkildə ola bilər, lakin onun sahəsi şişin yerləşməsinə uyğundur, hərdən kiçik çanaq sahəsindən yuxarıda birtərəfli olur. Genital mənşəli ağrılar artıq qanaxma zamanı, kəskin peritonitdə yayılmış da ola bilər: ağrılar çox vaxt düz bağırsağa, omaya, qarın boşluğunun yuxarı hissəsinə nəql olunur. Bu da qarın boşluğunu dolduran qanaxmanın diafraqmaya təsiri nəticəsində n. phrenikusun təxərruşu hesabına frenikus-simptom əmələ gətirir. Ağrıların körpücük sümüyünə irradiasiyası müşahidə olunur.Boru hamiləliyinin pozulması (boru abortu) üçün tutmaşəkilli ağrılar xarakterikdir. Kulenkampf simptomu və Promptov simptomu müsbətdirlər. Kəskin qarın vəziyyətinin differensial diaqnostikasında bir neçə simptomuntəyin edilməsi vacibdir: Kulenkampf simptomu- qarının aşağı nahiyəsində lokal əzələ gərginliyinin olmaması zamanı peritonun qıcıqlanma əlamətlərinin mövcud olmasıdır. Promptov simptomu-uşaqlığın boynunun hərəkət etdirilməsi zamanı ağrının olması, düz bağırsağın barmaqla müayinəsinin ağrısız olması ilə müşahidə olunur. Lakin, boru abortu ilə əlaqəli ağrıların tutması, bir neçə dəqiqə davam edə bilər, sonralar isə ağrılar tədricən azalıb və yaxud tam keçə bilər. Bundan sonra tutmalar müxtəlif vaxt fasilələrarası təkrar olunur. Bu əlamətlər tam və ya natamam boru abortuna xarakterikdir. Daimi ağrılar isə DCU-nin iltihabi xəstəliklər üçün xarakterikdir, bu zaman onlar tədricən artır.
Bunun üçün aybaşı funksiyasının dəqiqləşdirilməsi və axırıncı aybaşı vaxtının müəyyən edilməsi vacibdir. Əgər xəstədə As pozulmalarO mövcuddursa, prosesin cinsiyyət üzvləri xəstəliklər ilə əlaqəsinin ehtimalı yüksəkdir.
Aybaşının ləngiməsi uşaqlıqdankənar hamiləlik üçün xarakterikdir. Asiklik qanaxmalar boru hamiləliyinin pozulması, eləcə də uşaqlığın artımlarının kəskin iltihabi xəstəlikləri zamanı mümkündür.
Xəstəliyin başlanmasını həmişə aybaşı funksiyasının, xarakteri və As başlanması günü ilə müqayisə etmək lazımdır. Belə ki, yumurtalığın apopleksiyası ən çox As ortalarına - ovulyasiya dövrünə tOsadOf edir, kəskin iltihabi xəstəliyin başlanması və ya xroniki iltihabi prosesin kəskinləşməsi adətən aybaşının ilk günlərinə uyğun gəlir.
Əgər xəstə ifrazatın artmasını qeyd edirsə, xoşagəlməyən iylərin əmələ gəlməsini, ağrıların və hərarətin yüksəlməsini qeyd edirsə, bu ən çox, daxili cinsiyyət üzvlərinin iltihabına xarakterikdir. Çox vaxt bu simptom UDV istifadəsi fonunda inkişaf edir.
Uşaqlıq boşluğuna doğru boşalan piosalpinksdə xəstə cinsiyyət yollarından təkrarlanan birdəfəlik irinli ifrazatın gəlməsini qeyd edə bilər.
