Kandidoz

Qadınların əksəriyyətinin demək olar ki, həyatlarında bir dəfə də olsun qarşılaşdığı xəstəliklərdən biri kandidozdur. Müasir reklam və apteklərdə geniş dərman seçimi bu problemi ilk baxışdan asanlıqla həll edilə bilən hala gətirir və bu səbəbdən qadınlar çox vaxt özləri heç bir həkim təyinatı olmadan bunu müalicə edirlər ki, bu da müxtəlif fəsadlara gətirib çıxarır. Müsbət cəhətlərdən biri də budur ki, qadınlarda müvəqqəti rahatlama və əlamətlərin  itməsi müşahidə olunur, ancaq klinikanın belə dəyişməsi müvəqqəti xarakter daşıyır.

Aşağdakı mənfi nəticələr daha çox özünü büruzə verir:

  • Genital bölgədə diskomfort simptomları qadını ayda bir neçə dəfə narahat edir;

  • Qadının istifadə etdiyi vasitələr təkrar istifadə edildikdə kandidoza qarşı rezistent və ya təsirsiz olur;

  • Vaginal kandidozun müalicəsi düzgün aparılmadıqda ikincili infeksiya qoşulur. 

Bu xəstəliyin simptomları hər kəs üçün olmasa da, hər halda, bir çox qadına məlumdur. Göbələk xəstəlikləri bəşəriyyətə qədim dövrlərdən bəri məlumdur. Qədim dünyanın elm adamlarından Hipokrat ilk olaraq bu xəstəlik qrupunu tədqiq etməyə başlamışdır. Hal-hazırda mikozların potensial patogenləri siyahısına 180 növdən çox olan Candida cinsinin mikroorqanizmləri, xüsusilə daha çox xəstəlik törədən 400  növü daxildir. Bu  mikroorqanizmlər xarici mühitdə geniş yayılmışlar. Saprofitlər (normal mikroflora) olaraq sağlam insanların dərisində və selikli qişasında yaşayırlar.

Aşağıdakı növləri insan orqanizmi üçün patogendir: C. albicans (85-90% hallarda), C. tropicalis, C. pseudotropicalis, C. crusei, C. parapsilosis və s. Vaginal kandidoz (VC) uşaqlıq yolunun selikli qişasının xəstəliyi olub, nadir hallarda xarici cinsiyyət üzvlərinin selikli qişasına yayılır.  Son illərdə onun tezliyi iki dəfə artmışdır və müxtəlif müəlliflərə görə, xarici cinsiyyət sistemin xəstliklərinin 40-45%-ni təşkil edir.

İ.D.Sobelin mənbələrinə əsasən, qadınların 75%-i həyatlarında heç olmasa 1 dəfə, 40-45%-i isə 2 və daha çox halda sidik-cinsiyyət sisteminin kandidozu ilə qarşılaşırlar. Bəzi qadınlar ilkin olaraq hamiləlik müddətində bu kimi hallar yaşayırlar və müəyyən olunub ki, hamiləliyin müddəti ilə kandidozun baş verməsi arasında bir düz mütənasiblik var. Bu hamiləlikdə hormonal balansın dəyişilməsilə bağlıdır. Uşaqlıq yolunun mühiti turşudan qələviyə doğru dəyişir və immunitet zəifləyir.

Vaginal kandidozu aradan qaldırmaq mamalıq praktikasında da vacibdir. Çünki bu hal  vaginal mikrosenozun pozulmasına, o da öz növbəsində düşük, spontan abort, erkən doğuş, xorioamnionit, dölyanı mayenin vaxtından qabaq axması, az çəkili uşaqların doğulmasına, endometrit, bətndaxili xroniki hipoksiya, zahılıq dövrünün irinli-septiki xəstəliklərinə gətirib çıxarır. Vaginal kandidozu olan hamilələr və zahılar ante ve postnatal yenidoğulmuşun infeksiyalaşmasına səbəb ola bilərlər. Doğuş və qeysəriyyə zamanı anadan uşağa keçə bilər. 

Simptomlar xəstəliyin gedişatından asılıdır:

  1. Daşıyıcılıq – İmmun sistemi yetərli olan qadınlarda olur. Qadının heç bir şikayəti olmur, skrininq müayinə zamanı yaxmada aşkarlanır və müalicə olunur.

  2. Kəskin forma – qaşınma, yanğı, xarici cinsiyyət üzvlərinin hiperemiyasi, ödemi, isti vanna, diurez və koitusdan sonra şiddətlənməsi, qatı və ağ xamayabənzər xarakter daşıması ilə təzahür edir.

  3. Davamlı və xroniki kandidoz – 2-3% qadınlarda rast gəlinir. Adətən 1 aydan cox davam edir, bəzən əlamətlər sönür, aybaşıya 1 həftə qalmış yenidən yaranır.

Diaqnostika

Mikrobioloji tədqiqat metodları: 

  • Mikroskopik müayinə – təmizlik dərəcəsi üçün genital yaxma

  • Kulturasiya metodu – vaginal materialın əkilməsi. Material xüsusi qida mühitində yetişdirilir ki, bu da göbələklərin sayını, ümumi  növlərini, antifungal dərmanlara həssaslığını təyin etməyə imkan verir.

Müalicə etiotrop olaraq aparılır. 

 

Mənbə

  1. Koqan Yana Eduardovna (Ailənin sağlamlığı jurnalı)