Hamiləlikdə Rh qan uyğunsuzluğu

Rh faktor əslində altıncı hamiləlik həftəsində əmələ gəlməyə başlayan qan hüceyrələrinin və qırmızı qan hüceyrələrinin səthindəki kiçik hissəciklərdir. Rh (-) mənfi bir ananın Rh (+) pozitiv bir körpəsinə hamilə olduğu zaman qan uyğunsuzluğu meydana gəlir. Körpənin RH (+) pozitiv olması, bu faktoru atadan aldığını göstərir. Bu səbəbdən hamiləlik müayinəsinə gələn bir cütlükdən ananın və daha sonra həyat yoldaşının qan qrupu barədə soruşulur. Əgər həyat yoldaşı RH (+) və hamilə RH (-) olarsa, qan uyğunsuzluğu ola bilər. Hamiləlik və ya doğuş (xüsusilə doğuşun III dövründə) Rh (-)  ananın qan dövranına cift vasitəsilə Rh (+) döl qanının az miqdarda sızması prosesində ananın immun sistemini aktivləşdirməsi nəticəsində anti-D anticismlərin əmələ gəlməsinə Rh izoimmnizasiya deyilir. Bu anticismlər dölə aid eritrositləri parçalayır. Rh qan uyğunsuzluğu zamanı döldə anemiya, hidrops, beyin zədələnməsi və ürək çatışmazlığı kimi ağırlaşmalara səbəb ola bilər.

Rh izoimmunizasiyaya səbəb olan vəziyyətlər :

 

  • Doğuş, qeyseriyyə əməliyyatı

  • İnkişafdan qalmış hamiləlik, özbaşına düşüklər, süni abort (8-ci həftədən etibarən)

  • Amniosentez, kordosentez

  • Ektopik hamiləlik

  • Dekolman plasenta

  • Qanamalı düşük təhlükəsi

  • Xorion xovlarının biopsiyası  

  • Döldaxili hemotransfuziyalar

  • Qarın nahiyəsinə vurulan zədələr

  • Əkizlər (doğuşda risk ehtimalı)

  • Ciftin əllə ayrılması və xaric edilməsi

  • Rh uyğun olmayan qanın köçürülməsi 

  • Qanamalı plasenta previa

 

Qan uyğunsuzluğu zamanı ilk hamiləlikdə ümumiyyətlə problem olmaya bilər. Çünki ananın immun sistemində anticismlər əmələ gələnə qədər hamiləlik müddəti başa çatır. Doğuşdan sonra bunun qarşısı alınmazsa, sonrakı hamiləliklərdə bədən yad qan gördüyü zaman immum sistemi aktivləşərək dölün eritrosilərini məhv etməyə başlayır. Bununla birlikdə, ikinci və sonrakı hamiləliklərdə risk artır.

Qanda uyğunsuzluğun inkişafının qarşısını almaq üçün adətən hamiləliyin 24-26 cı  həftələrində anti-D immunoqlobulin (RHOGAM) inyeksiyası aparılır. Əgər doğulan  uşağın qan qrupu Rh müsbət olarsa, doğuşdan sonra ilk 72 saat ərzində qan uyğunsuzluğu inyeksiyası (Rh Ig) vurulacaqdır. Anti-D immunoqlobulin, körpədən anaya keçə bilən Rh (+) qan hüceyrələrini onları görmək və onlara qarşı anticismlər yaratmaq qarşısını alır. Qoruyucu iynə ananı gələcək hamiləliklərdə qorumağa davam edir.

Hamilənin qan zərdabında sərbəst vəziyyətdə olan Rh anticismlərini aşkarlamağa və onların spesifikliyini müəyyən etmək üçün qeyri-düz Kumbs sınağı aparılır. Bu test normal olaraq mənfi olmalıdır. Müsbət olduqda izoimmunizasiya olunmuş Rh uygunsuzluğu olur və pozitivliyin şiddəti ilə xəstəliyin fetusa vurduğu ziyan arasında elaqə yaranır.


 

Mənbə 

  1. ACOG Management of Alloimmunization