Kəskin qarın klinikası zamanı xəstələrin ginekoloji müayinəsinin xüsusiyyətləri
Bu zaman xəstənin şikayətləri və anamnezi toplandıqdan sonra xəstənin ümumi baxışı və sonra da ginekoloji müayinəsi keçirilməlidir. Bunun üçün:
-uşaqlıq boynunun güzgülərdə baxışı zamanı servikal kanaldan ifrazat, sianoz və yaxud uşaqlıq yolunun selikli qişasının və uşaqlıq boynunun hiperemiyası yoxlanılır;
-bimanual tədqiqat zamanı (uşaqlıq boynunun konsis- tensiyası, onun traksiyaları zamanı ağrılı olması, xarici dəliyin vəziyyəti, uşaqlığın və artımların ölçüləri, onların hərəkətliliyi, ağrılı olması, artımlar nahiyəsində patoloji törəmələrin mövcudluğu, uşaqlıq yolu tağlarının vəziyyəti). Uşaqlıq boynunun dartıl-ması zamanı ağrılı olması və qısalması, uşaqlıq yolu tağlarının ağrısı, qarın boşluğudaxili qanaxma, kəskin iltihabi pelvioperitonit əlamətləri olan proseslər üçün xarakterikdir. Böyümüş və ayaqcıq üzərində burulmuş, subseroz yerləşən kələ-kötür səthli uşaqlıq miomasında da ağrılar aşkar olunur, bu zaman onun bəzi düyünləri palpasiya zamanı kəskin ağrılı ola bilər, bu da qan təchizatının pozulması və nekrozlaşma və ya ayaqcığın burulmasından xəbər verir. Kəskin ağrılı törəmənin uşaqlıqdan kənarda (artımlar nahiyəsində) aşkar olunması, yumurtalıq şişinin ayaqcığının burulmasından və yaxud subseroz miomatoz düyünün burulması və ya nekrozlaşmasına şübhə törədir. Pozulmuş uşaqlıqdankənar hamiləlik zamanı müvafiq tərəfdə artımlar qalınlaşmış, pastozlu və ağrılı olur, uşaqlıq bir qədər böyümüş, yumşaq konsistensiyalı, qanlı möhtəviyyat içərisində hərəkətli, müsbət «üzən» uşaqlıq simptomu qeyd olunur. Yumurtalığın apopleksiyası zamanı çox vaxt xəstə tərəfi palpasiya etmək mümkün olmur, yumurtalıqların bimanual müayinəsi kəskin ağrılıdır.
Laborator müayinə
Laborator testlər kəskin qarın diaqnostikasında yardımçıdır.Xəstə müayinəsi başlandığı andan etibarən qan sayımı,qan qrupu,qan elektrolitləri,koaquloqramma,qaraciyər göstəriciləri,kreatinin,sidik analizi,nəcisdə gizli qanın təyini,amilaza və lipazanın təyini aparılmalıdır.Leykositoz və periferik yaxmada sola meyillilik varsa ciddi infeksiyanı göstərir.leykopeniya isə mezenter adenitə və ya qastroenteritə səbəb olan viral infeksiyanı göstərə bilər.ureteral kolik vəı ya urinar sistem infeksiyaları baxımındn xəstəni təcili gərəksiz əməliyyatdan qorumaq üçün sidik analizi mütləq aparılmalıdır.
Qəbul şöbəsinin həkimi ilk növbədə hansı cəhətlərə diqqət yetirməlidir Xəstə kəskin, birdən əmələ gələn, lokal və yaxud qarında yayılmış ağrılardan şikayətlənirsə, həkim aşağıdakı məsələləri həll etməlidir:
Xəstəlik təcili cərrahi yardım tələb edirmi?
Xəstəliyin ginekoloji və yaxud exstragenital patologiya ilə əlaqəsinin, müəyyənləşdirilməsi.
Müayinə planı tərtib edilərkən etaplı müayinələr və əlavə müayinə üsullarının ardıcıllığı diqqət mərkəzində olmalıdır.
İkinci məsələnin həlli zamanı cərrahla məsləhətləşmək lazımdır. Əsas differensial kriterilər aşağıdakı cədvəldə təsvir olunub.
