Loqopedik işə aşağıdakılar aiddir:
Ni...
Loqopedik işə aşağıdakılar aiddir:
Nitqdən düzgün istifadə olunması üçün nitq rejiminin qurulması. Bu zaman kəkələyən şəxsə düzgün olmayan nitqdən, nitqdə qüsur yaradan adətlərdən uzaqlaşmaq aşılanır. Uşaqlarla iş zamanı müxtəlif oyunlar oynanılır, belə halda onlar çox ünsiyyətdə olmurlar (rəsm çəkmə, applikasiya, plastilinlə iş, loto və s.). Nitqdən istifadə sadə, konkret, elementar olmalıdır. Bunun üçün böyüklər sualları açar sözlər olmaqla verməlidir:
Məsələn; "Sən alma istəyirsən, yoxsa banan?", "Banan", "Sən şirə içirsən?", "Yox" və s.
Belə korreksiya işi 10-15 günə kimi aparılmalıdır. Beləliklə tədricən nitqin aktivliyi artırılır.
Emosional və əzələ gərginliyinin azaldılması.
Relaksasiya üçün uşağa müxtəlif tapşırıqlar verilir. Bu tapşırılıqlar korreksiya zamanı əllərdə, ayaqlarda, bədəndə olan nitq aparatında gərginliyin fərqini hiss etməyə imkan yaradır.
Nitq tələffüzünün formalaşması səs tellərinin əlverişli şəraitdə inkişafı üçün diafraqma tipli tələffüzün yaradılması məqsədəuyğun hesab edilir. Bunun üçün əzələlərin gərginliyi aradan qaldırılmalıdır. Tədricən diafraqma tipli tələffüz fiziki çalışmalarla həyata keçirilir (gəzmə, bədənin müxtəlif əyilmə pozalarında). Kompleks çalışmalar, ümumi nəfəs gimnastikları, ağız və burun nəfəsinin fərqləndirilməsi aparılmalı, nitq zamanı nəfəs vermənin, nəfəs almanın uzunmüddətli olmasi formalaşdırılmalıdır.
Nitqin axıcılığı üçün öncə nitqin ritmi və tempi üzərində işləmək lazımdır; müxtəlif sait səslərin uzadılması, sait səslərin samit səslərlə hecada düzgün tələffüzü, müxtəlif sözlərin, qısa fazaların, uzun fazaların tələffüzü, paralel olaraq nitqin intonasiyasının - ifadəliyinin üzərində inkişafetdirici işlər aparılır. Çalışmaların aparılması kəkələyən şəxsin sərbəst nitqindən asılıdır. Loqoped kəkələyən şəxslə qarışıq nitqdən (loqoped və loqopatın materialı birgə təkrarlaması, şəkillər, kartlar) istifadə edərək korreksion iş aparır.
Bəhram Ələkbərov
Defektoloq-loqoped
Fikriniz
0
0