Hər bir qadının həyatında hamiləlik dövr&u...
Koronavirus koronaviruslar ailəsinə aiddir. Tam olaraq orthocoronavirinae fəsiləsinin nidovirales dəstəsinin koronaviruslar sinifinə aiddirlər. Koronaviruslar superkapsid viruslardır. (+)ssRNA virus və RNT genomuyla kapsid spiral simmetriyaya malikdirlər. Koronavirusların genomik ölçüsü 26/32 kilobaz aralığında olur və ən böyük RNT viruslarıdır.
"Koronavirus" adı koron partikullarının (corona) xarakteristika görünüşünə görə koron və ya virus mənasına gələn Latınca (virions) sözündən gəlir. Son zamanlaradək elm üçün naməlum qalan virus kəskin ağciyər xəstəliklərinə səbəb olur.
Hamilə qadınlar üçün əsas məsləhətlər hansılardır?
İngiltərədə aparılan araşdırmalar göstərir ki, hamilə qadınlarda koronavirusdan ciddi şəkildə narahat olma ehtimalı yüksək deyil, lakin hamilə qadınlar ehtiyat olaraq orta riskli (klinik cəhətdən həssas) insanlar siyahısına daxil edilmişdir. Hamilə qadınlar ayıq olmalı, virusdan qorunma qaydalarına riayət etməli və koronavirus əlamətləri olan hər kəsdən çəkinməlidirlər. Üçüncü trimestrdə olan hamilələr (hamiləliyin 28 həftəsindən çox) xüsusilə ehtiyatlı olmalıdır.
Pandemiya zamanı hamilə qadınlar üçün əsas məsləhətlər
İctimai yerlərdə sosial məsafəni qorumaq, tibbi maskadan istifadə etmək və əlləri mütəmadi olaraq sabunla yumaq mühüm şərtlərdəndir. Sağlam bir hamiləliyi qorumaq üçün müntəzəm idman, düzgün balanslı bir pəhriz və fol turşusu, D vitamini əlavə olunmalıdır. Hamiləlik skrininqlərində və antenatal görüşlərdə iştirak etməyiniz tövsiyə olunur. Özünüzün və ya gələcək körpənizin rifahı barədə narahatlığınız varsa, şəxsi mama-ginekoloqunuzla əlaqə saxlayın.
Hamilə qadınları daha çox düşündürən sual: koronavirus əlamətləri ortaya çıxsa nə etməliyəm?
Koronavirusun əsas simptomları yüksək temperatur, davamlı öskürək, iybilmə və dadbilmə hissiyyatının itməsidir (anosmiya). Koronavirus xəstələrinin əksəriyyətində bu simptomlardan ən azı biri müşahidə olunur. Simptomların pisləşdiyini hiss edirsinizsə və ya yaxşılaşmırsınızsa, bu, xüsusi müdaxilə tələb edən daha ağır bir infeksiya inkişaf etdiyinə işarə ola bilər. Daha çox məlumat və məsləhət üçün doğum qrupunuzla, həkiminizlə əlaqə saxlamalısınız.
Koronavirus hamilə qadınlara necə təsir edə bilər?
Hamilə qadınların əksəriyyəti yalnız yüngül və ya orta dərəcədə simptomlarla qarşılaşırlar. İngiltərədə koronavirus xəstəxanasına müraciət etməyi tələb edən bütün hamilə qadınlar haqqında məlumatlar “UK Obstetric Surveillance System” (UKOSS) adlı bir sistəmdə qeyd olunur. Bu araşdırmanın ilk hesabatında pandemiya zamanı xəstəxanaya gətirilən 427 hamilə qadının və körpələrinin nəticələri barədə məlumat daxil edildi və 11 May 2020-ci il tarixində yayımlandı. Araşdırmada iştirak edən qadınların əksəriyyəti yalnız ambulator müalicəyə ehtiyac duyduqları və evlərinə yaxşı buraxıldıqları bildirildi.
Hər on qadından biri reanimasiyaya ehtiyac duyub və təəssüf ki, yoluxmuş beş qadın dünyasını dəyişib. Ancaq onların ölümünə koronavirusun səbəb olub olmadığı da hələ dəqiq deyil. Tədqiqat ağır xəstəliyə tutulmuş qadınların əksəriyyətinin hamiləliyin üçüncü trimestrində olduğunu aşkar edərək, hamiləliyin 28-ci həftəsindən etibarən sosial məsafədən uzaqlaşmağın və mütəmadi əl yuyulmasının vacibliyini vurğulayır. 35 yaşdan yuxarı hamilə qadınlar, 30 və ya daha çox BÇİ olanlar, hipertenziya, şəkərli diabet kimi ekstragenital xəstəlikləri olanların riski yüksəkdir və xəstəxanaya dərhal müraciət edilmələri tələb edilir.
Narahatlığa səbəb olan suallardan biri: mənə infeksiya diaqnozu qoyulsa, koronavirus körpəmdə hansı fəsad yaradacaq?
Mövcud dəlillər göstərir ki, əgər sizdə virus varsa, körpənizin inkişafı ilə bağlı problemlər yaranmaz. Erkən trimestrdə koronavirus infeksiyasına yoluxanlarda hələ ki, lazım olan klinik tədqiqatlar aparılmayıb. Hamiləlik və ya doğuş zamanı koronavirusun bir qadından körpəsinə ötürülməsi (vertikal ötürülmə adlanır) tam dəqiq deyil. Yenidoğulmuşda COVID-19 olması və ya olmaması, doğuşun hansı yolla başa çatması, qidalanma seçimi və ya qadın və körpənin birlikdə qalması araşdırılmalıdır.
Dünyada bəzi körpələrin vaxtından əvvəl koronavirusu pozitiv olan qadınlar tərəfindən dünyaya gəldikləri bildirilir. Koronavirusun bu erkən doğuşlara səbəb olub olmadığı belə hələ bəlli deyil.
Qrip peyvəndi almalıyammı?
Bütün hamilə qadınların ilk həftələrdən etibarən hamiləliyin istənilən mərhələsində təhlükəsiz olan qrip peyvəndi almaları tövsiyə olunur. Bir çox insan qripdən tez sağalır, ancaq hamiləlik dövründə qripin inkişafı az sayda qadın və körpələri üçün ciddi ola bilər. Çünki hamiləlik vücudunuzun viral infeksiyaları idarəetmə tərzini dəyişdirə bilər. COVID-19 pandemiyası zamanı qrip peyvəndi təklifindən istifadə etmək xüsusilə vacibdir. Qızdırma, öskürək, nəfəs darlığı və yorğunluq da daxil olmaqla bəzi qrip əlamətləri COVID-19 simptomlarına bənzəyir. Eyni zamanda qripə və COVID-19-a yoluxmaq mümkündür.
Mənbə
The Royal College of Obstetricians and Gynaecologists (RCOG)
Fikriniz
0
0