Metodik, ardıcıl və obyektiv müayinələr xəstəliyin ayrı-ayrı simptomlarını aşkar etməyə imkan yaradır. Lakin diaqnostika üçün ayrı-ayrı simptomların müəyyənləşdirilməsində onların başqa əlamətlərlə kompleks şəklində təsadüf etməsi daha vacibdir. Kəskin qarının diaqnostikasında əlavə üsullar
Təxirəsalınmaz cərrahi müdaxilə tələb edən urgent ginekoloji diaqnostika üçün ümumi-kliniki əlamətlərin aşkarlanması ilə yanaşı həm də xüsusi üsullardan istifadə etmək lazımdır. Bunlara: qanda beta-XQ seroloji təyini, DCU-nin exoqrafiyası və endos- kopik müayinə üsullarının göstərişlə tətbiqi aiddir. Əlavə üsulların müəyyən ardıcıllıqla və optimal müddətdə icra edilməsi məqsədəuyğundur.
Uşaqlıqdankənar hamiləlik üçün xarakterik əlamətlər
QarOnın aşağı nahiyəsindəki ağrılardan şikayətlənmə (düz bağırsağa irradiasiya edən kəskin ağrılar), As pozuntuları varsa (aybaşının ləngiməsi və yaxud cinsiyyət yollarından aybaşının ləngiməsi fonunda qanlı ifrazatın olması), transvaginal USM və qanın p-XQ analizini yoxlamaq lazımdır. Belə hallarda “hacı- yatmaz” simptomu müşahidə olunur(xəstənin üfüqi vəziyyətində- ikitərəfli müsbət “frenikus-simptom”, şaquli vəziyyətdə isə- başgicəllənmə, huşsuzluq).Əgər həkim xəstənin anamnestik məlumatı, şikayətləri, müayinə və ginekoloji baxışı əsasında qarın boşluğunda qanın olmasından şübhələnirsə, uşaqlıq yolu vasitəsilə təcili olaraq ağrısızlaşdırma fonunda uşaqlığın arxa tağından, əlavə üsullara (USM, P-XQ qanda təyini və diaqnostik laparoskopiya) müraciət etmədən, punksiya aparılmalıdır. Tünd qanın qan laxtaları ilə birgə qarın boşluğundan alınması təcili təxirəsalınmaz cərrahi müdaxiləyə - laparotomiyaya göstərişdir.
Yumurtalığın apopleksiyası üçün xarakterik əlamətlər
Əgər qarın boşluğunun aşağı nahiyəsində ağrılar As ortalarında, ovulyator dövrə müvafiq olaraq baş verirsə, yumurtalığın apopleksiyasından şübhələnmək olar. Bu zaman yersiz operativ müdaxilədən imtina etmək olar, lakin, xəstəliyin bütün formaları bunu tələb etmir. Yumurtalığın apopleksiyasının anemik formasında uşaqlığın boynun hərəkətliliyi (traksiyası) ağrılı olduqca və ya arxa və yan tağların qısalması, ağrılı olması, arxa tağın prosesə tez qoşulması nəticəsində «Duqlas qışqırtısı» müşahidə edilir.
