Canlı yayımı EUDİ və Unicef Azərbaycanın “İnstaqram” və “Facebook” sosial media səhifələrindən izləyə bilərsiniz.
“Erkən uşaqlıq dövrünün inkişafı – koordinasiyalı fəaliyyət” mövzusunda konfrans keçirilib.
29 aprel 2024-cü il tarixdə, saat 15:30-da Dr.Nəzrin Rəsulzadənin iştirakı ilə instagram səhifəmizdə “Uşaqlarda diş baxımı və ağız sağlamlığı” mövzusunda vebinar baş tutub.
1 aprel saat 15:00-da mama-ginekoloq Fidan Həsənovanın iştirakı ilə facebook səhifəmizdə “Hamiləlik” mövzusunda vebinar baş tutub!
15 fevral saat 16:00-da Klinik Psixoloq, psixoterapevt Rövşən Nəcəfovun iştirakı ilə facebook səhifəmizdə “Erkən yaşlarda bullinq” mövzusunda vebinar baş tutdu!
Hər il fevral ayının 15-i dünyada “Beynəlxalq Uşaq Xərçəng Xəstəlikləri ilə Mübarizə Günü” kimi qeyd edilir. İlk dəfə bu tarix Ümumdünya Xərçəngli Uşaqların Valideynlərinin Dünya Konfederasiyasının təşəbbüsü ilə 2001-ci ildən təqvimə daxil edilib. Bu günün xüsusi olaraq qeyd edilməsi bütün dünyada, o cümlədən, ölkəmizdə ictimaiyyətin diqqətinin bu qlobal problemə yönəldilməsi, onkoloji xəstəliklərdən əziyyət çəkən uşaqlara dəstək göstərilməsi məqsədi daşıyır.
27 dekabr saat 16:00-da Uzman, pediatr Şəbnəm Bağırlının iştirakı ilə facebook səhifəmizdə “Uşaqları qızılcadan necə qoruyaq?” mövzusunda vebinar baş tutub!
14 dekabr saat 16:00-da Həkim, Uşaq inkişafı üzrə mütəxəssis Ülviyyə Mirzəyevanın iştirakı ilə facebook səhifəmizdə “Hiperaktivlik və diqqət əskikliyi sindromu” mövzusunda vebinar baş tutdu!
Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən 20 noyabr 1959-cu il tarixində “Uşaq hüquqları Bəyannaməsi”, 1989-cu ilin həmin günündə isə “Uşaq hüquqları haqqında Konvensiya” qəbul edilmişdir. Elə bu səbəbdən 20 noyabr BMT-yə üzv ölkələr tərəfindən hər il “Ümumdünya Uşaq Hüquqları Günü” olaraq qeyd edilir.
15 noyabr saat 14:00-da Uşaq hüquqları üzrə QHT Alyansının idarə heyətinin üzvü, uşaq və qadın qaynar xəttinin rəhbəri Kəmalə Aşumovanın iştirakı ilə facebook səhifəmizdə “Uşaq hüquqları” mövzusunda vebinara baş tutdu!
30 oktyabr tarixində saat 11:00-12:00 arası pedaqogika üzrə fəlsəfə doktoru, UNICEF-in milli təlimçisi Xalidə Həmidovanın təqdimatında "Məktəbəqədər yaşlı uşaqlara pedaqoji yanaşma" mövzusunda vebinar baş tutdu!
Uşaq inkişafı mütəxəssisləri üçün keçirilən 4 günlük təlim uğurla yekunlaşdı. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin dəstəyi və Türkiyə Respublikasından dəvət olunan mütəxəssisin iştirakı ilə 10-13 oktyabr 2023-cü il tarixlərində Sabunçu Gənclər Evində keçirilən 4 günlük təlim yekunlaşıb.
Cari aydan etibarən “www.eudi.az” portalı vasitəsi ilə həyata keçirilən maarifləndirmə işləri Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin iştirakı ilə davam etdiriləcəkdir.
Tərəfdaşlar Erkən Uşaqlıq Dövrü İnkişafının əhəmiyyətini vurğulayır..