Hipereozinofil sindromu

Hipereozinofil sindromu Qanda və toxumalarda eozinofillərin səviyyəsinin (500/ ml çox) 1 ay və daha artıq müddətdə artması ilə gedən bir qrup nadir xəstəliklərdir. Eozinofillərin artması orqan və toxumaların zədələnməsi ilə nəticələnir. Eozinofillər toxumaya daxil olduqda zədələyir və iltihab yaradır. Hipereozinofil sindrom bütün orqanlara (mədə, bağırsaq, ağ ciyərlər, dəri və s.) təsir edə bilər. Daha çox 20-50 yaş arası kişilər əziyyət çəkir. Diaqnoz əsasən yetkin yaşda qoyulur, uşaq yaşlarında diaqnoz nadir qoyulur. 

Yaranma səbəbləri

Bəzən ağ qan hüceyrələrinin mutasiyası ilə əlaqəli olur. Bəzən allerqik xəstəliklər və hiperreaktiv allerqik reaksiyalar səbəb olur. Bəzi hallarda isə onkoloji xəstəliklə əlaqəli olur. 

Simptomlar

  • Öskürək

  • Hərarətin yüksəlməsi

  • Yorğunluq

  • Tənginəfəslik

  • Xırılt

  • Səpki

  • Qarında ağrı

  • Ürəkbulanma

  • Qusma

  • Diareya və s. 

Simptomatika zədələnən orqan və sistemdən asılıdır. 

 

Diaqnoz

Diaqnoz qanın müayinəsi (qan hüceyrələrinin sayımı ), daxili orqanların müayinəsi, vitamin B12, İgE və triptazanın səviyyəsinin təyini əsasında qoyulur. Həmçinin exokardioqrafiya, döş qəfəsinin rentgeni, sümük iliyinin biopsiyası, KT əlavə müayinə kimi olunur. 

Müalicə

Steroidlər, immunomodulyatorlar (metotreksat), interferon alfa, tirozikinaza inhibitoru (imantinib), mononuklear antitellər interleykin 5 (İL-5) (mepolizumab, reslizumab).

Mənbələr

  1. Uihc.org University of Jowa Hospitals   clinics 

  2. Virtual Children’s Hospital : http://www.vh.org/VCH