Uşaqlıq artımlarının kəskin irinli iltihabi xəstəlikləri üçün xarakterik əlamətlər
Əlamətlərə qarnın aşağı nahiyyəsindəki daimi artan ağrıların olması, titrətmə ilə müşayiət edilən bədən hərarətinin yüksəlməsi aiddir. Xəstəlik adətən aybaşının axırıncı günləri və yaxud aybaşı bitəndən DCU-nın kəskin iltihabı zamanı başlayır, çox vaxt iltihabi prosesin uşaqlıqdaxili kontrasepsiya ilə və yaxud, diaqnostik manipulyasiyalarla əlaqəsi mövcuddur. Ginekoloji tədqiqat zamanı servikal kanaldan irinli ifrazatın gəlməsi uşaqlıq boynunun yerdəyişməsi və artımlar nahiyəsində müayinənin kəskin ağrılı olması zamanı müşahidə olunur. Tubovarial törəmə zamanı artımlar nahiyəsində dəqiq konturları olmayan şişəbənzər ağrılı törəmə və uşaqlıq yolu tağlarının qısalması müşəhidə olunur. Tubovarial törəməyə şübhə olduqda konservativ terapiya 48 saatdan artıq olmamaq şərti ilə ciddi dinamik nəzarətlə birgə aparılır, müalicəvi effekt müşahidə olunmadıqda vD cərrahi müdaxilə göstəriş hesab edildikdə əməliyyatdan qabaq və ya daha dəqiq olaraq əməliyyatdaxili operativ müdaxilənin tutumu müəyyən edilməlidir .
irinli tubovarial törəmənin perforasiyası və ya borulardan irinin qarın boşluğuna evakuasiya olunması (boşalması) yayılmış irinli peritonitin inkişafı kimi ağırlaşmaları əmələ gətirə bilər.
Belə hallarda xəstə üzərində təcili təxirəsalınmaz cərrahi əməliyyatın aparılması vacibdir.
Yumurtalıq kistasının ayaqcığının və şişin burulması üçün xarakterik əlamətlər
Ən çox yumurtalığın həqiqi şişlərinin ayaqcığının burulması, yetişmiş teratoma (dermoid kista), yumurtalıq fıbroması və follikulyar kista zamanı təsadüf edilir.
Qarının aşağı hissəsində qasıqüstü nahiyədə birtərəfli ağrıların birdən başlaması və daimi xarakter daşıması, lakin, nəzərəçarpan irradiasiyanın müşahidə olunmaması qeyd edilir. Ağrıların başlanması kəskin hərəkətlərlə və ya fiziki yükləmə ilə əlaqədar olur. Əvvəlcə, venaların basılması ilə əlaqədar qan durğunluğu nəticəsində şişin ölçülərində böyüməsi, ödem sonra isə işemiya, nekrobioz və nekroz əmələ gəlir. İkiəlli müayinə zamanı artımlar nahiyəsində hərəkət və müayinə zamanı şiddətli ağrılar verən törəmə palpasiya edilir. Çox vaxt düzgün və dəqiq diaqnoz qoymaq çətinlik yaratmDr. Bəzi hallarda isə (şişin yumurtalıqdan və ya əsasən ayrıca subseroz miomatoz düyünün ayaqcıq üzərində burulması və nekrozu ilə əlaqədar differensial diaqnostikası məqsədilə) USM tələb olunur, bu zaman törəmənin mənşəyini dəqiqləşdirmək və onda degenerativ dəyişikliklərin olmasını təyin etmək lazımdır. Bu xəstəlik zamanı təxirəsalınmaz təcili cərrahi müdaxilənin aparılması labüddür.
Uşaqlığın miomatoz düyününün qidalanmasının pozulması
Qarnın aşağı nahiyəsində daimi ağrıların və anamnezdə uşaqlığın miomasının olması, uşaqlıq yolu müayinəsi zamanı kələ-kötür səthli uşaqlığın, bir və ya bir neçə düyünlərin kəskin ağrılı olmasıdOr. Diaqnozun dəqiqləşdirilməsi üçün USM aparılmasını tələb edir. Qan təchizatının pozulmasının təsdiqi və
aparmamaq və açıq su hövzələrində çimməmək labüddür. Aybaşı zamanı qadın vanna yox, duş qəbul etməlidir (isti olmaz), belə ki, çirkli su uşaqlıq yoluna düşməməlidir. Sidik kisəsinin və düz bağırsağın vaxtında boşalması vacibdir.
Mənbə
Гинекология:ирина рябцева,Эдуард айламазян,владислав яковлев
Fikriniz
0
0