Hər bir qadının həyatında hamiləlik dövr&u...
Rotavirus infeksiyası maye şəklində nəcis ifrazı və qusma nəticəsində orqanizmin əhəmiyyətli dərəcədə susuzlaşmasına və hətta ölümə səbəb ola bilər.
Xəstəliyin səbəbi rotaviruslardır. Rotavirus xüsusən uşaqlarda gastroenteritə səbəb olan bir neçə virusdan biridir. Rotavirus infeksiyası fekal-oral yolla yayıldığından ən əhəmiyyətli risk amillərindən birini də uşaq bağçasında uşaqların təması təşkil edir.
Əlamətlər və simptomlar
Rotavirus infeksiyasının simptomları adətən yoluxmadan 2 gün sonra ortaya çıxır və aşağıdakıları əhatə edir:
Anoreksiya
Qızdırma
Baş ağrısı, halsızlıq
Sulu, qansız ishal
Qusma
Qarında spazm
Susuzlaşma
Diaqnostika
Çox vaxt ishaldan əziyyət çəkən digər uşaqlar ilə təmas bildirilir.
Müayinə zamanı bağırsaqda hiperaktiv səslər müəyyən edilir.
Susuzlaşma əlamətləri:
Çuxura düşmüş gözlər və / və ya körpələrdə əmgəyin içəri batması
Dəri və elikli qişaların quru və ya yapışqan olması
Diurezin əhəmiyyətli dərəcədə azalması
Çəki itkisi
Diferensial diaqnoz
Amebiaz
Diğər etiologiyalı qastroenterit
Lamblioz
Uşaq enterovirus infeksiyaları
Salmonella infeksiyası
Laborator müayinələr
Rotavirus bir neçə yolla müəyyən edilə bilər (məsələn, ən çox istifadə olunan immunoferment təhlili, lateks aqlutinasiya, elektron mikroskopiya, kultivasiya ). Lakin əksər hallarda virusun identifikasiyası ictimai səhiyyə və ya infeksion nəzarət məqsədləri üçün vacibdir.
Güclü dehidrasya zamanı elektrolitlərin səviyyəsi müəyyən edilməlidir. Huşsuz vəziyyətdə olan uşaqlarda barmaqdan qlükoza səviyyəsi dərhal müəyyənləşdirilməlidir.
Rotavirus infeksiyasının müalicəsi
Əksər hallarda dərman tələb olunmur. Bunun əvəzinə müvafiq maye qəbuluna diqqət yetirilməlidir. Qusma əleyhinə və diareya əleyhinə preparatlar müəyyən yaş qrupunda uşaqlar üçün riskə malikdir və onlardan mümkün qədər istifadə edilməməlidir . Diareya əleyhinə preparatlar adətən yalnız digər etiologiya müəyyən edilmədiyi və həddən artıq və ya əhəmiyyətli dərəcədə uzun müddətli ishal hallarında tövsiyə olunur. Qusma əleyhinə dərmanlar da qastroenteritli uşaqlarda (6 aydan böyük yaşlı uşaqlarda) bəzən qusmaya nəzarət üçün istifadə edilır. Rotavirus gastroenteritinə şübhə varsa, antibiotiklər göstəriş deyil.
Pedialyte və Rice-Lyte kimi hazır uşaq içkiləri virus enteriti zamanı susuzlaşmaya məruz qalmış körpələr üçün ideal dəstəkləyici içkilərdir. Bu içkilər kiçik miqdarda (adətən 2-3%) qlükoza və düzgün natrium və kalium balansını ehtiva edir. Bu içkilərlə körpələrin regidratasiyası xəstəliyin ilk 2 günü ərzində xüsusilə çətin ola bilər, çünki tez-tez qusma baş verir. Uşaqda qusma varsa, ona kiçik hissələrlə tez-tez maye vermək lazımdır. Tonuslaşdırıcı içkilərdən və digər hiperosmolyar içkilərdən çəkinmək lazımdır. Adi suyun həddindən artıq qəbulu hiponatriemiyaya səbəb ola bilər.
Xəstəxanaya qədər yardım zərər çəkmiş körpələrdə ilk növbədə tənəffüs yollarının sərbəst keçiriciliyinin və tənəffüsün təmin edilməsinə, qan dövranı pozuntularının aşkarlanmasına və adekvat qan dövranının saxlanmasına yönəldilməlidir. Əhəmiyyətli dehidrasiya zamanı xəstəxanaya gedərkən körpələrə 20 ml / kq olmaqla natrium xloridin izotonik məhlulu və ya Ringer laktat məhlulu köçürülməlidir.
Xəstəxanada maye həcmini bərpa etmək üçün əvvəl 20 ml / kq maye daxil edilir. Ümumi tələbat 60-80 ml / kq-a qədər ola bilərr. 40 ml / kq-dan çoxa ehtiyac varsa, elektrolitlərin, sidik cövhəri və kreatinin səviyyələri nəzərə alınmalıdır.
Rotavirus peyvəndi
Rotavirus (RotaShield) peyvəndi 1998-1999-cu illərdə ümumi istifadə üçün buraxılmışdır. Çox perspektivli ilkin nəticələrə baxmayaraq, RotaShield 1999-cu ildə vaksinasiya və bir neçə invaginasiya halları arasında səbəb-nəticə əlaqəsinə görə satışdan çıxarılıb. Risk 3 aydan böyük körpələrə RotaShield vaksininin ilk dozasını tətbiq etdikdən 3-14 gün sonra müşahidə edilmişdi.
2006-cı ilin fevralında ABŞ-ın qida və dərman vasitələrinin keyfiyyətinə sanitar nəzarət idarəsi (FDA) RotaTeq-ni təsdiqləyib. RotaTeq tətbiqi uşaqlar üçün 2, 4 və 6 aylarda ağızdan verilən üç doza şəklində tövsiyə olunur. 2008-ci ilin aprelində FDA rotavirus gastroenteritinn qarşısının alınması üçün Rotarixin başqa peroral vaksinini təsdiqlədi. Hal-hazırda Rotariksin 2 və 4 aylıq uşaqlarda fərdi dozalar şəklində tətbiqi tövsiyə olunur.
2006-cı ildə rotavirus peyvəndi tətbiq edildikdən sonra 5 yaşdan kiçik uşaqlarda ishal ilə bağlı hospitalizasiya əhəmiyyətli dərəcədə azalmışdır.
Mənbə:
https://emedicine.medscape.com/article/803885-
Fikriniz
0
0