Qida, uşağın ehtiyac duyduğu bütün vi...
Təhlükəsizlik təhlükənin olmaması deyil, ondan qorunmaqdır. Təhlükələrdən qorunmaq üçün təhlükənin haradan gəldiyini anlamaq lazımdır. Təhlükə mənbələrinin ən müxtəlif təsnifatları var, lakin əsasən iki mənbəyi var: təbii və sosial.
Mövsümi hadisələr, güclü hava dəyişiklikləri (qasırğalar, fırtınalar və s.), flora və faunanın müxtəlif dəyişiklikləri kimi təhlükələrin mənbələri təbiətlə bağlıdır. Təhlükələrin sosial mənbəyi isə insanın fəaliyyəti və onun əməyinin nəticələri ilə bağlıdır.
Məktəbəqədər yaşlı uşaqlarla işin nəticələri tərbiyəçi-müəllimin və valideynlərin öz işində seçdiyi təhlükələrin təsnifatı ilə müəyyən edilir:
Təhlükə mənbəyini dərk edən bəşəriyyət şərti olaraq iki qrupa aid edilə biləcək müxtəlif təhlükəsiz davranış qaydaları üzərində işləyir:
5-8 yaşlı uşaqlarla iş zamanı təhlükəsiz davranışın əsaslarının formalaşdırılması üzrə işlərin əsas məzmunu xəbərdarlıq qaydaları əsasında qurulur. Bu qaydaların əksəriyyəti uşağın real həyatında tətbiq olunur. Məsələn, mədəni gigiyena bacarıqları, nitq etiketinin formalaşdırılması çərçivəsində və ikinci qrup qaydalar (etiket vəziyyətində davranış qaydaları) ailə tərbiyəsi şəraitində daha fəal və effektiv şəkildə hazırlanır. Ona görə də müəllimlərin işi uşaqların ailələri ilə qarşılıqlı fəaliyyətlə sıx bağlıdır.
Təhlükəsizlik qaydalarının pozulmasının səbəbləri təhlükəsiz davranış əsaslarının formalaşdırılması üzrə iş sisteminin əsas istiqamətlərini müəyyənləşdirir. Bunlara aşağıdakılar daxildir:
Gündəlik həyat, cəmiyyət və təbiətdə təhlükəsizlik əsaslarının formalaşdırılması bölməsində tədris prosesinin təşkili məktəbəqədər təhsilin dövlət standartlarını vurğulayan məktəbəqədər təhsilin kurrikulumuna əsaslanır.
Məktəbəqədər yaşlı uşaqların həyat fəaliyyətinin təhlükəsizliyi və sağlam həyat tərzinin formalaşdırılması üzrə hansı işlər görülməlidir?
təşkil etmək;
Uşaqların ciddi şəkildə yerinə yetirməli olduqları davranış qaydalarını qeyd etmək və onlara təqdim etmək lazımdır, çünki onların sağlamlıq və təhlükəsizliyi bundan asılıdır. Bu qaydalar uşaqlara ətraflı izah edilməli və sonra onların yerinə yetirilməsinə nəzarət edilməlidir.
Lakin təhlükəsizlik yalnız öyrənilmiş biliklərin həcmi deyil, müxtəlif vəziyyətlərdə həmin biliklərdən istifadə edərək düzgün davranmaq qabiliyyətidir.
Bundan başqa, uşaqlar küçə və evdə gözlənilməz vəziyyətə düşə bilərlər, buna görə böyüklərin əsas vəzifəsi onlarda müstəqillik və məsuliyyətin inkişafının stimullaşdırılmasıdır. Beləliklə, uşaqlarla iş sistemli şəkildə aparılmalıdır. Təhlükəsiz davranışlarının öyrənilməsi uzun illərin işidir. Burada bir-iki söhbətlə heç nə əldə etmək olmaz. Hər bir təhlükəsiz davranış bacarığı tədricən formalaşdırılır. Tərbiyəçi-müəllim əmin olmalıdır ki, uşaq deyilən məlumatı öyrənib və ona hər şey aydındır. Təhlükəsizlik qaydalarına əməl olunması uşaqda avtomatizmə çatdırılmalıdır. Yalnız bundan sonra uşağın təhlükəsizliyinə zəmanət verilir. Lakin yadda saxlamaq lazımdır ki, ən vacib şey valideynlər, müəllimlər və ümumilikdə böyüklərin fərdi nümunəsidir.
Məktəbəqədər yaşlı uşaqların təhlükəsizliyinin təmin edilməsi iki istiqamətdə aparılmalıdır:
Xalidə Həmidova
Pedaqoq, UNICEF-in milli təlimçisi
Fikriniz
0
0